Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «AH» – 38
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 
AHA
nida. 1. Bir şeyi birdən-birə başa düşdükdə, bir şeyi axtararkən gözlənilmədən ona rast gəldikdə, yaxud da unudulan bir şey birdən yada düşdükdə deyilir. подробнее
AHAL
b a x ahıl.
AHALLAŞMA
“Ahallaşmaq”dan f.is.
AHALLAŞMAQ
b a x ahıllaşma
AH-AMAN
b a x aman 6-cı mənada. Öz qəti hökmünü verəcək zaman; Dünya görməyəcək bir də ah-aman! Ə.Cəmil.
AH-ƏFĞAN, AHÜ ƏFĞAN
is. [fars.] b a x ah-nalə, ahü nalə. Ahü əfğanı bülbüllər; Dili-şeydadan öyrənmiş. Q.Zakir.
AHƏN
is. [fars.] klas. Dəmir. Peykanlarınla doldu tənim, afərin sənə; Bidad çəkməyə tənimi ahən eylədin. подробнее
AHƏNG
is. [fars.] 1. Səslər, rənglər və s. arasında uyğunluq, müvafiqət. подробнее
AHƏNGDAR
sif. [fars.] 1. Səsləri və ya rəngləri arasında uyğunluq (ahəng) olan; qulağa (gözə) xoş gələn, qulaqları (gözləri) oxşayan, gözəl səslənən; ahəngli, xoş, lətif. подробнее
AHƏNGDARLIQ
is. 1. Səslər və s. arasında uyğunluq. Musiqinin ahəngdarlığı. подробнее
AHƏNGLƏNDİRMƏ
“Ahəngləndirmək”- dən f.is.
AHƏNGLƏNDİRMƏK
f. Ahəngə salmaq, müəyyən ahəngə tabe etmək; səsləri və s.- ni bir-birinə uyğunlaşdırmaq.
AHƏNGLƏŞDİRMƏ
“Ahəngləşdirmək”- dən f.is.
AHƏNGLƏŞDİRMƏK
b a x ahəngləndirmək.
AHƏNGLİ
b a x ahəngdar. Gecə sakit və sirli görünürdü. подробнее
AHƏNGLİLİK
b a x ahəngdarlı
AHƏNGSİZ
sif. Səsləri və ya rəngləri arasında uyğunluq (ahəng) olmayan, qulağa (gözə) xoş gəlməyən. подробнее
AHƏNGSİZLİK
is. Səslər və ya rənglər arasında uyğunluq (ahəng) olmaması. подробнее
AHƏNRÜBA
is. [fars.] b a x maqnit. Ahənrüba – yunanca miqnatis, rusca maqnit, bu bir cövhərdir ki, dəmiri cəlb edir. подробнее
AHƏSTƏ
sif. və zərf [fars.] Asta, yavaş, ağır, üsullu. подробнее
AHƏSTƏCƏ
zərf Astaca, astalıqla, yavaşca, yavaş-yavaş, üsulluca. подробнее
AH-FƏĞAN, AHÜ FƏĞAN
b a x ah-nalə, ahü nalə 2-ci mənada. Könlüm quşu görəndə çü zülfün kəməndini; Ahü fəğanü nalədə biixtiyardır. подробнее
AH-FƏRYAD, AHÜ FƏRYAD
bax ahnalə, ahü nalə. [Paşa bəy:] ..Mənə heç olmasa bir yadigarın qalsa idi, bu qədər ah-fəryad eləməzdim. Ə.Vəliyev.
AHIL
sif. [fars.] Yaşa dolmuş, yaşlı, qocalmağa başlayan, qocalıq əlamətləri göstərməyə başlayan. подробнее
AHILLANMA
“Ahıllanmaq”dan f.is.
AHILLANMAQ
b a x ahıllaşmaq.
AHILLAŞMA
“Ahıllaşmaq”dan f.is.
AHILLAŞMAQ
f. Yavaş-yavaş yaşa dolmaq, qocalmağa başlamaq.
AHILLIQ
is. Ahıl adamın halı.
AH-NALƏ, AHÜ NALƏ
is. Fəryad, ağlama, ah-vay, ağlayıb-zarıma. подробнее