Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «Y» – 542
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
YA YE YI YO YU
 
YABAGÜL
(Oğuz) evin damındakı baş tiri saxlayan ağac. – Bu ağaşdan yabagül çıxmaz, əyridi
YABBAN
(Çənbərək) yastı. – Otu yabban yığdım, xarab olajax yağış yağsa
YADBUD
yadbud eləməx’: (Şərur) xatırlamaq. – Kitablara baxıram, o şe:rrəri yadbud eli:rəm
YADICA
(Ağcabədi, Ordubad, Zəngilan) kötükcədən sonrakı nəsil. – Yadıca nəvəmizin oğlunun oğlunnan olan uşağa də:rix’ (Zəngilan); – Yadıca kötücədən sora olan uşağa deyərıx (Ordubad)
YADYEMƏZ
(Tərtər) üzüm növlərindən birinin adı. – Yadyeməz çox yaxşı üzümdü yemə:
YAĞAL
(Ordubad) açıq-qara. – Bizdər açıx qara irəngə yağal diyərıx
YAĞANNIX
(Qazax) yağmur. – Keçən il yağannığ az oldu
YAĞAR
I (Başkeçid, Borçalı) yağışlı. – Bu ay çox yağar keşdi (Borçalı) II (Şəmkir) yara
YAĞARRIX
(Gəncə, Qazax, Şərur) bax yağannıx. – Yağarrığ olsa, buranın taxılı bol olar (Şərur); – Bıldır yağarrığ az oluf, bi:l çox oluf (Qazax); – Yağarrıxdan havanın üzü açılmır (Gəncə)
YAĞDAN
I (Bakı, Qazax, Naxçıvan, Ordubad) lampanın neft tökülən hissəsi. – Yağdanın tozunu sil (Bakı); – Lampanın yağdanını düzəltdim (Naxçıvan); – Yağdana nəfit tökürüx’ (Ordubad) II (Cəbrayıl) tikiş maşınına yağ tökmək üçün işlədilən yağqabı. – Yağdanı ma: gəti
YAĞDAŞ
(Şamaxı) bıçaq itiləyən daş, bülöv. – Yağdaşı gətir, əsgənəni itiliyim
YAĞIR
I (Gəncə, Gədəbəy) süründürməçi, borc alıb qaytarmaq istəməyən. – Nə yağır adamsıη, niyə üzmöysüη borcuηu? (Gədəbəy) II (Cəbrayıl, Tovuz) bax yağar II. – Atın beli yağır oluf (Cəbrayıl)
YAĞIRBEL
(Cəbrayıl) beli yaralı (at). – Səni görüm yeddi yağırbel ata ürcah çıxasan
YAĞIRRIX
(Gəncə) süründürməçilik. – Heş bu qədər yağırrıx görməmişəm
YAĞLAMAĞ
(Tabasaran) ağlamaq. – Uşağ yağlayədi
YAĞLAŞO:
(Gəncə) yağı yuyulmamış çirkli qab-qacaq və ya əski. – Yağlaşo: qabı it yaladı
YAĞLƏÇƏ
(Dərbənd) bax yağlovçə. – Yağləçiyə tökərig yaği, yimağ bişirədig
YAĞLI
yağlı gün: (Gəncə) məc. isti gün. – Bu yağlı gündə çuxa niyə geyirsən?
YAĞLICA
(Füzuli, Qax, Laçın, Oğuz, Salyan) yeməli dərman bitkisinin adı. – Yağlıcanı çiban üsdünə qoyallar (Salyan); – Yağlıcadan kətə pişirəcux (Qax); – Yağlıca topa bitən aladı (Oğuz); – Yağlıcanın qutabı daddı olur (Laçın)
YAĞLICAN
(Ucar) bax yağlıca. – Yağlıcanı təndirə sürtürük ki, çörək təndirə yapışıb torpaq qopartmasın
YAĞLICAXOR
(Şəki) tava. – Yağlıcaxoru qoy bura
YAĞLIKEŞ
(Lerik, Lənkəran) ağartı tökmək üçün mis qab. – Yağlıkeşə süd tökəcəğəm (Lerik)
YAĞLIQARA
I (Bakı) yağı, hisi yuyulmamış çirkli qab-qacaq və ya əski. – Toyda yağlıqara qazan çox olur, uları yağlıqara əsgiynən yumağ olmaz II (Qazax, Mingəçevir, Şuşa) qanaxmanı kəsmək üçün parça yanığı ilə yağın qarışığından hazırlanmış dərman. – Yağlıqara türkəçarə dərmanıdı (Şuşa)
YAĞLITƏRƏ
(Bakı, Lənkəran) yeməli yabanı otlardan birinin adı. – Yağlıtərə qutabını qatığınan yiyəllər (Lənkəran)
YAĞLO:ÇA
(Bakı, Dəvəçi) bax yağlovçə
YAĞLOVÇƏ
(Dərbənd) sapılca
YAĞLUĞ
(Dərbənd) yaylıq. – Bu yağluğa baxıb görədü özünü yağluğudu
YAĞLUĞAPARAN
(Dərbənd) ilk nişan ◊ Yağluğaparan ələməg. – Əvvəla yağluğ aparan ələrig
YAĞMA
(Şəki) fındıq ağacı yarpaqları üzərində olan maye, şirə. – Yağma olan yerdə bal da yaxşı olur
YAĞO:
(İmişli, Ucar) tam inkişaf etməmiş, qurumuş (taxıl, pambıq). – Mən yağo: pambığı yığmıram (Ucar)