Толковый словарь азербайджанского языка

  • AERO...

    [yun.] Mürəkkəb sözlərin əvvəlində həmin sözlərin havaya, havada uçuşa, aviasiyaya aid olduğunu bildirir; məs

    Полностью »
  • AERODİNAMİ́K

    sif. Aerodinamikaya aid olan, xas olan. Aerodinamik tədqiqat. Cisimlər havada hərəkət etdikdə aerodinamik qüvvə əmələ gəlir

    Полностью »
  • AERODİNÁMİKA

    [yun.] Havanın və digər qazların hərəkətindən, habelə qazların, onların içində olan cisimlərə təsirindən bəhs edən elm

    Полностью »
  • AERODRÓM

    [yun.] Təyyarələrin və ya başqa uçucu aparatların havaya qalxması, enməsi və durması, habelə onların uçuşunu təmin etmək üçün müvafiq tikililəri olan

    Полностью »
  • AEROFOTOQRÁFİYA

    [yun.] Təyyarədən bir yerin fotoşəklini çəkmə. Aerofotoqrafiya hava kəşfiyyatında xüsusilə əhəmiyyətli rol oynayır

    Полностью »
  • AEROXİZƏK

    is. [yun. aero və xizək] Propeller vasitəsilə hərəkət edən xizək

    Полностью »
  • AEROKLÚB

    [yun. aero və ing. klub] Təyyarəçilik ilə maraqlanan və ya məşğul olan şəxslərin ictimai təşkilatı (klubu)

    Полностью »
  • AEROLÓGİYA

    [rus.] Havanın üst təbəqələrinin fiziki, kimyəvi və başqa xassələrini tədqiq edən elm

    Полностью »
  • AERONÁVT

    [rus.] Uçucu aparatlarda havaya uçan adam

    Полностью »
  • AERONÁVTİKA

    [yun.] Uçucu aparatlarda havada hərəkət etmə nəzəriyyə və praktikası

    Полностью »
  • AEROPLÁN

    [fr.] bax təyyarə. Qəzəl olmasaydı guya İranda; İndi biz uçardıq aeroplanda. Şəhriyar

    Полностью »
  • AEROPÓRT

    [yun. aero və lat. port] Nəqliyyat təyyarələrinin müntəzəm uçuşlarını təmin etmək üçün lazım olan tikinti və avadanlıqla təchiz edilmiş böyük aerodrom

    Полностью »
  • AEROSƏPİN

    is. [yun. aero və səpin] k.t. Alçaqdan uçan təyyarələr vasitəsilə səpin

    Полностью »
  • AEROSTÁT

    [rus.] Balonun içində olan qazın qaldırıcı qüvvəsi sayəsində havaya qalxan havadan yüngül uçucu aparat; hava balonu

    Полностью »
  • AFAQ

    is. [ər. “üfüq” söz. cəmi] şair. 1. Üfüqlər. Məhtab bir şəb idi, hava mişkbar idi; Afaqə nur axardı, səma ləməzar idi

    Полностью »
  • AFAT

    is. [ər. “afət” söz. cəmi] bax afət 1-ci mənada. [Nəsib:] Mat-məəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afatdı … nədi, bilmirəm! Mir Cəlal

    Полностью »
  • AFƏRİN

    nida [fars.] Tərif, təhsin ifadə edir; əhsən, mərhəba. Afərin sənə, oğlum! Afərin sizə, yaxşı işlədiniz! – Afərin hüsnünə ey fitneyi-dövran, bəri gəl

    Полностью »
  • AFƏT

    is. [ər.] 1. Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər. [Şah:] Pədərsuxtə, kəvakibin afətindən məni qorxudarsan və əlacını gizlərsən? M

    Полностью »
  • AFƏTZƏDƏ

    sif. [ər. afət və fars. …zədə] Bəlaya, müsibətə uğramış, fəlakətə düçar olmuş

    Полностью »
  • AFFAYI

    zərf [fars.] dan. Havayı, nahaq, boşuna, əbəs

    Полностью »
  • AFFÉKT

    [lat. affectus – ruhi həyəcan] İnsanın əhvaldan və ehtirasdan fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı,

    Полностью »
  • AFFRİKÁT

    is. [lat.] dilç. İki samitin qovuşmasından yaranan yeni samit; məs.: rusca ü (t + s) və ç (t+ş)

    Полностью »
  • AFİ́ŞA

    [fr.] Tamaşa, konsert haqqında (divarlara vurulan) elan. Rüstəm gülüb dedi ki, buna afişa deyərlər, tamaşadan iki-üç gün qabaq yazıb divara yapışdırır

    Полностью »
  • AFİYƏT

    is. [ər.] köhn. Cansağlığı, sağlamlıq, səhhət. Ol bəzm idi afiyət bahari; Mən bülbüli-zari-biqərari. Füzuli

    Полностью »
  • AFORİ́ZM

    is. [yun.] Dərin mənalı fikri ifadə edən sabit söz birləşməsi və ya cümlə; hikmətli söz. Nizaminin aforizmləri

    Полностью »
  • AFORİZMLİ

    sif. Aforizmlərlə dolu olan. Nizaminin aforizmli şeirləri

    Полностью »
  • AFRİKALI

    sif. Afrikada yaşayan, Afrika əhli

    Полностью »
  • AFTAB

    is. [fars.] şair. Günəş. Cam içrə mey ki, dairə salmış hübab ona; Ayinədir ki, əks salır afitab ona. Füzuli

    Полностью »
  • AFTABA

    [fars.] bax aftafa. Görürsən ki, elə hey çay başıaşağı o tərəfdə-bu tərəfdə əllərində aftaba və başlarında əmmamə ağalar düzülüb çömbəliblər

    Полностью »
  • AFTAFA

    is. Lüləyi və qulpu olan su qabı; lüləyin. Səriyyə tas və aftafanı gətirib mübaşir Məmmədin … əllərinə su tökdü

    Полностью »
  • AFTAFA-LƏYƏN

    is. Aftafa ilə ləyəndən ibarət yuyunma ləvazimatı. Yenə aftafaləyən gəldi, isti su və sabunla əllər və ağızlar yuyulub silindi

    Полностью »
  • AGAH

    [fars.] Xəbərdar. İnanma gər desə rəmmal sirri-qeybə agahəm; Dəhanın sirrinə yüz kərrə iczin etiraf eylər

    Полностью »
  • AGAHLIQ

    is. Xəbərdarlıq

    Полностью »
  • AGÉNT

    [lat.] 1. Bir idarə və ya müəssisənin tapşırığı və ya vəkaləti ilə iş görən adam, müvəkkil. Ticarət agenti

    Полностью »
  • AGENTLİK

    is. 1. Mərkəzi bir idarə və ya müəssisənin yerlərdə olan şöbəsi, nümayəndəliyi, müvəkkilliyi. Dövlət bankı agentliyi

    Полностью »
  • AGENTÚRA

    [lat.] 1. Bir müəssisə, idarə və ya təşkilatın agentləri. 2. Xarici hökumətlərin casus və diversantları

    Полностью »
  • AGƏH

    klas. bax agah

    Полностью »
  • [ər.] : ağ olmaq, üzünə ağ olmaq – itaət etməmək, söz qaytarmaq, tabe olmamaq. [Gülsənəm:] Atamı da, xanın üzünə ağ olduğuna görə üç gün bundan qabaq

    Полностью »
  • 1. sif. Qar, süd, tabaşir rəngli (qara əksi). Ağ saç. Ağ köpük. – Sona gülümsünüb, ağ əlləri ilə Bahadırın əlindən tutub çəkdi

    Полностью »
  • AĞ₂

    is. 1. Ağ rəngli bez və s. parça. Köynəklik ağ. Mələfəlik ağ. Ağdan tikilmiş köynək. Bir top ağ. – Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş b

    Полностью »
  • AĞ₃

    is. Tor. Dağ maralı kimi sərsəm gəzən yar; Axır rast gələrsən sən ağa qarşı. Aşıq Fətəli

    Полностью »
  • AĞA

    is. köhn. 1. Hakim, istismarçı siniflərə mənsub adam; mülkədar, bəy, zadəgan. [Kəndli:] Biz ata-babadan ağa qulluğunda oturmağa adət etməmişik

    Полностью »
  • AĞABACI

    is. dan. məh. Böyük qardaş, dayı və başqa qohumların arvadlarına hörmət üçün verilən ad

    Полностью »
  • AĞAC

    is. 1. Budaqları və bərk gövdəsi olan çoxillik bitki. Armud ağacı. Qoz ağacı. Ağac əkmək. Qollu-budaqlı ağac

    Полностью »
  • AĞAC-UĞAC

    top. dan. Ağaclar, bir şeyin ağaclardan ibarət olan qismi. Ancaq yağlı dillər tökən Sarımsaq oğlunu neçə gün sonra görməyən Qaçaq Nəbi ağ çadırı söküb

    Полностью »
  • AĞACAN

    is. köhn. Ataya, yaxud böyüyə hörmət və nəvazişlə müraciət. Odur ki, Qurban həmişə fürsət tapanda deyirdi ki, ağacan, qurban olum, belə işləri eləmə

    Полностью »
  • AĞACATMA

    is. köhn. 1. Əl ağacı kimi bir ağacla oynanılan oyun adı. 2. Keçmişdə qoyun satdıqda, seçmə olmasın deyə, sürünün içinə ağac atıb, onun bir hissəsini

    Полностью »
  • AĞACAYAQ

    is. köhn. məh. 1. Ayaqlarına qarmaqlı ağaclar taxıb gəzən oyunbaz. 2. Qılçası olmadığı üçün ağacdan qayrılmış süni ayaqla gəzən adam; axsaq

    Полностью »
  • AĞACDEŞƏN

    is. zool. Ağac koğuşlarındakı cücülərlə qidalanan uzun, sərt dimdikli quş. O namərddir, qorxur hələ; Cəsədinə yaxın gələ; Baltasızdı ağacdələn… Palıd,

    Полностью »
  • AĞACDƏLƏN

    is. zool. Ağac koğuşlarındakı cücülərlə qidalanan uzun, sərt dimdikli quş. O namərddir, qorxur hələ; Cəsədinə yaxın gələ; Baltasızdı ağacdələn… Palıd,

    Полностью »