AXTUX
AXUT
OBASTAN VİKİ
150 il. Mirzə Fətəli Axundov (film, 1962)
150 il. Mirzə Fətəli Axundov filmi rejissor Niyazi Bədəlov tərəfindən 1962-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur. == Məzmun == Kinooçerk Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur.Film bizi böyük filosof, şair, dramaturq M.F.Axundovun uşaqlıq illəri, mürəkkəb həyatı və fəaliyyəti ilə, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə tanış edir.Burada dramaturqun məşhur "Hacı Qara" pyesindən bir səhnə ekranlaşdırılmışdır.Bu tarixi-bioqrafik film Tiflisdə M.F.Axundovun qəbri önündə və Bakıda böyük maarifçinin abidəsi qarşısında keçirilən təntənəli mərasimlərlə qurtarır. == Mükafat == 1963-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları, Rostov-Don, Orconikidze studiyalarının sənədli filmlər baxışında rejissor Niyazi Bədəlov ən yaxşı rejissor işinə görə Diplom almışdır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Məmməd Cəfər Cəfərov, Əhmədağa Qurbanov Rejissor: Niyazi Bədəlov Operator: Vladimir Zbudski Rəssam: Nadir Zeynalov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Abbas Əhməd Axundi
Abbas Əhməd Axundi (6 iyun 1957, Nəcəf) — İranlı siyasətçi, akademik və Həsən Ruhani kabinetində nəqliyyat naziri. 1993-cü ildə Axundi, Mənzil və şəhərsalma naziri olmuşdu ki onu İranın müasir tarixində ən gənc nazir etdi. Axundi, Əbdülhüseyn Əmininin qız nəvəsidir.
Abdulla Axundov
Abdulla Qasım oğlu Axundov (8 fevral 1913, Sədərək, İrəvan qəzası – 16 mart 1970, Bakı) — meliorasiya, suvarma əkinçiliyi sahəsində alim. Texnika elmləri doktoru (1960). == Həyatı == Abdulla Axundov 1913-cü ilin fevralın 8-də Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olmuşdur. 1930-cu ildə Bakıda Yer quruluşu texnikumunu, 1937-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsini, 1947-ci ildə Moskva Hidromeliorasiya İnstitunun aspiranturasını bitirmişdir. 1930–1932-ci illərdə Naxçıvanda yer quruluşu dəstəsinə başçılıq etmişdir. 1937–1939-cu illərdə Balakən suvarma sistemləri idarəsinin rəisi olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947–1949-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, Pambıqçılıq İnstitutunda meliorasiya və suvarma şöbəsinin, Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda drenaj şöbəsinin müdiri işləmişdir. "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Abdulla Axundov 1970-ci il, martın 16-da Bakıda vəfat etmişdir.
Alla Axundova
Alla Axundova (27 oktyabr 1939, Moskva) — ssenari müəllifi == Həyatı == 27 oktyabr 1939-cu ildə Moskvada anadan olmuşdur. 1964-ci ildə Moskvada M.Qorki ad. Ədəbiyyat İnstitutunu və 1967-ci ildə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirmişdir. == Mükafatları == Azərbaycanın əməkdar incəsənət xadimi (1988), Respublika Dövlət mükafatı laureatıdır (1970). == Filmoqrafiya == Cırtdan (film, 1969) Şərikli çörək (film, 1969) Var olun, qızlar... (film, 1972) Şahzadə-qara qızıl (film, 1974) Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-ssenari müəllifi Şir evdən getdi (film, 1977) Bizi bağışlayın (film, 1979) Uşaq və külək (film, 1982) Təqib (film, 1984) Bahar əyləncələri (film, 1989) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Anar Axundzadə
Anar Axundzadə (6 iyul 1972, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990–1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakultəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib. 1996–1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olub. 1997–2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib (2000–2005).. == Fəaliyyəti == Deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub. 2000–2005-ci illərdə ATƏT seminar konfransı (Portuqaliya), Dunya Bankının seminar konfransı (Avstrya), NATO seminar konfrans (Almaniya, Belçika), Avropa Birliyi Əməkdaşlıq komitəsinin iclası (Fransa), Azərbaycan-Sloveniya Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri dostluq qrupunun sədr muavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşlıq Komitəsinin üzvü olub.
Aqiyə Axundova
Aqiyə Zaqrebelska (qızlıq soyadı Axundova) — Ukrayna Dövlət İcraçıları Xidməti rəisinin birinci müavini. A. Axundova Maydan hərəkatı iştirakçılarının hüquqlarının aktiv müdafiəçisi olub.
Arif Axundov
Arif Axundov (25 iyul 1972) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Arif Axundov 1972-ci il iyulun 25-də anadan olub. == Karyerası == Arif Axundov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə qaçış turnirində 11.11 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vurdu.
Axund Yusif Talıbzadə
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az.-əbcəd یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb. General rütbəsində Naxçıvanın hərbi komissarı vəzifəsinə təyinat alıb.
Axund Əbdülcabbar Pişnamazzadə Şəkuyi
Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə — İslam alimi == Həyatı == Həzrət Əli məscidi məşhur mollaları ilə tanınmışdır.Onlardan biri də Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə olmuşdur. O, təhsilini Nəcəfül-əşrəldə almış və "Misbahui-Hərəmeyn" kitabını yazmışdır. Qəbri Şəkidə İmam Əli məscidinin ön tərəfindədir. == Əsərləri == "Kitabi-müsbahül-hərəmeyn" Tiflis: [s. n.], 1904 (1322 h.).- 478 s.
Axund Əbil sərdabəsi
Axund Əbil sərdabəsi — Novxanı kəndində yerləşən qəbirstanlığında qəbirlərin əhatəsində yerləşən sərdaba. Sərdabə kürsü üzərində inşa edilmişdir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili səkkiz bucaqlı piramida şəkilli günbəzlə tamamlanır. Abşeronda səkkiz bucaqlı çadıra bənzər günbəzlə tamamlanmış sərdaba nadir tapıntıdır. Ölçüləri 3.80 x 3.80 m-dir. Tikilinin təxminən 1850-1870-ci illərdə inşa edilməsi ehtimal edilir. Burada kəndin axundu Axund Əbil dəfn olunmuşdur.
Axundlu
Axundlu — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Axundlu Ağsu rayonunda kənd. Şirvan düzündədir. Etnotoponimdir. Yaşayış məntəqəsinin yaxınlığında Axundlu qobusu, Axundlu dağı, Axundlu qəbiristanı adlı coğrafi obyektlər də var.
Axundlu bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Axundov
Axundov — Azərbaycan soyadı. Bu soyadlı tanınmış şəxslər === A === Abdulla Axundov (1913—1970) — meliorasiya, suvarma əkinçiliyi sahəsində alim Ağa Axundov (1882—1949) — Azərbaycan mühəndisi, energetik Ağamusa Axundov (1932—2015) — Azərbaycan ədəbiyyatşünası === B === Bəhram bəy Axundov (1861—1932) — həkim, Fransanın Lill Akademiyasının məzunu, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü === D === Davud Axundov (1918—2003) — Azərbaycan memarı, tarixçi === Ə === Əbdülxalıq Axundov (1863—1950) — Azərbaycan həkimi, publisist, tərcüməçi Əsəd bəy Axundov (1893—1939) — Azərnəşrin direktoru. Əsədulla Axundov (1873—1927) — Azərbaycanda sovet hakimiyyəti uğrunda mübariz, Hümmət Partiyasının qurucularından biri === H === Hüseyn Axundov Hüseyn Məmməd oğlu Axundov (1921—2015) — rəssam Hüseyn Yusif oğlu Axundov (1922—1986) — siyasətçi === İ === İsmayıl Axundov İsmayıl Hüseyn oğlu Axundov (1907—1969) — Azərbaycan Xalq Rəssamı, ictimai xadim, kitab qrafikası ustası İsmayıl Əbdülxalıq oğlu Axundov (1897—1952) — Azərbaycanda tibb elminin təşkilatçılarından biri === M === Məhəmmədsadıq Axundov (1887—194?) — Azərbaycan publisisti, tərcüməçi və teatr tənqidçisi Mirzə Fətəli Axundov (1812—1878) — Azərbaycan dramaturgiyasının banisi Mirzə Məhəmməd Axundov (Axundzadə) (1875—1926) — Azərbaycan maarif və teatr xadimi, dramaturq, tərcüməçi Mirzə Məhəmməd Axundov (1876—1938) — Zəngəzur qəzasının rəisi === N === Nadir Axundov (1912—1959) — dövlət xadimi, Azərbaycan SSR ticarət naziri === R === Ruhulla Axundov (1897—1938) — Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim === S === Süleyman Sani Axundov (1875—1939) – Azərbaycan dramaturqu, nasir, maarif xadimi === Ş === Şirəli Axundov (1886—1960) — Lənkəran Qəza İcariyyə Komitəsi sədri (1920–1930) === V === Vəli Axundov (1916—1986) – Azərbaycanın ictimai-siyasi xadimi, akademik. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1959–1969) === Soylar === Axundovlar — Qarabağ soylarından biri.
Axundova
Axundova — Azərbaycan qadın soyadı. Bu soyadlı tanınmış şəxslərAlla Axundova (d. 1939) — Ssenarist. Elmira AxundovaElmira Axundova (1911—1988) — müğənni. Elmira Axundova (d. 1953) — nasir, publisist, siyasətçi.Fidan Axundova (d. 1977) — aktrisa, televiziya aparıcısı, şairə. Nərgiz Axundova (d. 1959) — tarix üzrə elmlər doktoru, professor. Nigar Axundova (d.
Axundovlar
Axundovlar — Azərbaycanın, Qarabağın qədim və məşhur soylarından biri. == Soyun yaranması == Axundovların ulu babası Molla Əli Kəbirlidir. O, Kəbirli elinin Seyidli obasında sayılıb-seçilən, savadlı bir alim idi. Mahallarının dini işləri ilə məşğul olurdu.Qarabağ hakimləri İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşir bu ünlü alimə hörmət еtmiş, еhtiram bəsləmişdilər. Mеhdiqulu хan 1814-cü ildə оnun adına vеrilmiş təliqədə aхundu "Ərəstun bilikli" еpitеti ilə yad еtmişdir. Хan yazırdı: "Sеyidli оbasının başçısı Kоsa yüzbaşıya, Ərəstun bilikli Aхund Mоlla Əliyə оbanı vеrirəm. Bəbirəlini və nökər Məhəmmədəlini də оnun хidmətinə bağışlayıram". Aхund Mоlla Əli ruhani оlmaqla yanaşı, həm də yaхşı həkim idi. Aхund Mоlla Əlinin Оruc ağa, Dərgahqulu bəy adlı оğulları vardı. Onun törəmələri Axundov soyadını daşıyırlar və hal hazirda Bakıda yasayirlar.
Axundovlar (Şuşa)
Axundovlar — Azərbaycanın, Qarabağın qədim və məşhur soylarından biri. == Soyun yaranması == Axundovların ulu babası Molla Əli Kəbirlidir. O, Kəbirli elinin Seyidli obasında sayılıb-seçilən, savadlı bir alim idi. Mahallarının dini işləri ilə məşğul olurdu.Qarabağ hakimləri İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşir bu ünlü alimə hörmət еtmiş, еhtiram bəsləmişdilər. Mеhdiqulu хan 1814-cü ildə оnun adına vеrilmiş təliqədə aхundu "Ərəstun bilikli" еpitеti ilə yad еtmişdir. Хan yazırdı: "Sеyidli оbasının başçısı Kоsa yüzbaşıya, Ərəstun bilikli Aхund Mоlla Əliyə оbanı vеrirəm. Bəbirəlini və nökər Məhəmmədəlini də оnun хidmətinə bağışlayıram". Aхund Mоlla Əli ruhani оlmaqla yanaşı, həm də yaхşı həkim idi. Aхund Mоlla Əlinin Оruc ağa, Dərgahqulu bəy adlı оğulları vardı. Onun törəmələri Axundov soyadını daşıyırlar və hal hazirda Bakıda yasayirlar.
Axundqışlaq (Bünab)
Axundqışlaq (fars. اخوندقشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. Azərşəhr-Miyandab avtomobil yolundan 7 km cənubdadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4,409 nəfər yaşayır (1,096 ailə). == İstinadlar == .
Axunəkəran
Axunahiran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 378 nəfərdir (2009).[mənbə göstərin] == Tarixi == Axunahiran Lerik rayonunun Veri inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Əsl adının Ahungəran olduğu və Talış dilində "dəmirçilər" mənasını bildirdiyi güman edilir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Hidronim isə axun (sel, çay), hır (tal, duman, ciskin) sözlərindən və -an (məkan) şəkilçisindən düzəlib, "dumanlı, bulanıq çay" deməkdir.
Axura
Axura — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Keçmiş adı Yeni Axura olmuşdur. Axura adlı yaşayış məntəqəsinin adı ilk dəfə VII əsrə aid mənbədə çəkilir. 1840-cı il iyunun 20-də güclü zəlzələ nəticəsində Ağrı dağının ətəyində yerləşən Axura kəndi dağılmış, kəndin əhalisi indiki əraziyə köçərək Yeni Axura kəndinin əsasını qoymuşdur. Sonralar oykonimin birinci komponenti düşmüş, kənd Axura adlandırılmışdır. == Əhalisi == Əhalisi 1571 nəfərdir. === Tanınmış şəxlər === Muxtar İmanov — AMEA Folklor İnstitutunun direktoru Məhəmməd İsmayılov — iş adamı.
Axura (Dərəlyəz mahalı)
AKURİ (AXURA) — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı. == Tarixi == Böyük Ağrı dağının yamacında yerləşən Axura kəndi 1840-cı ildə zəlzələdən dağılmışdır. (M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəlişah" komediyasında cadugər Məstəlişah Şəhrəbanu xanıma deyir: "Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının dağlarını qaldırıb yer ilə yeksan etsinlər ki, zərbindən Aqri dağının bir tərəfi də qopub tökülüb Akur kəndini batırdı". M. F. Axundov. Əsərləri. I cild, s.68). Kəndin sağ qalmış əhalisi köçüb haqqında danışdığımız kəndi yaratmışdır. Ona görə kənd Yeni Axura adlanmışdır. İlk dəfə Urartu mənbələrində (er.əv. VIII əsr) Akuriayni kimidir.
Ağa Axundov
Ağa Əbdülxalıq oğlu Axundov (21 mart 1882, Şamaxı – 26 oktyabr 1949, Bakı — Azərbaycan mühəndisi, energetik. == Həyatı == Ağa Axundov 21 mart 1882-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. 1900-cü ildə Bakı Real məktəbini bitirib, Kiyev Politexnik Universitetinə daxil olur. Sonra Hacı Zeynalabdin Tağıyevin ilk təqaüdçülərindən biri kimi Belçikaya gedir, Lyec Universitetini mühəndis-elektrik ixtisası üzrə bitirir. Təhsilini başa vurduqdan sonra Sürixdə Erlikon mexanika zavodunda işləyir. Ağa Axundov Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin müəllifi kimi məşhurdur (layihənin müəllifi kimi bu gün də Luqanoda xatirə lövhəsi vardır). Ağanın orijinal layihələrindən biri də Hollandiyada salınmış körpüdür. Körpü bu gün də turistlərin diqqətin cəlb edir. Cenevrə elmi cəmiyyətinin üzvü, 10 dil bilən poliqlot, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi (sonralar texnikum N.Nərimanovun adını daşımışdır), Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) prorektoru, pedaqoji institutda ümumi elektrotexnika kafedrasının müdiri, Azərbaycan Sənaye İnstitutunda özünün yaratdığı energetika fakültəsinin ilk dekanı – bütün bunları o, 1938-ci ilə qədər, Krasnoyarsk düşərgəsinə sürgün olunana qədər görə bilmişdir. O, sürgündə də yorulmaz alim, müdrik filosof kimi çalışır, öyrədir, tətbiq edir, yaradırdı.
Ağamusa Axundov
Axundov Ağamusa Ağası oğlu (2 fevral 1932, Kürdəmir – 5 sentyabr 2015, Bakı) — Azərbaycanın ədəbiyyatşünası, dilçi və türkoloq alimi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1964), professor (1967), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Respublikası Əməkdar Elm Xadimi (1990). == Həyatı == Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950–1955) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır (1959–1965). Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958–1959), baş müəllimi (1959–1961), dosenti (1961–1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967–1974 və 1980–1990) olmuşdur. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləmişdir (1981–1999). AMEA-nin Dilcilik institunun direkroru (1990–2011), AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb. == Ədəbi fəaliyyəti == Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunmuş "İkinci görüş" adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur. Sovet Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin (1978-ci ildən), Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərir. Misir Ərəb Respublikasının Qahirə şəhərində, Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından dərs demiş (1965–1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984) və Budapeşt (1986), Kayseri (Türkiyə, 1990), İstanbul (1992) şəhərlərində beynəlxalq elmi konfranslarda iştirak etmiş, Dostluq evinin və Sovet Amerika Əlaqələri İnstitutunun xüsusi heyətində ABŞ-də olmuş, Nyu-Yorkda II Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr olunmuş iclasda iştirak etmişdir (1975).
Ağanağı Axundov
Ağanağı Yaqub oğlu Axundov — Azərbaycan rejissoru, ssenaristi. == Həyatı == == Filmoqrafiya == Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967) İnsan məskən salır (film, 1967) Aslan və iki öküz (film, 1970) Fitnə (film, 1970) Pıspısa xanım və Siçan bəy (film, 1974) Cücələrim (film, 1975) Sən belə cımbılısan (film, 1982) Sehrli naxışlar (film, 1984) Bahar əyləncələri (film, 1989) Gecə qatarında qətl (film, 1990) == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Ağayar Axunzadə
Ağayar Axunzadə -Ağayar Əbdüləzim oğlu Axunzadə 1957-ci il noyabrın 5-də Bakı şəhərində, Zabrat qəsəbəsində anadan olub. 1992-ci ildən SSRİ-nin əməkdar məşqçisi, 1995-ci ildə Tərəqqi, 2002-ci ildə Şöhrət ordenləri təlfif olunmuşdur.2006-cı il dekabr ayının 25-də Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü. == Həyatı == Ağayar Axundzadə 1957-ci il noyabr ayının 5-də Bakı şəhəri Zabrat qəsəbəsində anadan olub. 1964-cü ildə 75 saylı orta məktəbə getmişdir. 1972-ci ildə Biləcəri qəsəbəsində Azərbaycan Respublikasının əməkdar məşqçisi Sabir Məmmədovun başçılığı altında sərbəst güləş bölməsində məşğul olmuşdur.1973-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi Tərlan Həsənovun başcılığıaltında sambo və cüdo bölməsində məşq etmişdir. Dəfələrlə ağır çəkidə cüdo üzrə Azərbaycan Respublikasının, "Lokomotiv"in mərkəzi Şurasının qalibi olmuş, 1977-ci ildə Gənclərin Ümumittifaq Oyunlarında V yeri tutmuş, 1979-cu ildə SSRİ Xalqlarının V Spartakiadasının iştirakçısı olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası daxil olmuşdur. 1980-ci ildən Respublika Olimpiaya Ehtiyatları idman məktəbində cüdo üzrə məşqçi müəllim işləyir.1996-cı ildə cüdo idman ba. məşqiçisi kimi XXVI, 2000-ci ildə XXVII, 2004-cü ildə XXVIII Yay olimpiya oyunlarında iştirak etmişdir. == Mükafatları == 1976-cı ildə SSRİ idman ustası normasını yerinə yetirmişdir.
Bahadur Axundov
Bahadur Məmməd oğlu Axundov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR rabitə naziri (1984–1990), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Bahadur Məmməd oğlu Axundov 1929-cu ilin may ayında anadan olmuşdur. Moskva Elektrotexnika Rabitə İnstitutunu bitirmişdir.Bahadur əmək fəaliyyətinə 1943-cü ildə Bakı teleqrafının mexaniki kimi başlamış, növbə mühəndisi, şöbə rəisi, Bakı teleqrafının rəisi, 1963-cü ildən Azərbaycan SSR Rabitə Nazirliyinin baş mühəndisi olmuşdur. 1965-ci ilin dekabr ayında Azərbaycan SSR rabitə nazirinin birinci müavini, 1984-cü ildə isə Azərbaycan SSR rabitə naziri vəzifəsinə təyin edilmişdir.Bahadur Axundov 1956-cı ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir. "Azərbaycan SSR əməkdar rabitəçisi" fəxri adına layiq görülmüşdür.
выштукату́ривать заду́мано каля́кать поло́дырничать поползнове́ние прити́рка сиве́ть системати́чно чуде́сный квит несваре́ние желудка подгиба́ть ро́мовый collecting depletion dissyllabic equilibratory main course movableness room-fellow иберийский кореш полинезиец солдатик эротический