Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «X» – 625
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
XA XE XI XL XO XR XU
 
XABDAN
(Şərur) qəflətən, birdən
XACU
(Zaqatala) təzə doğmuş inəyin ilk südü, ağız
XAÇ
(Cəlilabad, Lənkəran, Masallı, Salyan) saç, kişi saçı, tel. – Xaç saxlamışam (Masallı); – Yayda xaç qoymazzar (Salyan)
XAÇBUŞ
(Kürdəmir) soyğunçu, oğru. – Carrılar çox xaçbuşdular, kürdüyə mal buraxmax olmur
XAÇİRDƏĞ
(Kəlbəcər) təndirin ağzına qoyulan dəmir qapaq. – Xaçirdəyi təndirin ağzına qoy
XAÇMAR
(Ordubad) arı səbətinə xaç şəklində qoyulan çubuqlar. – Xaçmarı səbətə qoyallar
XAÇPUŞ
(Lənkəran) bax xaçbuş
XAF
(Zəngilan) bax xap II. – Xaf ayı çıxır bılların üsdə
XAFDAN
(Naxçıvan, Zəngilan) bax xabdan. – Elə güçə yuxarı gedirdıx’, Soltangilin iti xafdan gəlif qapıb (Naxçıvan)
XAFLI
(Qazax) təzə. – Niyə, xaflı paltarı var, qoy geyinsin birini
XAFLİYAX
(Culfa) gizlincə, xəlvətcə
XAXANIZ
(Qazax) zarafat. – Yığışıflar xaxanıza
XAXARA
(Qax, Şəki, Zaqatala) taxça. – Qabları xaxaraya yığ (Qax); – Sapı xaxaraya qoymuşam (Zaqatala); – Xaxarada ləmpə şüşəsi var, unu bura ver (Şəki)
XAXAYEK
(Dərbənd) ilbiz. – Girmişdi kələmluğa, xaxayek çux kürrəyeydi, uni çipləyib atdular
XAXAYƏK
(Dərbənd) bax xaxayek
XAXRA
(Qax) bax xaxara
XAKƏ
(Kürdəmir) çayın cecəsi, puçalı. – Çayın xakəsini at bayıra
XAKRİZƏ ELƏMƏG
(Lerik) seçmək
XAQAY
(Dərbənd) çay pucalı
XAQİQ
(Kəlbəcər) barmağın buğumları arasındakı sümük. – Xaqiq barmaxda olor
XAQO
(Zaqatala) pırtlaşmış <saç>
XAL
I (Qax) pencək II (Qax) çayın kənarında çimmək üçün düzəldilən gölməçə. – Seni xal çox kiçi oldu; – Qelin qidax xal qurax
XALABAN
(Təbriz) təyyarəçi. – Xalaban təyarəni sürər
XALAZAT
(İsmayıllı) xalanın əri. – Xalazam bağda işdiyir
XALAZEYNİ
(Meğri) arxayın. – Gör nətə: r də xalazeyni oturupla, elə bil tavladakı aj mallar təx’cə mənimdi
XƏLBƏCƏR
(Bakı) üzüm növü
XALDAR
(Salyan) xallı. – Xaldar at yaraşıqlı olar; – Hilal xaldar adamdı
XALXAL
I (Başkeçid, Borçalı, Gədəbəy, Xanlar, Qazax, Quba, Şəmkir, Tovuz) açıq hava şəraitində mal-qara saxlamaq üçün ətrafı hasarlanmış yer. – Qoyunnarı xalxala sal, qaşmasınnar (Tovuz); – Xalxalın dört tərəfi örüx’lü olur, üsdü də açığ olur (Xanlar) II (Daşkəsən, Gədəbəy) haça dirəklərin arasına qoyulan ağac. – Xalxal da iki haçanıη arasına qoyuloy dana, a bala (Daşkəsən); – Haçalara hələ də xalxal tapammamışıx (Gədəbəy)
XALI
(Xanlar, Şəki) boş, istifadəsiz <torpaq sahəsi>. – O vazqal kı xalvar varıdı, altı, üstü xalı yer idi (Xanlar)
XALVAR
I (Bakı, Laçın, Ordubad) keçmiş çəki vahidi, 10 pud. – Geşmişdə on puta bir xalvar deyərdilər (Ordubad) II (Zəngilan) 10 dərz