Толковый словарь азербайджанского языка

  • FUFAYKÁ

    [rus.] 1. İsti, toxunma qollu və ya qolsuz köynək. 2. Sırıqlı gödəkcə

    Полностью »
  • FUK

    [rus.] Dama oyununda rəqibin diqqətsizliyi üzündən oyunçunun götürdüyü dama

    Полностью »
  • FUKS

    [alm.] Bilyard oyununda: şara təsadüfi olaraq vurulan müvəffəqiyyətli zərbə

    Полностью »
  • FÚQA

    [ital.] mus. 1. Eyni musiqi mövzusunun bir neçə səslə ardıcıl təkrarı. 2. Belə təkrara əsaslanan musiqi əsəri

    Полностью »
  • FUQÁS

    [fr.] hərb. Düşmənin keçəcəyi yerdə gözlənilmədən partlamaq üçün torpaq və ya su altına qoyulan partlayıcı maddə (mina)

    Полностью »
  • FUQÁTO

    [ital.] mus. Fuqa üslubunda işlənmiş musiqi mövzusu (fuqato adətən sonata və ya simfoniyanın bir hissəsini təşkil edir)

    Полностью »
  • FUNİKULYÓR

    [fr.] Dik yoxuşlarda kanat dartı qüvvəsi ilə işləyən dəmir yolu. [Aqil] oraya funikulyorla qalxmağı təklif etdikdə Gülnaz etiraz etmədi

    Полностью »
  • FUNKSİONÁL

    [latıncadan] 1. “Funksiya” dan sif. Funksional asılılıq. Funksional münasibət. 2. sif. Bir şeyin quruluşundan deyil, fəaliyyətindən asılı olan

    Полностью »
  • FÚNKSİYA

    [lat. functio – icra] 1. Vəzifə, fəaliyyət dairəsi. 2. riyaz. Qiyməti başqa dəyişən qiymətdən asılı və ona uyğun olan dəyişən kəmiyyət

    Полностью »
  • FURAJKÁ

    [pol.] Qabaq tərəfində günlüyü olan baş geyimi. Əsgər furajkası. – Xalası isə öz hesabına Nəcəfə gimnazist furajkası aldırdı

    Полностью »
  • FURQÓN

    [fr.] 1. İki (bəzən də bir) at qoşulan dördçarxlı üstüörtülü araba. Mürsəl kişinin stansiyaya göndərdiyi böyük furqon meşənin ortasındakı araba yolu i

    Полностью »
  • FURQONÇU

    is. Furqon (1-ci mənada) sürən adam

    Полностью »
  • FURQONLU

    sif. Furqonu (2-ci mənada) olan. Furqonlu avtomaşın

    Полностью »
  • FUT

    is. [ing.] İngilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi

    Полностью »
  • FUTBÓL

    [ing.] Hər bir komandanın ayaq (və bəzən baş) zərbəsi ilə rəqibin qapısına mümkün qədər çox top (qol) vurmasından ibarət idman oyunu

    Полностью »
  • FUTBOLÇU

    is. Futbol oyunçusu. Bakı futbolçuları 1912-ci ildə Tiflisdə ilk şəhərlərarası matç keçirmiş və qələbə qazanmışlar

    Полностью »
  • FUTBÓLKA

    [ing. football və rus. …ka] Trikotaj idman köynəyi

    Полностью »
  • FUTLYÁR

    [alm.] Saxlamaq və ya xarab olmaqdan, zədələnməkdən və s.-dən qorumaq üçün içinə şey qoyulan qutu və ya çexol; məhfəz, qab

    Полностью »
  • FUTURİ́ST

    [latıncadan] 1. Futurizm tərəfdarı. İtalyan futuristləri. 2. bax futuristik. Futurist əsər

    Полностью »
  • FUTURİSTİ́K

    sif. [latıncadan] Futurizm ideyaları ilə aşılanmış; futurizmin ədəbi üsullarından istifadə edən, futurizm səpkisində işlənmiş

    Полностью »
  • FUTURİ́ZM

    [lat. futurum – gələcək] XX əsrin əvvəllərində ədəbiyyat və incəsənətdə: realizmi, eləcə də mədəni irsi və müasiri olduğu incəsənəti rədd edən, guya z

    Полностью »
  • FÜQƏRA

    [ər. “fəqir” söz. cəmi] klas. Yoxsullar, kasıblar; əhalinin yoxsul təbəqələri. Füqəranın qanını çox da sorurlar lotular; Şeyxlər xalqa satır huriyü qı

    Полностью »
  • FÜQƏRAYİ-KASİBƏ

    is. [ər.] 1917-ci il inqilabından qabaq və inqilabın ilk illərində “proletariat” mənasında işlədilmiş ifadə

    Полностью »
  • FÜNUN

    is. [ər. “fənn” söz. cəmi] klas. Fənlər, elmlər, biliklər. Onlar ki səninlədir müasir; Hər elmü fünunə oldu mahir

    Полностью »
  • FÜRSƏT

    is. [ər.] Bir sözü demək və ya bir işi görmək üçün əlverişli an, münasib vaxt, məqam, müvafiq hal. Bu fürsət hər vaxt ələ gəlməz

    Полностью »
  • FÜSUN

    is. [fars.] klas. Sehr, əfsun. Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən; Çünki onun xilqətində ayrıca bir füsun var

    Полностью »
  • FÜSUNKAR

    sif. [fars.] Valehedici, məftunedici, heyranedici, əfsanəvi. Füsunkar mənzərə. – Səmavi tüllərdən əynində köynək; Füsunkar bir gəlin oturmuşdu tək

    Полностью »
  • FÜSUNKARLIQ

    is. Valehedicilik, heyranedicilik, əfsanəvi gözəllik. Hüsnünün əsrarı, füsunkarlığı; Ana təbiəti andırır mənə

    Полностью »
  • FÜTUHAT

    is. [ər. “fəth” söz. cəmi] 1. Bax fəth. 2. məc. Mübarizə, çalışma, zəhmət və s. nəticəsində əldə edilmiş şeylər

    Полностью »
  • FÜYUZAT

    is. [ər.] köhn. Feyzlər

    Полностью »
  • FÜZELYÁJ

    [fr.] Təyyarənin, bütün hissələrini bir arada birləşdirən, ekipajın, sərnişinlərin və s.-nin yerləşdiyi əsas hissəsi (gövdəsi)

    Полностью »
  • FÜZUL

    is. və sif. [ər. “fəzl” söz. cəmi] Uzunçu, çoxdanışan, naqqal, artıq sözlər danışan. Füzulu saldılar cəhənnəmə

    Полностью »
  • FÜZULLUQ

    is. Uzunçuluq, naqqallıq. Hacı xan sözə başlayaraq deyirdi: – Cənab axund, füzulluq olmasın, bir ərzim vardır

    Полностью »
  • FÜZUN

    sif. klas. Artıq, çox. Məndə Məcnundan füzun aşiqlik istedadı var; Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var

    Полностью »
  • G

    Azərbaycan əlifbasının doqquzuncu hərfi. bax ge

    Полностью »
  • GAH₁

    [fars.] Cümlənin həmcins üzvlərini və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bölüşdürmə əsasında birləşdirən bağlayıcı (əsasən təkrar edilərək i

    Полностью »
  • GAH₂

    məh. bax büzmə 2-ci mənada

    Полностью »
  • GAH-GAH

    bax gahbagah. Bilmişəm bulmaq vüsalın, leyk bir ümmid ilə; Gahgah öz xatiri-naşadımı şad eylərəm. Füzuli

    Полностью »
  • GAH-GAHI

    bax gah-gah. Əziziyəm, külahı; Götür başdan külahı; Oğul, böyüyəndə sal; Məni yada gah-gahı. (Bayatı)

    Полностью »
  • GAHBAGAH

    zərf [fars.] Hərdənbir, arabir, bəzən, gah-gah. Əziz başın üçün oxu yazımı; Agah ol halımdan gahbagah mənim

    Полностью »
  • GAHBİR

    zərf Hərdən, bəzən, arabir, gahdanbir. İnsaf üçün bunu da lazımdır demək ki, əcnəbilərin içində bu da gahbir ittifaq düşür ki, bir kişi hətta övrətinə

    Полностью »
  • GAHDAN

    zərf Bəzən, hərdən, arabir. Başına döndüyüm alagöz Pəri; Gahdan ağla, gahdan yada sal məni. Aşıq Abbas

    Полностью »
  • GAHDANBİR

    bax gahbir. Gahdanbir bizə gələrdi. – Hər dəfə çörək bişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdanbi

    Полностью »
  • GAHGİR₁

    sif. Yerişini tez-tez dəyişən, sabit yerişi olmayan. Gahgir at

    Полностью »
  • GAHGİR₂

    məh. Narın sarı qum. Daşın üstünə gahgir tökmək

    Полностью »
  • GAHGİRLİK₁

    is. Gahgir atın xasiyyəti (bax gahgir1). Bu atın gahgirliyi xoşuma gəlmir

    Полностью »
  • GAHGİRLİK₂

    is. Gahgir olan yer; qumluq (bax gahgir2)

    Полностью »
  • GAHI

    bax gah1. Gahı şaha bir tənə vurar, gahı vəzirə. M.Ə.Sabir

    Полностью »
  • GAHI-GAHI

    bax gah-gah. Ey sevdiyim, qaydasıdır qızların; Gahı-gahı bu söz atmaq nədəndir. Qurbani. Demirəm oynasın ta axşamadək; Gah otursun, gahı-gahı oynasın

    Полностью »
  • GAHLI

    bax büzməli. Həmişəki kimi [Şahbəy] yenə də lifəli şalvar, qara gahlı arxalıq geymişdi. Ə.Əbülhəsən

    Полностью »