Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «M» – 2721
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
MA ME MI MO MU
 
M
Azərbaycan əlifbasının on doqquzuncu hərfi. B a x em.
MAAF
is. [ər.] köhn. Hər cür vergi və mükəlləfiyyətdən azad olan kəndli.
MAARİF
is. [ər.] Əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. подробнее
MAARİFÇİ
is. 1. Xalq arasında maarifi, mədəniyyəti, bilikləri yayan, xalqı savadlaşdıran. подробнее
MAARİFÇİLİK
is. 1. Maarifi yayma, maarif tərəfdarı olma; maarifpərvərlik. подробнее
MAARİFLƏNDİRİLMƏ
“Maarifləndirilmək” dən f.is.
MAARİFLƏNDİRİLMƏK
məch. Təlim və təhsil nəticəsində elm, bilik verilmək; mədəniləşdirilmək, savadlandırılmaq.
MAARİFLƏNDİRMƏ
“Maarifləndirmək”- dən f.is.
MAARİFLƏNDİRMƏK
f. Maarif, elm, bilik, mədəniyyət vermək; savadlaşdırmaq. Xalqı maarifləndirmək.
MAARİFLƏNMƏ
“Maariflənmək”dən f.is.
MAARİFLƏNMƏK
qayıd. Elmli olmaq, bilik qazanmaq, mədəniləşmək, savadlanmaq.
MAARİFPƏRƏST
[ər. maarif və fars. ...pərəst] b a x maarifçi 1-ci mənada.
MAARİFPƏRƏSTLİK
bax maarifçilik 1-ci mənada.
MAARİFPƏRVƏR
[ər. maarif və fars. ...pərvər] b a x maarifçi 1-ci mənada. подробнее
MAARİFPƏRVƏRLİK
bax maarifçilik 1-ci mənada. Heyf, səd heyf ki, ittifaqı pozan və ittihadın bünövrəsinə rəxnə yetirən əvvəlcə o kəslər oldu ki, maarifpərvərlik ismini üstlərinə götürüb rəyasətlik iddiasındadırlar. F.Köçərli.
MAAŞ
is. [ər.] Əmək, iş əvəzində alınan pul, haqq; aylıq, donluq, məvacib. подробнее
MAAŞLI
sif. 1. Maaş alan, maaşla olan; donluqlu, məvacibli. подробнее
MABAQİ
is. [ər.] köhn. Bir məbləğin, bir hesabın qalığı, qalan hissəsi. подробнее
MABEYN
is. [ər.] köhn. Ara, aralıq; orta, ortalıq. подробнее
MABƏD
is. [ər.] köhn. Ard, dal, davam. Bir gecəlik söhbətin min gecə mabədi var. подробнее
MAC₁
is. Kotan dəstəsi. ..Qara kəlim qarğıyar; Kotan macı tutana. (Bayatı).
MAC₂
is. [ər.] köhn. Yarımay, hilal.
MACAL
is. [ər.] İmkan, fürsət, vaxt. Macalı olmamaq. подробнее
MACALSIZ
sif. Macalı olmayan, başı qarışıq, vaxtı, imkanı olmayan. Macalsız adam.
MACALSIZLIQ
is. Macalı olmama, vaxtı olmama.
MACARCA
sif. və zərf Macar dilində. Macarca dərslik. Macarca danışmaq.
MACAR(LAR)
macarıstanın əsas əhalisini təşkil edən və dil cəhətdən fin-uqor qrupuna daxil olan xalq və bu xalqa mənsub adam.
MACƏRA
is. [ər.] 1. Başa gələn həyəcanlı hadisə; qəziyyə, sərgüzəşt. подробнее
MACƏRAÇI
sif. və is. Macəra (2-ci mənada) sevən, macəra axtaran, macəra düzəldən adam; avantüraçı. подробнее
MACƏRAÇILIQ
is. Macəra sevmə, macəraya meyil; avantüraçılıq.