Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «Y» – 2248
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
YA YE YI YO YU
 
Y
Azərbaycan əlifbasının otuz birinci hərfi. Bax ye
YA₁
bağl. Bölgü və ehtimal mənalarını bildirir (ya da, ya da ki, ya ki variantları da vardır). подробнее
YA₂
nida [ər.] Xitab bildirir. Ya qismət! Ya mədəd! – Qədək aldım yaxalıq; Gəldi düşdü bahalıq; Can üzüb, yar sevmişəm; Sən kömək ol, ya xalıq! (Bayatı). подробнее
YABA
is. Ot, saman və başqa bu kimi şeyləri toplayıb atmaq, qaldırmaq, habelə başqa işlər üçün uzun saplı, iki və yaxud daha da artıq dişi olan kənd təsərrüfat aləti. подробнее
YABACIQ
is. Balaca yaba.
YABALAMA
“Yabalamaq”dan f.is.
YABALAMAQ
f. 1. Yaba ilə otu, samanı və s.-ni götürüb bir yerə yığmaq, toplamaq, yaxud atmaq. 2. Yaba ilə vurmaq.
YABALANMA
“Yabalanmaq”dan f.is.
YABALANMAQ
məch. Yaba ilə qaldırılmaq, toplanmaq, atılmaq.
YABALAŞMA
“Yabalaşmaq”dan f.is.
YABALAŞMAQ
qarş. Yaba ilə bir-birini vurmaq; dalaşmaq. подробнее
YABALATMA
“Yabalatmaq”dan f.is.
YABALATMAQ
icb. Yaba ilə yığdırmaq, atdırmaq, qaldırmaq.
YABALI
sif. Yabası olan, əlində yaba tutmuş. Belli, dəhrəli, yabalı, külünglü, kürəkli adamlar bir-birinə qarışmışdılar. Ə.Vəliyev.
YABALIQ
is. Yabanın götürə bildiyi miqdar (adətən rəqəmlərlə). İki yabalıq ot.
YABAN
is. [fars.] Çöl, biyaban, insan yaşamayan yer. подробнее
YABANÇI
sif. Özgə, yad. Yabançı adam. Yabançı ölkələr. подробнее
YABANÇILIQ
is. Yadlıq, özgəlik; yabançı adamın halı.
YABANI
sif. 1. Çöldə özbaşına bitən; vəhşi. Yabanı bitki. подробнее
YABANILAŞMA
“Yabanılaşmaq”dan f.is.
YABANILAŞMAQ
f. Vəhşiləşmək, yabanı hala düşmək; cırlaşmaq. подробнее
YABI
is. 1. Arıq, əldən düşmüş, yaraşıqsız at. подробнее
YABILAŞMA
“Yabılaşmaq”dan f.is.
YABILAŞMAQ
f. dan. vulq. Arıqlayıb qocalmaq, əldən düşmək.
YABILIQ
is. Yabı halına düşmüş atın halı.
YAD₁
sif. 1. Qohum olmayan, qohumluq və ya yaxınlıq əlaqələri ilə bağlı olmayan; özgə, kənar. подробнее
YAD₂
bax yaddaş. _Yad edilmək – yada salınmaq, anılmaq, xatırlanmaq. подробнее
YADDAŞ
is. Bir şeyi zehnində saxlamaq və yenidən təsəvvürdə canlandırmaq qabiliyyəti; hafizə. подробнее
YADDAŞLI
sif. Yaddaşı, yaxşı hafizəsi olan. Yaddaşlı uşaq.
YADDAŞLILIQ
is. Yaddaşı, yaxşı hafizəsi olma.