Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «P» – 1093
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
PA PE PI PL PN PO PR PU PY
 
P
Azərbaycan əlifbasının iyirmi üçüncü hərfi. b a x pe.
PAÇA
is. [fars. paçə – kiçik ayaq] 1. Bədənin, iki qıçın arasındakı hissəsi. подробнее
PAÇABƏND
is. [fars.]: paçabənd etmək (eləmək) – b a x paçalamaq. подробнее
PAÇALAMA
“Paçalamaq”dan f.is.
PAÇALAMAQ
f. Paçasından tutmaq; yapışmaq, paçabənd etmək. подробнее
PADAR
is. Türk tayfalarından birinin adı və həmin tayfaya mənsub olan adam.
PADŞAH
is. [fars.] 1. Hökmdar, imperator, şah, sultan. подробнее
PADŞAHLIQ
is. köhn. 1. Padşah vəzifəsi; şahlıq. Məlik Çoban çox ədalətlə padşahlıq etməyə, camaatla yaxşı rəftar etməyə başladı. подробнее
PADŞAHPƏRƏST
is. [fars.] Padşah tərəfdarı, padşahlıq üsuli-idarəsi tərəfdarı; monarxist.
PADŞAHPƏRƏSTLİK
is. Padşah üsuliidarəsinə tərəfdar olma, onu yeganə dövlət üsulu kimi qəbul etməkdən ibarət mürtəce siyasi cərəyan.
PADŞAHYANA
sif. köhn. Padşaha layiq, padşahlarda olduğu kimi; şahanə. подробнее
PADZƏHƏR
is. [fars.] Zəhərə qarşı maddə, dərman. İbn-Sina “Həkimlik sənətinin qanunu” adlı kitabda . подробнее
PÁFOS
[yun. pathos – ehtiras] 1. Ehtiraslı ruh yüksəkliyi; təmtəraq. подробнее
PAFOSLU
sif. Ehtiraslı, coşqun, təmtəraqlı. Pafoslu nitq. Pafoslu çıxış.
PAH
nida. Təəccüb, təəssüf, kədər kimi hissləri ifadə edir. подробнее
PAHO
bax pah. [Hamı:] Paho! Bu nə işdir, .. belə də adam aldatmaq olarmı? Ü. подробнее
PAXAR
is. Uzaq Şərqdə yaşayan etnik azlıqlar qrupu və həmin qrupa mənsub olan adam.
PAXIL
sif. [ər. bəxil] Başqasının üstünlüyünə, xoşbəxtliyinə, rifahına, müvəffəqiyyətinə, qabağa getməsinə dözməyən, bundan dilxor olan, bunu gözü götürməyən; dargöz. подробнее
PAXILLIQ
is. Başqasının rifahına, üstünlüyünə, müvəffəqiyyətinə, xoşbəxtliyinə, qabağa getməsinə dözməmə, bundan dilxor olma, acıqlanma; gözügötürməzlik, dargözlük. подробнее
PAXIR
bax pas. Baxıb saxta gözümüzlə; Hamar gördük çuxuru biz; Saray bildik axuru biz; Görəmmədik qat bağlayan paxırı biz. B.Vahabzadə.
PAXIRLANMA
“Paxırlanmaq”dan f.is.
PAXIRLANMAQ
bax paslanmaq.
PAXIRLI
bax paslı. Qumru qalayı getmiş, paxırlı tiyançanı gətirib küncə qoydu. подробнее
PAXLA
is. İçində iri dənələri olan bostan bitkisi. подробнее
PAXLALI
sif. İçində paxla olan, paxla ilə bişirilmiş. подробнее
PAXLALIQ
is. Paxla əkilmiş yer, paxla tarlası. Paxlalığı suvarmaq.
PAXLALILAR
cəm bot. Paxla məhsulu verən bitki fəsiləsi.
PAXLAPLOV
is. Paxla və düyüdən bişirilən plov növü, paxlalı plov.
PAXLAVA
is. 1. Yayılmış xəmir qatları arasına döyülmüş badam (fındıq, qoz və s. подробнее
PAK₁
sif. [fars.] Təmiz. ..Hava gərək təmiz olsun, onun pak olmağı həyat və xarab olmağı ölümdür. подробнее