Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «K» – 2694
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
KA KE KI KL KN KO KR KU KV
 
K
Azərbaycan əlifbasının on altıncı hərfi. bax ke.
KABAB
is. [ər.] Köz üstündə şişdə, yaxud od üzərində tavada doğranmış ətdən, balıqdan bişirilmiş xörək. подробнее
KABABÇI
is. Kababxanada işləyən adam. [Vəli:] Yoxsa öz oynamağın barəsində kababçı Həsən kimi böyük bir tənqidçinin rəyini soruşmaq istəyirdin? Ə. подробнее
KABABÇILIQ
is. Kababçı peşəsi. Əhalinin bir qismi də xırda ticarətlə – çayçılıq, kababçılıq, həlimaşıçılıq, bəzzazlıqla məşğul olardı. H.Sarabski.
KABABÇİLOV
is. Xuruşu kabab olan çilov. Təbrizdən yeni gələn bir tanış deyirmiş ki, Həsəni Təbrizdə gördüm, məni kababçilova qonaq etdi. Qantəmir.
KABABXANA
is. [ər. kəbab və fars. ...xanə] Kabab bişirilib satılan ictimai iaşə müəssisəsi. подробнее
KABABLI
sif. Kabab olan, kababla yeyilən, yanında (içərisində) kababı olan. подробнее
KABABLIQ
sif. Kabab bişirmək üçün yarayan. Kabablıq ət. подробнее
KABALİSTİKA
is. [qədim yəhudi dilində – rəvayət] 1. Mistik təsəvvürlər və mərasimlər. подробнее
KABARDALI
köhn. bax kabardin. Soyuq və boranlı bir gecədə məzkur abxazlının süd qardaşı kabardalı Səfər bəy ona qonaq olur. F.Köçərli.
KABARDİN
is. Kabarda-Balkariyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsubadam. Kabardin dili. Kabardin ədəbiyyatı.
KABARDİNCƏ
sif. və zərf Kabardin dilində. Kabardincə kitab. Kabardincə danışmaq.
KABARÉ
[fr.] Estradası olan restoran, kafe.
KÁBEL
[holl.] Elektrik enerjisini, səs siqnallarını nəql etmək üçün üstü hermetik örtülü məftil. подробнее
KABİNÉT
[fr.] 1. Evdə zehni işlə məşğul olmaq üçün xüsusi otaq; iş otağı. подробнее
KABİNETÇİLİK
is. isteh. Canlı həyatdan uzaq düşmə; kabinetdə qapanıb real həyatdan xəbərsiz qalma, mücərrədliyə meyil; nəzəriyyəbazlıq.
KABİNƏ
[fr.] 1. Budka şəklində kiçik otaq. Səsvermə kabinəsi. подробнее
KABİNKA
[rus.] Kiçik kabinə (1-ci mənada). [Fərman] indi ekskavatorun kabinkasında oturaraq, iri maşını hərlədiyi halda, qızla olan ilk görüşünün təfsilatını xəyalında canlandırırdı. подробнее
KABOTÁJ
[fr.] dəniz. Hər hansı dövlətin bir dənizdəki sahilboyu gəmiçiliyi.
KABOTAJÇI
is. dəniz. Kabotaj gəmisində işləyən dənizçi.
KABRİOLET
is. [fr.] Biratlı, sürətli, ikitəkərli, yüngül araba. подробнее
KABUS
is. [ər.] Qarabasma. Lakin bu, yuxu deyil, kabus idi. подробнее
KADÉT₁
[fr.] Çar Rusiyasında: qapalı orta hərbi məktəb müdavimi. подробнее
KADÉT₂
[rus.] 1905-ci ildə çar Rusiyasında yaradılmış, imperialist burjuaziyanın başlıca partiyası olan konstitusion-demokratik partiyanın üzvü, ya tərəfdarı.
KÁDMİUM
[lat.] kim. 1. Sink filizlərinin tərkibində olan gümüşü-ağ yüngül metal; kimyəvi element. подробнее
KADR₁
[fr.] Kino və ya fotolentində ayrıayrı şəkil, səhnə. подробнее
KADR₂
[fr.] 1. Qoşun hissələrinin sülh zamanı tərxis edilməyən daimi heyəti. подробнее
KADRİ́L
[fr.] Cüt-cüt oynanılan altı qısa fiqurdan ibarət rəqs və bu rəqsin musiqisi. подробнее
KAFÉ
[fr. əsli ər. qəhvə] Qəhvə, çay, qəlyanaltı və s. подробнее
KÁFEDRA
[yun.] 1. Auditoriyalarda mühazirəçi və ya natiq üçün hündür yer; xitabət kürsüsü. подробнее