Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «Ö» – 320
Ö
Azərbaycan əlifbasının iyirmi ikinci hərfi. подробнее
ÖC
is. İntiqam. [Tərxan:] Qaynayır qəlbimin içində öcüm; Bilirəm, çatmaz o nəhəngə gücüm. подробнее
ÖCƏŞKƏN
sif. Öcəşməyi, sürtüşməyi sevən, mübahisə etməyi sevən. Öcəşkən adam.
ÖCƏŞKƏNLİK
is. Öcəşməyi adət etmiş adamın xasiyyəti. Öcəşkənlik yaxşı şey deyil.
ÖCƏŞMƏ
“Öcəşmək”dən f.is. [Vaqif Şahnisəyə:] Xülasə, gecə-gündüz bu xanların bir-biri ilə öcəşməsindən heç başımız ayazımır. Çəmənzəminli.
ÖCƏŞMƏK
f. Çəkişmək, sataşmaq, sürtüşmək, mübahisə etmək, tutaşmaq. подробнее
ÖD
is. 1. Qara ciyərin ifraz etdiyi sarıyaşıl rəngli acı maye. подробнее
ÖDDƏK
sif. məh. Qorxaq.
ÖDƏK
is. məh. Ödənməli plan, qaytarılmalı olan pul; borc. подробнее
ÖDƏMƏ
“Ödəmək”dən f.is.
ÖDƏMƏK
f. 1. Başqasından aldığı, yaxud borc etdiyi şeyi qaytarmaq, vermək. подробнее
ÖDƏNİLMƏ
“Ödənilmək”dən f.is.
ÖDƏNİLMƏK
“Ödəmək”dən məch. Borc ödənildi. Bütün ehtiyaclar ödənildi. подробнее
ÖDƏNİŞ
is. 1. Ödənmə işi; ödənmə. Borcun ödənişi. 2. Yerinə yetirilmə. Planın ödənişi.
ÖDƏNMƏ
“Ödənmək”dən f.is.
ÖDƏNMƏK
bax ödənilmək. Borc ödəndi.
ÖDƏYİŞ
is. Borcunu vermə, ödəmə.
ÖDLÜK
is. bax öd kisəsi (“öd”də).
ÖDÜL
is. Mükafat, priz.
ÖDÜNC
is. Əvəzi eyni və ya bənzər şeylə verilmək (qaytarılmaq) şərtilə alınan şey (əsasən pul); borc.
ÖFKƏ
is. 1. Ağ ciyər. 2. dan. Hirs, qəzəb, hiddət. подробнее
ÖFKƏLƏNMƏ
“Öfkələnmək”dən f.is.
ÖFKƏLƏNMƏK
f. Hirslənmək, hiddətlənmək, qəzəblənmək, hiddətə gəlmək.
ÖFKƏLİ
sif. 1. Ürəkli, qorxmaz, cəsarətli, ciyərli. подробнее
ÖGEY
sif. Doğma olmayan. Ögey ana. Ögey ata. Ögey bacı. подробнее
ÖGEY-DOĞMALIQ
is. Hamıya qarşı eyni münasibətin olmadığı hal; ayrı-seçkilik. подробнее
ÖGEYLİK
is. Doğma olmama, ögey olma. Mənə neçə qadın analıq etdi; Dözdülər anasız məhəbbətimə; Mən isə dözmədim ana adıyla; Onların ögeylik sədaqətinə. S.Tahir.
ÖGƏC
is. Üçyaşar erkək qoyun. Toğlu birillik, şişək ikiillik, ögəc üçillik olardı. H.Sarabski.
ÖHDƏ
is. [ər.] Öz üzərinə götürülən və yerinə yetirilməsi vacib olan vəzifə; təəhhüd, borc. подробнее
ÖHDƏÇİ
is. Hər hansı bir işi görməyə, yerinə yetirməyə söz verən, üzərinə təəhhüd götürən adam.