Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «Ə» – 1552
Ə₁
azərbaycan əlifbasının yeddinci hərfi və bu hərflə işarə olunan saitin adı.
Ə₂
nida. Müraciət, çağırış bildirir. [Nəbi] pristav Mehdi bəyi görcək deyir: – Ə, bu fağırı niyə qəhr edirsən? “Qaçaq Nəbi”. подробнее
ƏBA
bax aba1. ..Axund əbasını düzəldib dükandan çıxdı, getdi. подробнее
ƏBALI
b a x abalı. Görünür [Mirzə Poladın] Şuşadakı həkim atası – sarı əbalı Mirzə Həsən öz qızına çox əfsanəli, əsrarlı bir dərs demişdir. S.Rəhimov.
ƏBABİL
is. [ər.] Dağ qaranquşu, uzunquyruq.
ƏBCƏD
is. [ər.] köhn. 1. Qədim ərəb əlifbasında ilk dörd hərf. подробнее
ƏBD
is. [ər.] köhn. Qul, kölə. Əbd olma, ey Nəsimi, fani cəhanə, çün kim; İmanü din içində sənsən əmirü sultan. Nəsimi.
ƏBƏ₁
is. məh. Uşaq oyununda: içərisinə qoz, fındıq və s. salınan çuxur.
ƏBƏ₂
is. dan. Mama, mamaça.
ƏBƏÇİ
sif. məh. Mamaça, mama. Pis əbəçiyə arvad tapşıran övladsız qalar. (Ata. sözü).
ƏBƏÇİLİK
is. məh. Mamaçalıq, mamalıq. Əbəçilik etmə
ƏBƏD
zərf [ər.] Sonsuz gələcək zaman (əzəl qarşılığı). подробнее
ƏBƏDA
[ər.] klas. 1. B a x əbədən. 2. Heç, qətiyyən. подробнее
ƏBƏDƏN
zərf [ər.] Heç vaxt, heç bir zaman, əsla, qəti, qətiyyən. подробнее
ƏBƏDİ
sif. və zərf [ər.] 1. Daimi, həmişəlik. Şair könlüm rübabını eşq ilə çaldı; Biz əbədi qardaş olduq: ilk bahar və mən. подробнее
ƏBƏDİLƏŞDİRİLMƏ
“Əbədiləşdirilmək” dən f.is. Qarabağ müharibəsində həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi.
ƏBƏDİLƏŞDİRİLMƏK
məch. Əbədi olaraq yaşadılmaq, yadda saxlanılmaq.
ƏBƏDİLƏŞDİRMƏ
“Əbədiləşdirmək”- dən f.is.
ƏBƏDİLƏŞDİRMƏK
icb. 1. Əbədi olaraq nəsillərin xatirəsində yaşatmaq, həmişəlik xatirə qoymaq. подробнее
ƏBƏDİLƏŞMƏ
“Əbədiləşmək”dən f.is.
ƏBƏDİLƏŞMƏK
f. Əbədi olmaq, həmişə yaşamaq. Eşqinə dəm tutub göylər mələşsin; Eşqin tarix olub əbədiləşsin. B.Vahabzadə.
ƏBƏDİLİK
is. Daimilik, sonsuzluq, həmişəlik, daim yaşama; heç vaxt bitməməzlik, qurtarmamazlıq. подробнее
ƏBƏDİYYƏN
zərf [ər.] Həmişəlik, əbədi, daimi. [Qızın] gözləri ilk baxışdan əbədiyyən hafizəmdə nəqş olunmuşdu. Ə.Məmmədxanlı.
ƏBƏDİYYƏT
is. [ər.] 1. Əbədilik, daimilik; həmişə var olan şey. подробнее
ƏBƏKÖMƏÇİ
bax əməköməçi.
ƏBƏS
sif. [ər.] 1. Nahaq, bihudə, faydasız. // Zərf mənasında. подробнее
ƏBƏVEYN
is. [ər.] köhn. Ata-ana, valideyn. Hər gün əbəveyni şad edirlər; Hörmətlərini izdiyad edirlər. M.Ə.Sabir.
ƏBİR
is. [ər.] klas. bax ənbər. Gülzarə hava əbir tökdü; Səhrayə qübari-mişk çökdü. Füzuli.
ƏBLƏH
sif. [ər.] 1. Axmaq, səfeh, gic, sarsaq, başıboş. подробнее
ƏBLƏHCƏSİNƏ
zərf Axmaqcasına, sarsaqcasına, axmaq kimi; gic-gic. подробнее