ARBA

(Cəbrayıl, İmişli)
bərabər. – Cıdırda boz atnan sarı at arba gedirdilər (İmişli); – İkisi də arba gəldilər (Cəbrayıl)
ARASSUYU
ARDANIŞ
OBASTAN VİKİ
Arbalet
Qundaqlı yay-ox (köhnə azərbaycanca tarixi adları: Çarx چارخ Zənbərək زنبرک Zənburək زنبورک) — mexaniki yay-ox Azərbaycan Respublikası qanunvericiliyinə əsasən soyuq atıcı silah növüdür. Arbalet adi yay və oxdan dəqiq atış və dağıdıcı gücü ilə fərqlənir, lakin ox və yay arbaletdən daha sürətlidir. Arbaletdən atış üçün bolt, ox və ya güllədən istifadə edilir. Döyüş zamanı həm mexaniki (əl ilə istifadə edilən), həm də xüsusi avadanlığın üzərinə quraşdırılmış iri həcmli arbaletlərdən də istifadə edilirdi. Belə arbaletlərə arkbalist deyilir. == Mexanizm == Arbaletin əsas hissəsi qundaqdır və qundağın iç hissəsinə tətik quraşdırılır. Qundağın üzərində istiqamətləndirici (oxları) oyuq olur. Qundağın sonuna isə çiyinlər bərkidilir və həmin çiyinlərə ayağ üçün halqa quraşdırılır. Həmin halqaya arbaleti doldurma zamanı ayaq keçirilir. Çiyinlər elastikliyə malik polad, ağac və ya buynuzdan hazırlanır.
Arban (En)
Arban (fr. Arbent) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 3476 nəfər təşkil edirdi. == Coğrafiyası == Arban dəniz səviyyəsindən 565 m yüksəklikdə, Oyonna şəhərindən 5 km şimal-şərqdə, Ruisseau de Merdanson çayının sahilində, Yura dağlarında yerləşir. == İqtisadiyyatı == Əhali əsasən kənd təsərrüfatı və meşə təsərrüfatı ilə məşğuldur. Oyonnanın yaxınlığı səbəbindən 80-ə yaxın müəssisə var, bunlardan ən böyüyü plastik və dəqiq mexanika istehsalıdır. Bələdiyyənin yaxşı nəqliyyat infrastrukturu var.
Arbanus (Bükan)
Arbanus (fars. اربنوس‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (37 ailə).
Arbat
RusiyaArbat (Moskva)ErmənistanArbat (Ermənistan)İranArbat (Miyanə)
Arbat (Ermənistan)
Arbat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Arbat kəndi İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun mərkəzindən 20 km şimal-qərbdə, Zəngi çayından axan Şiraabad arxının yanında yerləşir. Zəngibasar rayonu yaradılanadək, 1969-cu ilə kimi Vağarşabad rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Arebat kimi, Qafqazın 5 verstlik xəritəsində Arbat formasında qeyd edilmişdir. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 391 nəfər, 1897-ci ildə 671 nəfər, 1914-cü ildə 1160 nəfər yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 263 nəfər, 1926-cı ildə 341 nəfər, 1931-ci ildə 263 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci il xüsusi qərarları ilə azərbaycanlılar 1948-1953-cü illərdə zorla bu kənddən Azərbaycana köçürülmüşdür. «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» kitabında azərbaycanlılar erməni əhalisi kimi verilmişdir. Belə ki, 1897-ci ildə burada 677 nəfər azərbaycanlı, 1926-cı ildə 341 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır.
Arbat (Miyanə)
Arbat (fars. ارباط‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,744 nəfər yaşayır (417 ailə).
Arbat (Moskva)
Arbat — Moskvanın tarixi mərkəzində təxminən 1 km uzunluqlu piyada küçəsidir. Arbat küçəsi XV əsrin sonlarında salınıb və bu da onu Moskvanın bu günə gəlib çıxmış ən qədim küçələrindən biri edir. Moskvanın Arbat rayonunun mərkəzi hissəsini təşkil edir. Əvvəllər küçə ticarət yolunun bir hissəsi idi və bir çox sənətkarlar burada yaşayırdı. XVIII əsrdə rus zadəganları Arbatı Moskvanın ən nüfuzlu yaşayış sahəsi hesab edirdilər. Napoleonun Moskvanı işğalı ilə əlaqədar 1812-ci ildə baş vermiş böyük yanğınla, demək olar ki, tamamilə məhv edildi və bundan sonra küçənin yenidən qurulmasına ehtiyac yarandı. XIX əsrin sonu və XX əsrdə kiçik zadəganların, sənətkarların və alimlərin yaşadığı yerə çevrildi. Sovet dönəmində isə bir sıra yüksək vəzifəli dövlət məmurları Arbatda yaşayırdılar.
Arbat (Çaroymaq)
Arbat (fars. اربط‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (14 ailə).
Arbat (Üskü)
Arbat (fars. اربط‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 442 nəfər yaşayır (112 ailə).
Arbatan
Arbatan (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Arbatan (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Arbatan (Heris)
Arbatan (fars. اربطان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,824 nəfər yaşayır (670 ailə).
Arbatan (Mərənd)
Arbatan (fars. ارباتان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,582 nəfər yaşayır (336 ailə).
Arbatan (Salyan)
Arbatan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Arbatan Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kur çayının sağ sahilindən bir qədər aralı, Salyan düzündədir.
Arbatan (Şərur)
Arbatan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arazboyu düzənlikdədir, Oykonim "sayalıq, çınqıllıq" deməkdir. SSRİ dövründə Babəki, Çərçiboğan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. == Əhalisi == Əhalisi 826 nəfərdir.
Arbatsko-Pokrovskaya xətti
Arbatsko-Pokrovskaya xətti (rus. Арба́тско-Покро́вская ли́ния, translit. Arbaatsko-Pokroovskaya liiniya) — Moskva metropolitenində xətt.
Arbaş (Askın)
Arbaş (rus. Арбашево, başq. Арбаш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Arbaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 75 km, ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 139 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Tatarlar (75 %) üstünlük təşkil edir.
Aşağı Arbat (Qoşaçay)
Aşağı Arbat (fars. ‎‎اربطسفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 188 nəfər yaşayır (37 ailə).
Georgi Arbatov
Arbatov Georgi Arkadyeviç (d.19.5.1923, Xerson) – rus iqtisadçı, Rusiya Elmlər Akademiyasının akademiki (1974). Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir (1949). Tədqiqatları beynəlxalq iqtisadi münasibətlər, Rusiya–Amerika əlaqələri və hərbi-siyasi problemlərə aiddir. SSRİ EA ABŞ və Kanada İnstitutunun banisi və direktoru (1967–1995). 1995-ci ildən REA ABŞ və Kanada İnstitutunun fəxri direktorudur.
Yuxarı Arbat (Qoşaçay)
Yuxarı Arbat (fars. ‎‎اربطعليا‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 144 nəfər yaşayır (25 ailə).
Sevim Arbana
Sevim Arbana (1951) — Albaniya qadın hüquqları müdafiəçisi və "Alban Qadınlarına Faydalı" və "Sülh və Anlaşma üçün Qadın Körpüsü" adlı qeyri-hökumət təşkilatlarının təsisçisi. == Həyatı == Sevim Arbana 1951-ci ildə anadan olub. Sevimin atası Albaniyadakı Azadlıq Ordusunun üzvü kimi İkinci Dünya müharibəsində almanlara qarşı vuruşub. O, müharibədən sonra anti-kommunist Qanunçuluq Partiyasına qoşulmuş və nəticədə "xalq düşməni" kimi damğalanaraq Ənvər Xocanın hakimiyyəti dövründə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Atasının siyasi baxışlarına görə Arbananın ailəsi Albaniya hökuməti tərəfindən daim təqiblərə məruz qalırdı; bununla da Sevimin Tirana şəhərində yerləşən İncəsənət Məktəbində təhsilini başa vurmaqla bağlı çətinliyi yaranmışdı.1991-ci ildə Arbana Kosovoda keçirilən bir forumda özünün qadın hüquqları təşkilatlarının aldığı maliyyə çatışmazlığına etiraz edərkən Serbiya polisi tərəfindən həbs olunmuşdu. Bundan əlavə, Sevim Arbana əvvəllər MJAFT! (azərb. Bəsdir!‎) hərəkatında iştirak etmiş Tirana meri Eryon Veliay ilə birgə çalışmışdı. Arbana onu qadın hüquqlarını dəstəkləmədiyinə görə tənqid etmiş və Veliayın həmin vəzifəyə seçilməsindən sonra onunla əməkdaşlığını dayandırmışdı. 1997-ci ildə Sevim Albaniyada ilk çətir QHT olan QHT Forumunun prezidenti seçilmişdi.2005-ci ildə 1000 Sülh Qadınından (ing.
Con Arbakl
Conatan K. Arbakl (ing. Jonathan Q. Arbuckle) — Cim Devisin yaratdığı "Qarfild" karikaturasında peyda olan uydurma personaj. O, "Qarfild və dostları" və "Qarfildin şousu" animasiya seriallarında görünüb, həmçinin iki filmdə aktyor Brekin Meyer tərəfindən canlandırılıb. == Haqqında == Cim Devis bu personajı özünün təmsili kimi yaratmışdır. Karikatura ilk yaradıldığı vaxtlarda Con Arbakl baş qəhrəman idi və bu karikatura onun adını daşıyırdı. Sonralar Devis fikrini dəyişdi və diqqəti Conun ev heyvanı Qarfildə yönəltdi, bunun nəticəsində Qarfild hekayənin əsas personajı oldu, "Con" kimi bilinən karikatura isə "Qarfild"ə çevrildi. Bu karikaturada bəzi dəyişikliklər baş verdi, ev iti Spot-un adı Odi ilə əvəz olundu. == Bioqrafiya == 23 dekabr 1980-cü ildə nəşr olunmuş karikaturada Con Qarfildə 29 yaşı olduğunu deyir. "Qarfildin şousu" animasiya serialında isə onun 22 yaşı var.Conun italyan əsilli olduğu güman edilir, çünki onun Tony Arbuccli adlı əcdadı mövcuddur. O, və ev heyvanları onların yaradıcısı Cim Devis kimi İndiana ştatında yaşayırlar.
гужево́й недооцени́ть причмо́к сбрива́ние тамари́ск хи́трый че́рпаться депоне́нт европоцентри́ческий жестя́ночка загла́зно засу́нуть как в воду смотре́л сподо́биться трёхгоди́чный чахи borscht circuit copper pyrites distortionless dog-skin Hecate Strait tinware victualler преодолеть раковый