Диалектологический словарь азербайджанского языка.

  • ƏVAZİMAX

    (Qax) bax avazımağ

    Полностью »
  • ƏVÇİ

    (Hamamlı) arvad işinə qarışan kişi

    Полностью »
  • ƏVDİMƏX’

    I (Cəbrayıl, Qarakilsə, Meğri, Zəngilan) bax evdirməx’. – Bacı, yerə tökülən bığdanı bir-bir əvdi; – Niyə buni indiya kimin əvdiyib qurtarmamısan? (Me

    Полностью »
  • ƏVDİMƏK

    (Biləsuvar) bax evdirməx’

    Полностью »
  • ƏVƏ

    (Borçalı, Kürdəmir) şiş. – Mahmıdın çiynində əvə var (Borçalı); – Həmidin boğazınnan əvə çıxıb (Kürdəmir)

    Полностью »
  • ƏVƏÇİ

    (Başkeçid, Borçalı) bax əbəçi. – Mə:m əvəçim Fatma xaladı (Borçalı)

    Полностью »
  • ƏVƏDƏMƏX’

    (İmişli) bax əbədimək I. – Beyjə arıx danamız əvədəmişdi, gedif durğuzdux ◊ Əvədəyə düşmək (Qarakilsə, İmişli) – yıxılıb arxası üstə qalmaq

    Полностью »
  • ƏVƏDİMƏG

    (Yardımlı) bax əbədimək II

    Полностью »
  • ƏVƏLƏN-GƏVƏLƏN

    əvələn-gəvələn danışmağ: (Salyan, Yardımlı) boşboşuna danışmaq, yersiz danışmaq. – İsmayıl həməşə məclisdə əvələn-gəvələn danışır (Salyan)

    Полностью »
  • ƏVƏN

    əvən yeri: (Tovuz) bir adamın çox gedib-gəldiyi yer

    Полностью »
  • ƏVƏNÇİ

    (Qazax, Tovuz) bax əbəçi. – Əvənçi uşağı tutor, boylum, kövəyin kəser (Qazax)

    Полностью »
  • ƏVƏNDƏ

    (Cəbrayıl, Tərtər) arabanın qolunu boyunduruqla birləşdirən qayış. – Əvəndə boyunduruğa keçirilir (Cəbrayıl)

    Полностью »
  • ƏVƏNDƏNƏ

    (Biləsuvar, Kürdəmir) bax əvəndə. – Əvəndənəni çıxart, ulağ bir az dincəlsin (Biləsuvar)

    Полностью »
  • ƏVƏNKÖMƏNCİ

    (Ağcabədi, Ağdam, Bərdə, Şuşa, Tərtər) bax əvənkövənci. – Əvənköməncini yığıf kətə pişiririx’, bomba pişiririx’ (Ağdam)

    Полностью »
  • ƏVƏNKÖVƏNCİ

    (Gədəbəy, Qazax, Tovuz) yeyilən yabanı bitki adı. – Bu yazbaşı heç əvənkövənci pişirməmişim uşaxlara (Gədəbəy); – Əvənkövəncinən sıxma pişirif ye:rix’

    Полностью »
  • ƏVƏRƏ

    I (Qax) qışqırıq, səs-küy. – Əvərə bizdən essiy olmaz II (Culfa) birillik camış

    Полностью »
  • ƏVGƏLƏMƏG

    I (Biləsuvar) ovmaq, masaj etmək. – Boynumu bir az əvgələ, yaman ağrıyır II (Biləsuvar) yüngülvari yumaq

    Полностью »
  • ƏVGƏNDƏ

    əvgəndə dolanmax: (Qafan, Qarakilsə) avara, işsiz, boş-boşuna gəzmək, dolanmaq. – Orda-bırda əvgəndə dolanırdım (Qarakilsə)

    Полностью »
  • ƏVLƏD

    (Cəlilabad, Yardımlı, İmişli) qohum. – Yavərnən əvlədük; – Onın nənəsi sizə əvləd oley dənə (Cəlilabad)

    Полностью »
  • ƏVNƏ

    I (Cəlilabad, Füzuli, Zəngilan) dəfə. – Qurdu gündə üç əvnə yarpaxlerıx (Zəngilan); – Bir əvnə yedim (Füzuli); – Hər əvnədə yetdi adamın xörəyin ye:ir

    Полностью »
  • ƏVNƏZ

    (İmişli) zəif

    Полностью »
  • ƏVNƏZLƏMƏK

    (İmişli) zəifləmək. – Uşax yaman əvnəzliyib

    Полностью »
  • ƏYAĞALTI

    I (Salyan) kandar. – Əsgini əyağaltıya salallar əyağ silmegə II (Salyan) balaca kətil. – Əyağaltını gət oturum

    Полностью »
  • ƏYAĞLIĞ

    (Biləsuvar, Sabirabad) pilləkən

    Полностью »
  • ƏYAX

    (Ağdam, Şuşa, Zəngilan) dəfə. – Üç əyax da gətirsəη qutarar (Ağdam); – Böyün neçə əyax dərz gətirdı͂:z (Zəngilan); – İki əyax getdim, ta gedəmmədim, y

    Полностью »
  • ƏYAXÇI

    (Qazax) idarə xidmətçisi, kuryer. – İdarada əyaxçı olar; – Əyaxçını göndərer ki, gedif onu ça:rsın

    Полностью »
  • ƏYAXLI

    (Qazax, Şuşa) bax ayaxlı. – Əyaxlı olmasa, yuxanı yaymağ olmaz (Şuşa)

    Полностью »
  • ƏYAXLIX

    (Borçalı) kandar, astana. – Əyaxlıxda durma, keç uxarı

    Полностью »
  • ƏYALĞA-ŞƏYALĞA

    (Şuşa) ləqəb. – Uşağa əyalğa-şəyalğa qoyma!

    Полностью »
  • ƏYAZIMAX

    (Qazax) bax ayazımax. – Çoxuydu xəsdənin dünən isdiliyi, büyün bir az əyazıyıf

    Полностью »
  • ƏYBƏ

    (Cəlilabad) sarımsaq dadı və qoxusu verən yabanı bitki

    Полностью »
  • ƏYDƏX’

    (Borçalı, Hamamlı, Qazax) südlə yoğurulmuş xəmirdən bişirilən şirin yemək növü. – Xamırı südnən yoğrellər, yağda pişirellər, olor əydəx’ (Borçalı); –

    Полностью »
  • ƏYDİ

    (Çənbərək, Hamamlı, Qazax, Tovuz) taxta qaşıq, çömçə və s. hazırlamaq üçün kəsici dəmir alət. – Əydi çömçə qayıran hajata de:rix’ (Qazax); – Qaşığın i

    Полностью »
  • ƏYƏ

    (Ordubad) yiyə, sahib. – Kələmin əyəsi gedib; – Bunun əyəsi kimdi?

    Полностью »
  • ƏYİNDİRİX’

    (Yevlax) köynəyin kürək tərəfinə möhkəmlik üçün tikilən əlavə parça. – Könə: əyindirix’ qoyanda dağılmaz

    Полностью »
  • ƏYİRDƏX’

    (Borçalı, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göyçay, Xocavənd, Naxçıvan, Şərur, Şuşa, Zəngilan) bax əydəx’

    Полностью »
  • ƏYİRTMƏX’

    (Cəbrayıl, Qarakilsə, Zəngilan) vurmaq. – Ağajnan birin itə nətə:r əyirtdisə, zingildiyə-zingildiyə qaşdı (Zəngilan)

    Полностью »
  • ƏYİŞ

    (Ağbaba, Basarkeçər, Çənbərək) ərşin. – Əyişi maηa ver, çörə:i təndirdən çıxardım (Basarkeçər); – Tavaxdakı xamrı əyişnən qazıyırıx (Çənbərək)

    Полностью »
  • ƏYİŞ-ÜYÜŞ

    (Çənbərək) əyri-üyrü. – Kərəntiyi daşa döyməx’dən ağzı əyiş-üyüş oluf

    Полностью »
  • ƏYİŞDƏNƏ

    (Oğuz) üskük. – Əyişdənəni barmağa taxıb partal tikillər

    Полностью »
  • ƏYİŞDİRMƏX’

    (Oğuz) isti suyu soyutmaq və ya soyuq suyu qızdırmaq. – Hə, bu çayı əyişdir

    Полностью »
  • ƏYKƏMLİ

    (Cəbrayıl) meyilli

    Полностью »
  • ƏYLƏMAX

    (Balakən) dayandırmaq, saxlamaq. – Əylə, mən də minim

    Полностью »
  • ƏYLƏMƏX’

    (Cəbrayıl, Gəncə, Qazax, Şəmkir, Şərur, Tovuz) bax əyləmax. – Avtonu əylə, mən gəlim çatım (Şərur); – Qız öküzü əylədi (Tovuz); – Arabanı əylə (Şəmkir

    Полностью »
  • ƏYLİŞMƏX’

    (Qarakilsə) arası dəymək. – Onnan əylişmişəm, qıyamata kimi düzəlmənəm

    Полностью »
  • ƏYMƏ

    I (Ağcabədi) dəstə, qol (dəryazda). – Ə:, dəryazımızın əyməsi sınıf II (Mingəçevir) beşikdəki qövs şəkilli əyri ağac hissə

    Полностью »
  • ƏYNƏŞ

    (Goranboy) azmaq

    Полностью »
  • ƏYNİMAX

    (Culfa) 1. b a x aynımax I 2. bax ayinmağ. – Mövə su verırıx ki, əynisin

    Полностью »
  • ƏYRƏMÇƏ

    I (Füzuli, Yardımlı, Göyçay, İsmayıllı, Kürdəmir, Salyan) ensiz qaşlı üzük. – Hindi də əyrəmçə salıllar (Salyan); – Bir əyrəmçəm vardı, verdim qızıma,

    Полностью »
  • ƏYRİ

    I (Ağdərə, Xocavənd, Tərtər) əyri qısa boru, dirsək. – Durbanın başına bir əyri keçirif döndərillər (Ağdərə) II (Oğuz) bax əydi

    Полностью »