Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «E» – 742
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
EB EC ED EF EH EX EK EQ EL EM EN EO EP ER ES ET EV EY EZ
 
E₁
Azərbaycan əlifbasının altıncı hərifi və bu həriflə işarə olunan saitin adı.
E₂
nida Etiraz, narazılıq bildirir (adətən, uzadılaraq deyilir). подробнее
EBONİ́T
[yun.] tex. Müxtəlif maddələrin hazırlanmasında geniş tətbiq olunan və elektrotexnikada izolyasiya materialı kimi istifadə edilən vulkanizə edilmiş rezin qatışıqlarından alınan bərk maddə. подробнее
ECAZ
is. [ər.] 1. klas. Möcüzə, misli görünməmiş şey, xariqə. подробнее
ECAZKAR
sif. [ər. ecaz və fars. ...kar] Xariqüladə, möcüzələr yaradan, hər kəsi heyrətə salan. подробнее
EDADI
[ər.]: edadı məktəb – 1917-ci il aprel inqilabından sonra ibtidai və rüşdiyyə məktəblərindən sonra gələn və şagirdləri ali məktəbə hazırlayan məktəbin köhnə adı. подробнее
EDADİYYƏ
[ər.]: edadiyyə məktəbi – bax edadı. Mirzə Səfərin iki oğlu edadiyyə məktəbinin beşinci sinfində oxuyurdu. Ə.Haqverdiye
EDAM
is. [ər.] Yüksək məhkəmə cəzası üsulu olaraq öldürmə; ölüm cəzası, dar ağacından asma. подробнее
EDİ
məh. bax ağı2. _ Edi demək (çəkmək) – b a x ediləmək.
EDİCİ
is. məh. köhn. Yasxanada ağı deyən; ağıçı. подробнее
EDİLƏMƏK
f. məh. Edi demək, ağı demək, ağız açmaq.
EDİLƏŞMƏ
“Ediləşmək”dən f.is.
EDİLƏŞMƏK
qarş. məh. köhn. Ağız-ağıza verib edi söyləmək, ağı demək.
EDİLMƏ
“Edilmək”dən f.is.
EDİLMƏK
“Etmək”dən məch. Güllələr atılır, hədələr edilir, amma yaxın gəlməyə cürət edən bir adam görünmürdü. Mir Cəlal.
EDİLMİŞ
f.sif. Yerinə yetirilmiş, əmələ gətirilmiş, görülmüş. Edilmiş cinayət.
EDİŞ
is. Etmək işi, etmə. Onu təqib edişim hər halda münasib bir hərəkət deyildi. S.Hüseyn.
EFFÉKT
[lat.] 1. Təsir, nəticə. [Hüseyn:] İndi görürsənmi, heyvanı necə boğmaq lazımdır ki, effekt olsun? Ə. подробнее
EFFEKTİVLİK
is. Təsirlilik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. подробнее
EFFEKTLİ
sif. 1. Təsirli, güclü təsir, effekt bağışlayan, effekt yaradan. подробнее
EFİ́R
[yun.] 1. Qədim yunanların təsəvvürüncə: havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi. подробнее
EFİRLİ
sif. Tərkibində efir olan. Efirli maddələr. Efirli bitkilər. Efirli dərman.
EH
nida. 1. Kədər, təəssüf, ümidsizlik, həsrət kimi hissləri ifadə edir. подробнее
EHKAM
is. [ər. “hökm” söz. cəmi] 1. Hər hansı bir nəzəriyyənin (əsasən dini nəzəriyyənin) əsas qanunu. подробнее
EHKAMPƏRƏST
sif. [ər. ehkam və fars. ...pərəst] Qeyri-tənqidi düşünərək, hər şeyi ehkam kimi qəbul edən.
EHKAMPƏRƏSTLİK
is. Qeyri-tənqidi düşünərək, hər şeyi ehkam kimi qəbul etmə.
EHMAL
[ər.] 1. zərf Yavaş, yavaşca, sakit, asta, üsullu. подробнее
EHMALCA
b a x ehmallıca. Ehmalca ayağa qalxmaq. Ehmalca gülmək. подробнее
EHMALDAN
zərf Yavaşdan, astadan, yavaş, asta, üsulluca. подробнее
EHMALLI
bax ehmal 1-ci mənada. Ehmallı tərpənmək. подробнее