Диалектологический словарь азербайджанского языка.

  • ŞEBBƏ

    (Telavi) şikəst

    Полностью »
  • ŞEBƏDƏ

    (Bakı) rişxənd, lağ ◊ Şebədiyə qoymağ – lağa qoymaq, rişxənd etmək, ələ salmaq

    Полностью »
  • ŞEHDƏRƏN

    (Xanlar) yabanı dərman bitkisi. – Şehdərənin balaja-balaja sarı çiçəyi oley; – Şehdərənin çayın da içellər

    Полностью »
  • ŞEHTÖKƏN

    (Tovuz) yabanı dərman bitkisi. – Ürəyi tutuluf so:x dəyənə xeyirdi şehtökən

    Полностью »
  • ŞEKƏRPARA

    (Dəvəçi) çox şirin qovun növü

    Полностью »
  • ŞEKKİ

    (Dərbənd) armud növü. – Şekkidən yəxşi qax uladu

    Полностью »
  • ŞEL

    I (Cəlilabad, Əli Bayramlı, Kürdəmir, Lənkəran) 1. qol-budaq ◊ Şel atmax (Cəlilabad, Lənkəran) – qol-budaq atmaq

    Полностью »
  • ŞELƏ

    (Meğri) çəyirtkə növü

    Полностью »
  • ŞELİNTİ

    (Salyan) çayın gətirdiyi kolkos qırıntıları

    Полностью »
  • ŞELLƏNMƏX’

    (Zaqatala, Zəngilan) lovğalanmaq, özünü çəkmək, qürrələnmək. – Anası didikçə, oğlu da şellənirdi (Zaqatala); – Heç şellənmə, cücəni payızda sayallar (

    Полностью »
  • ŞELLİ

    I (İmişli) yüngülxasiyyət. – Ə:, nə şelli uşağsan, ağır otı, dur dənə II (Salyan) lovğa, özünü çəkən

    Полностью »
  • ŞELPİX’

    (İrəvan) yağsız ət

    Полностью »
  • ŞELPİK

    (İrəvan) yavan, yağsız (ət)

    Полностью »
  • ŞEN

    (Gəncə, İrəvan) abad. – Çox sağ ol, evün şen olsun

    Полностью »
  • ŞENNƏTMƏY

    (İrəvan) abad etmək, abadlaşdırmaq. – Bu şə:ri təzə-təzə şennədilər

    Полностью »
  • ŞENNİX’

    (Ağdərə, Bolnisi, Borçalı, Böyük Qarakilsə, Gəncə, Goranboy, Hamamlı, Xanlar, Qazax, Oğuz, Tovuz, Yevlax) bax şenniy

    Полностью »
  • ŞENNİY

    I (İrəvan) 1. kənd, oba, yaşayış məntəqəsi. – Odu, deyəsən orda şenniy var 2. kəndin bir hissəsi, məhəllə II (İrəvan) abad

    Полностью »
  • ŞENNİYLİ

    (İrəvan) abad olan. – Bura yaxçı şenniyli yerdi

    Полностью »
  • ŞENNİYSİZ

    (İrəvan) abad olmayan. – Orda nə var, şenniysiz yerdi

    Полностью »
  • ŞERAMAT

    (Ordubad) cəld, tez. – Mən də şeramat gəldim ki, görəsən nə var!

    Полностью »
  • ŞEŞ

    (Xocavənd) dik. – Anan qomral əvrəşdi, qoyun; – Ay qarannıx gejədə çovana yoldaşdı qoyun. Ay məmələrin şeşdi, qoyun

    Полностью »
  • ŞEŞAL

    (Dərbənd, Tabasaran) kisə. – Dügi tükədig şeşala (Tabasaran)

    Полностью »
  • ŞEŞALQA

    (Ordubad) 1. boyunduruqla xışın qolunu birləşdirən dəmir qarmaq. – Şeşalqa boyunduruxnan bazını birrəşdirir 2

    Полностью »
  • ŞEŞAMADİ

    (Başkeçid) xörək adı. – Ya:- sın bir qav şeşamadi yedi

    Полностью »
  • ŞEŞAN

    (Füzuli) qablama. – Şeşana şağırdıx südü

    Полностью »
  • ŞEŞDƏNƏX’

    (Oğuz) xörək adı; qızardılmış soğan və yumurtadan hazırlanan yemək adı. – Şeşdənəx’ göy soğannan olmur, baş soğannan olur

    Полностью »
  • ŞEŞDƏNƏX’Lİ

    (Oğuz) qızardılmış soğan və yumurtadan hazırlanan qara növü. – Şeşdənəx’li aşı çox pişirrix bu tərəflərdə

    Полностью »
  • ŞEŞDƏNG

    (Bakı) arıq

    Полностью »
  • ŞEŞDİ

    (İrəvan) lüləsinin içərisində yiv olan tüfəng, yivli tüfəng. – Şeşdi tüfəylər yaxçı atıllar

    Полностью »
  • ŞEŞƏ

    I (Kürdəmir, Mingəçevir, Oğuz, Şəmkir) dik. – Şeşə buynuz cöngədən yaxşı öküz çıxajax (Şəmkir) II (Şəmkir) xüdpəsənd

    Полностью »
  • ŞEŞƏ-QOZA

    (Salyan) havayı, hədər yerə. – Pulları şeşə-qoza xəjdədü qutardı

    Полностью »
  • ŞEŞƏL

    (Dərbənd) kisə. – Üç şeşəl un aldüm, gətürdüm

    Полностью »
  • ŞEŞƏLƏNMƏX’

    (Gəncə, Qazax) bax şeşələnməy

    Полностью »
  • ŞEŞƏLƏNMƏY

    (Cəlilabad, İrəvan) 1. qürurlanmaq 2. özünü yüksək tutmaq, özünü çəkmək. – Nə belə şeşələnirsən? (İrəvan)

    Полностью »
  • ŞEŞƏLQƏ

    (Ordubad) bax şeşalqa. – Biz keçən il yer sürürdüx’, birdən xışın şeşəlqəsi qırıldı; – Şeşəlqə zəncirdə olar ki, arabıya lazımdı

    Полностью »
  • ŞEŞƏMADI

    I (Borçalı) lobya və soğandan hazırlanan xörək adı II (Qazax) ədalı, əda ilə. – Yaman uşaxdı, gör ağajı əlində nejə şeşəmadı tutor

    Полностью »
  • ŞEŞƏMODU

    (Gəncə) bax şeşəmadı I. – Bizim uşaxlar şeşəmodunu çox yi:llər

    Полностью »
  • ŞEŞƏN

    (Tovuz) dik buynuzlu, şiş buynuzlu. – Şeşən inəx’ davakar olar

    Полностью »
  • ŞEŞİD

    (Şəmkir) dik, şiş buynuz. – Se:izin buynuzu şeşid olur

    Полностью »
  • ŞEŞİTDƏŞMƏX’

    (Cəbrayıl) yaxşılaşmaq

    Полностью »
  • ŞEŞSİZ

    (İrəvan) lüləsində yiv olmayan (tüfəng). – Şeşsiz tüfəngnən nişan vurmax olmaz

    Полностью »
  • ŞEŞTİRƏNGİ

    (Şuşa) aş qarası

    Полностью »
  • ŞETƏ

    (Meğri) tənək kəsmək üçün xüsusi mişar. – İndi Əldərədə şetə nə:zer

    Полностью »
  • ŞETİXANI

    (Cəbrayıl) qəşəng, yaraşıqlı, gözəl. – Çox şetixanı uşaxdı

    Полностью »
  • ŞEYDALI

    (Meğri) forslu, qürurlu. – Heydərqulu Ernəzər çahıllarının hamısınnan şeydalıdı

    Полностью »
  • ŞEYHƏ

    (İrəvan) qışqırıq, çığır-bağır, hay-küy ◊ Şeyhə salmax (İrəvan) – qışqırmaq, çığır-bağır salmaq. – Bir şeyhə salmışdı ki, gəl görəsən

    Полностью »
  • ŞEYNƏM

    (Quba) şeh. – Yazda sə:rrər həmişə şeynəm düşədi

    Полностью »
  • ŞEYRANNANMAX

    (Çənbərək) razılaşmaq. – Şıxalı şeyrannanır; – Də:η da şeyrannanırsaη

    Полностью »
  • ŞEYTAN

    I (Ağcabədi, Astara, İmişli, Qazax, Şəmkir) tüfəngin tətiyi. – Şeytana toxunma, tühəg açılar (Ağcabədi) II (Quba, Ordubad) xəbərçi

    Полностью »
  • ŞEYTANXINASI

    (Kürdəmir) göbələk növü adı. – Şeytanxınasınnan əllərə xına qoyuruğ

    Полностью »