ARZIMAN
ASALA
OBASTAN VİKİ
.as
.as — Amerikan Samoasının internet kodu.
AD-AS modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
AS-90
Özüyeriyən artilleriya qurğusunun adı (AS-90) ingiliscə “Artillery System for 1990's” sözlərindən əmələ gəlib Azərbaycan dilində mənası “1990-cı illər üçün artilleriya sistemi” deməkdir. Böyük Britaniya ordusu tərəfindən aktiv şəkildə istifadə edilən özüyeriyən artilleriya qurğusudur.İstehsalçı: Böyük Britaniya İstehsalçı firma: Vickers Shipbuilding and Engineering Tip: Özüyeriyən artilleriya qurğusu İstehsal tarixi: 1992 – davam edir Xidmətə giriş ili: 1992 – günümüzə Ekipaj: 5 nəfər İstehsal sayı: 185 ədəddən çox == Ölçülər == Ağırlığı: 45 ton Uzunluğu: 7.2 m Lülə daxil olmaqla: 9.9 m Eni: 3.3 m Hündürlüyü: 3 m Klirens: 0.41 m == Müdafiə == Zireh: 17 mm-lik polad Sis bombaları == Performans == Zəminə təzyiq: 0,87 kq/sm ² Dalış dərinliyi: 1.5 m Xəndək keçmə: 2.8 m Divar dağıtmaq: 0.75 m Qalxma bucağı: 30º Motor: Cummins VTA-903T660 V8 dizel At gücü: 660 a.g. Maksimal sürət: 55 km/s Mənzili: 370 km Dayandırılması: hidravlik körpü == Silahlanma == Əsas silahı: 155 mm “L31” yivli top Kalibr: 155 mm Lülənin qalxma bucağı: -5º...
As çayı
As çayı — Cənubi Afrika Respublikası ərazisində çay == Ümumi məlumat == As çayı Cənub—Şərqi Azad Dövlətində Lebenbergsvley çayının bir qoludur. 1968-ci ildən etibarən Bezlehemin şərqindəki sonuncu çay ilə birləşən Sol Plaatje Barajı (əvvəllər: Saulspoort Barajı) tərəfindən məhv edilmişdir. Onun mənşəyi Klarens yaxınlığında, Ruyberqenin şimal yamaclarında, Baytlam şəhərindən təxminən 35 km cənubdadır. 1998-ci ildə Lesoto Dağları Su Layihəsinin şimala çıxışı üçün tunelin açılması ilə kiçik axın güclü bir çaya çevrildi == Suyun çatdırılması == As Çayı Lesoto Dağları Su Layihəsi üçün boşalma nöqtələrindən biridir . 2004-cü ildən etibarən saniyədə 18 kubmetr su çıxarılır və çay axını mövsümi dəyişkən deyil. Mənsəbin aşağı hissəsində yerləşən Stortemelk Barajı, su axını və məhdud eroziyanı sabitləşdirmək üçün Su İşləri İdarəsi tərəfindən görülən bir tədbir idi.2004-cü ilədək, dörd dəfə inşa edilmişdir. == Enerji istehsalı == İki xüsusi hidroelektrik stansiya, Sol Plaatje və Merino, 2009 və 2012-ci illərdə ardıcıl istifadəyə verilmişdir və elektrik şəbəkəsinə 7 MVt ilə təmin edir.Botterkloof Barajında Avtomatlaşdırılmış və aşağıda saxlanılan Stortemelk Hidroenerji Layihəsi 2016-cı ilin iyul ayından etibarən elektrik şəbəkəsinə 4,4 MVt əlavə etmək üçün nəzərdə tutulub == Ekoloji təsir == 1998-ci ildə şimala çıxış tunelinin açılması, suyun həcminin artması,suyun temperaturunun azalması, çay kanalının təmizlənməsi və Saulspoort Barajında çox miqdarda çöküntü olduğu üçün fiziki və kimyəvi dəyişikliklərə səbəb olmuşdur . Kükürd və largemuz sarımsağı kimi əsas göstəricilərin populyasiyaları azaldı və çayın yeddi dənizin balıq növü yoxa çıxdı. Onurgasızların bərpası yalnız bir neçə kilometr aşağı hissədə idi və su yüksək həcmdə sərbəst buraxıldığı zaman təsirsiz oldu. Çox yaşayış sahəsi hələ də mövcud olsa da, su orqanizmləri ilə çayın su kütləsi, aşağı su temperaturu və eroziya potensialı ilə məhdudlaşır.
Transpetrol AS
Transpetrol AS — Slovak bir şirkətdir və drujba neft kəmərinin Slovakiya hissəsinin operatorudur. Baş qərərgahı Bratislavadadır. == Sahibkarlar və Rəhbərlik == Transpetrol hissələrinin 51%-i Slovakiya hökumətinə, 49% isə Rusiyanın YUKOS adlı şirkətinə aiddir. 2006-ci ildə YUKOS, yenə bir rus neft şirkəti olan Russneft ilə bu bağlamanı, 103 milyon $ qarşılığında satma mövzusunda razılaşdı, ancaq bu razılaşma Slovakiya hökuməti tərəfindən təsdiqlənməmişdir. == Statistika == 2006-ci ildə şirkət ümumi olaraq 11 milyon 145 min ton xam neft nəql etmişdir: Slovnaft'a 5 milyon 660 min ton. Çexiyadakı Litvinovdaki və Pardubitse'dəki rafinad zavodlarına 5 milyon 218 min ton. Başqa şirkətlərə 267 min ton.
As ibn Vail
As ibn Vail — Məkkənin varlı adamlarından biri olmuşdur. Məhəmməd peyğəmbərə və ilk müsəlmanlara qarşı düşmən mövqe tutan bir şəxsdir. Müsəlman tarixçilərinə görə o, Məhəmməd peyğəmbəri aşağılamaq məqsədi ilə oğul övladının olmamasına görə, "arxası kəsik" və ya "nəsli kəsilmiş" kimi ifadələr istifadə edirdi. Bu səbəbdən də Kövsər surəsi nazil olmuşdur.
Sent-Etyen AS
Sent-Etyen AS (fr. Association Sportive de Saint-Étienne Loire) - Fransız futbol klubu. Klub 1919-cu ildə Fransanın Sent-Etyen şəhərində yaradılıb və öz adını təmsil etdiyi şəhərdən götürüb. Hal-hazırda Fransa Liqa 1 çempionatından mübarizə aparan kluba fransız mütəxəssis Kristof Qaltye rəhbərlik edir. Komanda ev oyunlarını Sent-Etyen şəhərində yerləşən və 40 minlik azarkeş tutumu olan Stade Geoffroy-Guichard stadionunda keçirir. Komandanın kapitanlığıni isə 1996-cı ildən klubun formasını geyinən Loïc Perrin yerinə yetirir. Sent-Etyen futbol klubu 10 qat Fransa Çempionu, 5 qat Fransa Kubokunun qalibi və 1 dəfə Fransa Liqa Kubokunun qalibi olmaqla Fransa futbol tarixinin ən titullu klublarından hesab olunur. Klub Fransa Liqa 1 də ən çox çempion olan klub titulunu özündə saxlamağa davam edir. Fransa Çempionatında əldə edilən uğurlarla yanaşı klub müxtəlif vaxtlarda 6 dəfə də Fransa kubokuna sahib çıxmışdır. Bu nəticə ilə Sent-Etyen AS Fransa Kubokunu ən çox qazanan 3 klubdan biri ünvanını hələdə qoruyur.
Əbdürrəhman as-Sufi
Abul-Hüseyn Abdurrahman ibn Ömər əl-Sufi (fars.عبدالرحمن صوفی, Rey, 7 dekabr 903 -Şiraz,25 may 986) — məşhur fars astronom və riyaziyyatçı idi. O, Isfahanda, emir Adud ad-Daula hakimiyyəti dovrundə yaşamışdır və astronomiya haqqında olan məqalələri yunan dilindən tərcumə edirdi(birinci novbədə Almaqest Ptolimeyin). Təxmini olaraq 960-cı ildən Şirazda işləyirdi. Ən məşhur kitablarından biri "Sabit ulduzlar"kitabıdır(ərəb. كتاب الكواكب الثابتة). Kitabda 1017 ulduz və 48 bürc haqqında ətraflı məlumat verilmisdir. Kitabda bürclərin rəngarəng təsviri, eləcə də onların ekliptikal koordinatları haqqındada məlumat var. öz müşahidələrinə əsaslanaraq o, əvvəlki astronomi melumatları nəzərdən keçirmişdir(əsasən Klavdiy Ptolimeyin). Al-Sufi astronomiyanın gələcək inkişafına böyük təsir göstərmişdir. Onun elmi əsərlərindən daha sonra əl-Biruni, Əbu əl-Həsən ibn Yunis, Nasir əl-Din əl-Tusi, ispan və səmərqənd astronomları da istifadə etmişdirlər.
Əmr ibn As
Həzrəti Əmr ibn As (Məkkə – 664, Misir) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Misir valisi (640–656;661–663) == Həyatı == Əmr ibn As Məkkə şəhərində dünyaya gəlmişdir. Məkkənin müsəlmanlar tərəfindən tutulmasından 6 ay əvvəl, 629-cu ildə İslam dinini qəbul edərək, müsəlman olmuşdur. Məhəmməd onu Zatus-səlasil döyüşündə orduya komandan təyin etmişdir. Döyüşü qalibiyyətlə başa vurmuşdur. Misirin müsəlmanlar tərəfindən tutulmasına rəhbərlik etmişdir. 640-cı ildə o zaman xəlifə olan Ömər ibn Xəttab tərəfindən Misir valisi təyin edilmişdir. 657-ci ilin may-iyun aylarında o zamanlar xəlifə olan Əli ilə o zamanlar faktiki Şam valisi olan I Muaviyə arasında baş verən Siffeyn döyüşündə I Muaviyə tərəfdə savaşmışdır. Hakim hadisəsində I Muaviyənin nümayəndəsi kimi iştirak etmiş və I Muaviyəni xəlifə təyin etdiyini açıqlamışdır. 658-ci ildə Şamda xəlifəliyini elan etmiş I Muaviyə tərəfindən yenidən faktiki Misir valisi təyin olunmuşdur.
As-i Cədid (Kəleybər)
As-i Cədid (fars. اس جديد‎) Yeni As - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (8 ailə).
As-i Qədim (Kəleybər)
As-i Qədim (fars. اس قديم‎) və ya Əski As - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (22 ailə).
As I Lay Dying
As I Lay Dying — 2000-ci ildə San-Dieqoda (Kaliforniya) Tim Lambezis tərəfindən yaradılan ABŞ metal musiqi qrupu. == Haqqında == Tim Lambezis əvvəllər zərb alətlərində ifa etmək istəyib, lakin bunu yaxşı bacarmadığına görə sonra qrupun vokalisti olub. Qrup mahnı sözlərini və qrupun adını məşhur yazıçı Uilyam Folknerin 1930-cu ildə yazdığı "As I Lay Dying" adlı romanından götürüb. Qrupun ilk debüt albomu 2001-ci ildə Pluto Records şirkəti ilə birgə "Beneath the Encasing of Ashes" adlı albomu olmuşdur. 2003-cü ildə qrup Metal Blade Records albom şirkəti ilə müqavilə imzalayaraq ikinci "Frail Words Collapse" adlı albomlarını çıxardaraq, metalcore üslubun da ən məşhur qruplardan biri oldu. Çünki bu albomdan sonra MTV kanalında albomun "94 Hours" və "Forever" mahnıları kanal da ən çox reytinq toplayan mahnılardan biri oldu. Bu da qrupun tanınması üçün çox əlverişli oldu. Daha sonra qrup Killswitch Engage, In Flames, Shadows Fall, Lamb of God, Hatebreed, Everytime I Die, The Black Dahlia Murder, Scarlet, Chimaira, Soilwork, Papa Roach, Soul Embrace, Bleeding Through, Sworn Enemy, Danzig, 3 Inches Of Blood, Haste, Zao, Six Feet Under və The Agony Scene kimi qruplarla eyni səhnələr də yer alaraq konsertlər də çıxış etdi. Bundan əlavə qrup Metal Blade Records albom şirkəti ilə birlik də 2005-ci ildə "Shadows Are Security", 2007-cı ildə "An Ocean Between Us",2010-cu ildə "The Powerless Rise" və 2012-ci ildə "Awakened" albomlarını buraxmışdır. 2013-ci ilin mayında qrupun vokalisti Tim Lambesis keçmiş arvadını öldürtmək üçün gizli qatil tutmasından həbs edilərək istintaqa cəlb edilmişdir.
Sen-Julyen-d'As
Sen-Jülyen-d'As (fr. Saint-Julien-d'Asse, oks. Sant Julian d'Assa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04182. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 155 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 103 yaşında (15-64 yaş arasında) 61 nəfər iqtisadi cəhətdən fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 59,2%, 1999-cu ildə 53.0%). Fəal 61 nəfərdən 52 nəfər (31 kişi və 21 qadın), 9 nəfər işsiz (3 kişi və 6 qadın) idi.
"Astananın 10 illiyi" medalı
"Astananın 10 illiyi" medalı (qaz. 10 жыл Астана) — Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin 6 may 2008-ci il tarixli Fərmanına uyğun olaraq, paytaxtın Astana şəhərinə köçürülməsinin 10-cu ildönümünü qeyd etmək üçün təsis edilmiş Qazaxıstan Respublikasının dövlət mükafatı. == Ordenin statusu == 1. "10 il Astana" yubiley medalı (bundan sonra — yubiley medalı) Qazaxıstan Respublikasının vətəndaşlarına və Qazaxıstan Respublikasının və paytaxtının qurulmasına və inkişafına böyük töhfə verən xarici vətəndaşlara verilir. 2. Yubiley medalının verilməsi üçün namizədlər Qazaxıstan Respublikasının Prezidentinə Parlament, Hökumət, Konstitusiya Şurası, Ali Məhkəmə, nazirliklər, bölgələrin, Astana və Almatı şəhərlərinin rəhbərləri, ictimai birliklər və Qazaxıstan Respublikasının digər mərkəzi dövlət orqanları sədrləri tərəfindən təqdim olunur. 3. Yubiley medalı Qazaxıstan Respublikasının Prezidenti tərəfindən verilir, həmçinin Qazaxıstan Respublikası Prezidenti adından aşağıdakılar təqdim edə bilər: 1. Qazaxıstan Respublikasının dövlət katibi; 2. Qazaxıstan Respublikası Parlament komissiyalarının sədrləri; 3.
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı - SSRİ Ali Sovetinin 1 noyabr 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı == Xarici keçidlər == "Медаль «За отличную службу по охране общественного порядка»". Ордена и медали СССР. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 января 2008.
76 saylı Lənkəran-Astara seçki dairəsi
77 saylı Astara seçki dairəsi
AFK Asiya Kuboku
AFK Asiya Kuboku — AFK üzv ölkələri arasında keçirilən beynəlxalq futbol turniri. Amerika Kubokundan sonra dünyanın ikinci ən qədim qitə futbol çempionatıdır.
AH8 Asiya marşrutu
AH8 Asiya marşrutu — Şimali Avropanı İranla birləşdirən beynəlxalq Asiya şəbəkəsinin əsas yollarından biridir. Uzunluğu 4718 kilometrdir. == Marşrut == Marşrut Finlandiya ilə sərhəddən başlayır. Daha sonra marşrut aşağıdakı kimidir: Sankt-Peterburq - Moskva - Volqoqrad - Həştərxan - Kizlyar - Mahaçqala - Dərbənd - Bakı - Tehran - Bəndər-İman.
AMEA Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana. Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435-1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150-180-ə çatır . == Tarixi == Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H.F.Sultanov 1960-1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.
Abarema asplenifolia
Abarema asplenifolia (lat. Abarema asplenifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin abarema cinsinə aid bitki növü.
Abarema aspleniifolia
Abarema asplenifolia (lat. Abarema asplenifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin abarema cinsinə aid bitki növü.
Abastumani astrofizika rəsədxanası
Abastumani Astrofizika Rəsədxanası — Gürcüstan Milli Elmlər Akademiyası elmi tədqiqat müəssisəsi. Abastumani qəsəbəsi yaxınlığındakı Kanobili dağındanda yerləşir. Rəsədxana dəniz səviyyəsindən 1650 m yüksəklikdədir. Rəsədxana İli Dövlət Universitetinin tabeçiliyindədir. == Rəsədxananın rəhbərləri == 1932—1992-ci illərdə — Yevqeni Kirilloviç Xaradze. 1992-ci ildən rəsədxananın fəxri direktorudur. 1992 — 1 may 2006-cı il —Rolan İliç Kiladze. 1 may 2006-cı ildən — Georqi Cavaxişvili. == Ümumi məlumat == SSRİ-də ilk yüksək dağ astrofizika rəsədxanası kimi 1932-ci ildə yaradılmışdır. İlk öncə rəsədxana Abastumani qəsəbəsində fəaliyyət göstərmiş.
Abdulla bəy Asi
Abdulla bəy Əli bəy oğlu Fuladov — öz dövrünün ziyalısı, şair, mütəfəkkir. Əli bəy Fuladovun oğlu, İbrahim bəy Azərin kiçik qardaşı və Qasım bəy Zakirin nəvəsi. == Həyatı == Abdulla bəy Asi Əli bəy və Nənuş xanımın ailəsində 1841-ci ildə Şuşada anadan olmuşdur. Atası Əli bəy məşhur Azərbaycan şairi Qasım bəy Zakirin oğlu olmuşdur. Bundan başqa, Abdulla bəyin kiçik qardaşları İbrahim bəy Azər və Xudadat bəy Poladov da şair olmuşdur. Erkən yaşda atasını itirdiyinə görə babası Qasım bəy Zakirin himayəsində böyümüşdür. Ailə kökən olaraq Qarabağ xanları nəslindən gəlməkdədir.İlk təhsilini Şuşa şəhərində almış, daha sonradan mədrəsədə təhsilini davam etdirmişdir. Erkən yaşlarından şeirlər yazmağa başlamış və Azərbaycan dilindən başqa, ərəb, fars dillərində də şeirlər yazmışdır. Gəncliyində Əlişir Nəvainin əsərlərini oxumuş, bu əsərlərdən Çağatay dilini öyrənmiş və bu dildə bir neçə qəzəl də yazmışdır. Mir Möhsün Nəvvabla birgə Şuşada şairlər məclisi kimi fəaliyyət göstərən Məclisi-fəramuşanın qurucusu və aktiv üzvü olmuşdur.
Achillea asiatica
Asiya boymadərəni (lat. Achillea asiatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Achillea aspleniifolia
Achillea aspleniifolia (lat. Achillea aspleniifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Agrostis aspera
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Aleksandra Asimaki
Aleksandra Asimaki (28 iyun 1988, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Aleksandra Asimaki, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Allium assimile
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Allium sativum subsp. asiae-mediae
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.
Amblyseius asperocervix
Amblyseius asperocervix (lat. Amblyseius asperocervix) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius asperocervix Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Anbaranməhəllə (Astara, İran)
Anbaranməhəllə (fars. عنبران محله‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,291 nəfər yaşayır (285 ailə).
Aqrolizinq ASC
Aqroservis Açıq Səhmdar Cəmiyyəti — Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılan səhmdar cəmiyyət. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 22 noyabr 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin 1.4-cü bəndinə əsasən həmin 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 8 iyul 2006-cı ildə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 331 N-li əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliy­yətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. “Aqrolizinq” ASC-in yaranması zamanı onun qarşısına qoyduğu əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsi idi. Sonradan Prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.
Aqroservis ASC
Aqroservis Açıq Səhmdar Cəmiyyəti — Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılan səhmdar cəmiyyət. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 22 noyabr 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin 1.4-cü bəndinə əsasən həmin 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 8 iyul 2006-cı ildə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 331 N-li əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliy­yətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. “Aqrolizinq” ASC-in yaranması zamanı onun qarşısına qoyduğu əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsi idi. Sonradan Prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.
Arabaçı (astronomiya)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Argentina Futbol Assosiasiyası
My Youth Romantic Comedy Is Wrong as Expected.
My Youth Romantic Comedy Is Wrong, As I Expected, Yaponiyada tanınan adı ilə Yahari Ore no Seishun Love Comedy wa Machigatteiru. (やはり俺の青春ラブコメはまちがっている。, azərb. Mənim gənclik romantik komediyam gözlədiyim kimi səhvdir‎) və ya digər adları ilə My Teen Romantic Comedy SNAFU, Hamachi (はまち), OreGairu (俺ガイル) — Ponkan8-in rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası əsasında üç manqa adaptasiyası və dörd antologiya cildi istehsal olunmuşdur. Brain's Base studiyası tərəfindən istehsal olunmuş anime serialı 4 apreldən 27 iyun 2013-cü ilə kimi yayımlanmışdır. Animenin ikinci mövsümü isə Feel studiyası tərəfindən çəkilmiş və 2 apreldən 25 iyun 2015-ci ilə kimi nümayiş etdirilmişdir. 5pb. şirkəti tərəfindən istehsal olunmuş "Yahari Game demo Ore no Seishun Rabu Kome wa Machigatteiru." adlı videooyun 19 sentyabr 2013-cü ildə buraxılmışdır. Eyni şirkət tərəfindən istehsal olunmuş ikinci videooyun isə 27 oktyabr 2016-cı ildə buraxılmışdır.
My Youth Romantic Comedy Is Wrong, As I Expected
My Youth Romantic Comedy Is Wrong, As I Expected, Yaponiyada tanınan adı ilə Yahari Ore no Seishun Love Comedy wa Machigatteiru. (やはり俺の青春ラブコメはまちがっている。, azərb. Mənim gənclik romantik komediyam gözlədiyim kimi səhvdir‎) və ya digər adları ilə My Teen Romantic Comedy SNAFU, Hamachi (はまち), OreGairu (俺ガイル) — Ponkan8-in rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası əsasında üç manqa adaptasiyası və dörd antologiya cildi istehsal olunmuşdur. Brain's Base studiyası tərəfindən istehsal olunmuş anime serialı 4 apreldən 27 iyun 2013-cü ilə kimi yayımlanmışdır. Animenin ikinci mövsümü isə Feel studiyası tərəfindən çəkilmiş və 2 apreldən 25 iyun 2015-ci ilə kimi nümayiş etdirilmişdir. 5pb. şirkəti tərəfindən istehsal olunmuş "Yahari Game demo Ore no Seishun Rabu Kome wa Machigatteiru." adlı videooyun 19 sentyabr 2013-cü ildə buraxılmışdır. Eyni şirkət tərəfindən istehsal olunmuş ikinci videooyun isə 27 oktyabr 2016-cı ildə buraxılmışdır.

Значение слова в других словарях

гэкачепи́ст деся́тый закоря́бать зурна́ каблучи́ще каре́та обзо́р обслюня́вливаться постоя́нно яшмови́дный неолити́ческий пого́дки технизи́ровать хля́бать дунуть рекомендовать blaze out colour bearer fruticose sweptwing windtight дракон заржавленный поплакать прокатка