Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «Aİ» – 14
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 
AİD
əd. [ər.] Nisbəti və əlaqəsi olan, təəllüqü olan, məxsus. подробнее
AİDİYYƏT
is. [ər.] Aid olma, nisbət və əlaqəsi olma, dəxli olma. подробнее
AİDLİK
b a x aidiyyət.
AİLƏ
is. [ər.] 1. Ata-anadan, uşaqlardan, nəvələrdən və yaxın qohumlardan ibarət olub, bir yerdə yaşayan adamların hamısı; külfət. подробнее
AİLƏBAZ
sif. və is. [ər. ailə və fars. ...baz] Ümumi mənafeyi deyil, birinci növbədə öz qohum və yaxınlarının mənafeyini güdən (adam).
AİLƏBAZLIQ
is. Ümumi mənafeyin ziddinə olaraq, ilk növbədə öz qohumlarının və yaxın adamlarının mənafeyini güdmə.
AİLƏCANLI
sif. Öz ailəsini çox sevən, onun qeydinə qalan, ailəsinə yaxşı baxan. подробнее
AİLƏÇİLİK
is. dan. 1. B a x ailəpərəstlik. 2. məc. Bir işin öz mənfəətinə, xəlvəti və öz yaxın adamlarının məhdud çərçivəsi içərisində aparılması, həll edilməsi; qohumbazlıq, dostbazlıq (mənfi mənada işlənir). подробнее
AİLƏLİ
sif. Ailəsi olan, külfəti olan, arvad-uşağı olan; evli. Ailəli adam.
AİLƏPƏRƏST
sif. [ər. ailə və fars. ...pərəst] 1. B a x ailəcanlı. 2. B a x ailəbaz. Ailəpərəst adam.
AİLƏPƏRƏSTLİK
is. 1. Ailəsinə məhəbbət, ailəsini sevmə. 2. B a x ailəbazlıq.
AİLƏSİZ
sif. Ailəsi, külfəti olmayan, arvad-uşağı olmayan, evli olmayan. подробнее
AİLƏSİZLİK
is. Ailəsi, külfəti, arvaduşağı olmama, ailəsiz adamın halı.
AİLƏVİ
sif. [ər.] Ailəyə mənsub, ancaq ailəyə məxsus, ailəyə aid olan. подробнее