Диалектологический словарь азербайджанского языка.

  • ŞÖDDƏ

    (Bakı) uzun, dik. – Ged gör o əmüngilə gələn şöddə papağ kimdü?

    Полностью »
  • ŞÖFDƏ

    (Oğuz) cəftə

    Полностью »
  • ŞÖ:GƏ

    (Ağcabədi, Bərdə, Göyçay, Kürdəmir, Sabirabad, Şuşa, Tərtər) 1. kölgə. – Əvin şö:gəsində gördüm ki, bir adam duruf, tanıyammədim (Ağcabədi) 2

    Полностью »
  • ŞÖX’LƏMƏX’

    I (Çənbərək) kəsmək, qırmaq. – Taladan bir afdoy odun şöx’lədim gətdim II (Ağdam, Şuşa) şəstlə vermək, təqdim etmək

    Полностью »
  • ŞÖJƏLƏNMƏX’

    (Çənbərək) süzülmək. – Oynaqanıη suyu söjələnirdi, yağış əfritmişdi deyin

    Полностью »
  • ŞÖKNÜK

    (İmişli) axşam qaranlığı. – Şöknük düşəndə obıya yaxınnaşdığ

    Полностью »
  • ŞÖKNÜKMƏK

    (İmişli) qaranlıqlaşmaq, axşam qaranlığı düşmək

    Полностью »
  • ŞÖLÜK

    (Kürdəmir) pinti, səliqəsiz

    Полностью »
  • ŞÖNQİMAX

    (Qax) pərt olmaq

    Полностью »
  • ŞÖNÜ

    (Qax) avara

    Полностью »
  • ŞÖRÜMƏX’

    (Naxçıvan) vermək

    Полностью »
  • ŞÖŞDƏMƏX’

    (Cəbrayıl) bax şöx’ləməx’ II

    Полностью »
  • ŞÖŞGÜLLƏMƏX’

    (Cəbrayıl) yavanlıq etmədən yemək. – Sən qatığı şögüllüyüb qutardın ki

    Полностью »
  • ŞÖT

    (Gədəbəy, Gəncə, Tovuz) maili, əyri. – Laydıra çaldığım mıx şöt getdi (Gəncə)

    Полностью »
  • ŞÖTDƏMƏX’

    (Meğri) hər hansı bir işi başdansovdu görmək. – Mx: bir ərzə yaz, ama şötdəmə, dərin yaz

    Полностью »
  • ŞÖTÜX’

    I (Cəbrayıl) dəvəni cahazlamaq üçün istifadə olunan örkən, enli ip. – Şötüyü dəvənin belinə çək II (Basarkeçər, Xanlar) göz dəyməmək üçün uşağın çiyin

    Полностью »
  • ŞÖTÜNƏ

    (Tovuz) çəpinə, əyri, maili. – Şötünə bir ağac atdım, dəyseydi, onnan fayda yoxuydu

    Полностью »
  • ŞÖV

    I (Şəki) lobyanın sarmaşması üçün onun dibinə basdırılan çubuq. – Bir arava şöv olsa, lovyəmizə yetər II (Şəki) lobya bitkisinin çubuğa və s

    Полностью »
  • ŞÖY

    I (Çənbərək, Daşkəsən, Gədəbəy, Qazax) ağacın dibindən çıxan cavan pöhrə, zoğ. – Şöy ağacın divinnən çıxer (Qazax); – Ağacın divinən çıxan şöylərə dəy

    Полностью »
  • ŞU

    (Qax) görkəm, görünüş

    Полностью »
  • ŞUARÇI

    (Qax) şair

    Полностью »
  • ŞUBƏND

    (Quba) çarıqbağı. – Çarığlara şubənd keçir

    Полностью »
  • ŞUD

    (Quba) taxtabiti ◊ Şud eləməy (İrəvan) – ağ etmək, həddini aşmaq. – Bu günnər oğrular lap şud eliyif

    Полностью »
  • ŞUDƏFTİN

    (Şamaxı) toxuculuq dəzgahının bir hissəsi. – Şudəftini bərk vur, az qumaş olsun

    Полностью »
  • ŞUĞDA

    (Qarakilsə) ensiz, uzun torpaq sahəsi

    Полностью »
  • ŞUĞUL

    (Bərdə, Gəncə, Tərtər) xəbərçi, araqarışdıran. – Şuğul adam ara qarışdırar, ara vurar (Bərdə)

    Полностью »
  • ŞUĞULLAMAX

    (Qazax) xəbərçilik etmək, şeytanlamaq. – Məhəmməd İsmeyili şuğullamax xıyalına düşdü, əmbə soηradan fikrinnən əl çəx’di

    Полностью »
  • ŞUĞULLUX

    (Qazax) xəbərçilik. – Yalannan şuğullux pis adamın işidi

    Полностью »
  • ŞUĞURTMA

    (Zaqatala) öküz və s. sürmək üçün nazik çubuq

    Полностью »
  • ŞUXUM

    (Salyan) niyyət. – Nazilənin şuxumu çox ağırdı

    Полностью »
  • ŞUQUM

    I (Şəki) görkəm, görünüş. – U:n şuqumu mə:m xoşuma gəlmədi II (Qax) eybəcər, çirkin

    Полностью »
  • ŞULAHIN

    (Balakən, Zaqatala) şaxdan hörülmüş çəpər. – Şaban bağa şulahın çəkdi (Zaqatala)

    Полностью »
  • ŞULAHINNAMAX

    (Zaqatala) şaxdan çəpər çəkmək. – Bağı şulahınnamax lazımdı

    Полностью »
  • ŞULAYIN

    (Kürdəmir) pinti, səliqəsiz. – Uşağı şulayın saxlasən canı saf olmaz

    Полностью »
  • ŞULDİ

    (Şamaxı) yaltaq. – Mustafa yaman şuldi adamdı

    Полностью »
  • ŞULDUM

    I (Ordubad) fərasətsiz, fərsiz II (Ordubad) 1. səliqəsiz 2. pinti III (Salyan) yüngülxasiyyət. – Şuldum adam hər şeyə burnun soxur

    Полностью »
  • ŞULFƏ

    (Ordubad) dəri qaşımaq üçün alət. – Şulfəni axtar tap

    Полностью »
  • ŞULĞUTDUĞ

    (Quba) uzunçuluq ◊ Şulğutduğ eləməg (Quba) – uzunçuluq etmək. – Bəsdür, məylisdə şulğutduğ eləmə

    Полностью »
  • ŞULQUDUZ

    (Şamaxı) nadinc, başqalarını narahat edən. – Heydər çox şulquduz uşaxdu

    Полностью »
  • ŞULQUDUZLIĞ

    (Şamaxı) nadinclik. – Şulquduzlığ yaxşı iş deyil

    Полностью »
  • ŞULLAMAX

    (Cəbrayıl) yağı azca əritmək

    Полностью »
  • ŞULLAY

    (Şamaxı) kəsik konus şəkilli papaq. – Abzər başına şullay qoyıb isdiyir özin qoçuyə oxşatsun

    Полностью »
  • ŞULLAYİ

    (Kürdəmir) şiş, uzunsov. – Qabax əsgərrərə şullayi papağ verirdilər; – Bədənimnən şullayi yara çıxıb

    Полностью »
  • ŞULLİ

    (Salyan) süddə bişirilmiş duru xəşil

    Полностью »
  • ŞULUKU

    (Kəlbəcər) çarıq növü, burunsuz çarıq. – Bir cüt şuluku çarığım var

    Полностью »
  • ŞULUL

    (Cəbrayıl) meyvə. – Bu il bizim bağda şulul çoxdu

    Полностью »
  • ŞULUM

    I (Ağdam, Cəbrayıl, Çənbərək, Gədəbəy, Laçın, Şahbuz, Şuşa, Zəngilan) bax şuldum II. – Qulu şulum şeydi, onnan heş şey umma (Çənbərək); – Yekə oğlansa

    Полностью »
  • ŞULUM-BULUM

    (Ağdam, Şuşa) 1. səliqəsiz 2. pinti. – Yaman şulum-bulum uşaxdı, bilmirəm munun axırı nolajəx’ (Şuşa)

    Полностью »
  • ŞULUM-ŞULUM

    (Qazax, Zaqatala) boşboşuna, avara-avara. – Şulum-şulum gəzer, bi iş görmer (Qazax)

    Полностью »
  • ŞUM

    (Bakı) zərər. – Yayda isdot yimeg şumdu

    Полностью »