Толковый словарь азербайджанского языка

  • ƏSA

    is. [ər.] Əl ağacı. Çiyninə aldı bir lətif əba; Əlinə aldı bir zərif əsa. S.Ə.Şirvani. Molla Kərim də dişlərini qıcırdıb, əsasının şiş ucu ilə çuvalın

    Полностью »
  • ƏSALI

    sif. Əlində əsa olan. Anamdır, – deyə Qeybalı alacalanmış gözləri ilə boz adamları süzüb dəmir əsalı adama cavab verdi

    Полностью »
  • ƏSARƏT

    is. [ər.] 1. Əsirlik, köləlik, qulluq; kölə, qul vəziyyəti. Əsarət zənciri. Əsarətdən qurtarmaq. – …Zahiri əsarətdən xilas olduğumuz kimi, batini əsar

    Полностью »
  • ƏSAS

    is. [ər.] 1. Bünövrə, özül, bina, təməl. Evin əsası çox möhkəmdir. // məc. Bir şeyin özülünü, təməlini, özəyini təşkil edən şey; kök

    Полностью »
  • ƏSASƏN

    [ər.] 1. zərf Əsli, kökü etibarilə, əsas etibarilə, ümumi cəhətdən. Fikir əsasən doğrudur. Əsasən onunla razılaşmaq olar

    Полностью »
  • ƏSASİ

    sif. [ər.] köhn. bax əsas 2-ci mənada. Əsasi cəhətlər. – Həyat əsasi bir dəyişikliyə uğrayınca ədəbiyyat büsbütün başını itirdi

    Полностью »
  • ƏSASLANDIRILMA

    “Əsaslandırılmaq”dan f.is

    Полностью »
  • ƏSASLANDIRILMAQ

    məch. 1. Təməli atılmaq, möhkəm təməl üzərində qurulmaq. 2. İnandırıcı sübutlarla və ciddi dəlillərlə möhkəmləndirilmək

    Полностью »
  • ƏSASLANDIRMA

    “Əsaslandırmaq”dan f.is

    Полностью »
  • ƏSASLANDIRMAQ

    f. 1. Təməlini atmaq, bünövrəsini (özülünü) qoymaq, möhkəm təməl üzərində qurmaq. 2. İnandırıcı sübutlarla və ciddi dəlillərlə möhkəmləndirmək, təsdiq

    Полностью »
  • ƏSASLANMA

    “Əsaslanmaq”dan f.is

    Полностью »
  • ƏSASLANMAQ

    f. 1. Bir təmələ söykənmək, bir əsasa istinad etmək. 2. Özü üçün əsas götürmək, istinad etmək. Ciddi dəlillərə əsaslanmaq

    Полностью »
  • ƏSASLI

    sif. 1. Əsası, bünövrəsi, təməli, özülü olan; köklü, möhkəm. 2. Kifayət dərəcədə əsası olan, ciddi, tutarlı, inandırıcı, lazımınca əsaslandırılmış

    Полностью »
  • ƏSASLICA

    zərf Əsaslı surətdə

    Полностью »
  • ƏSASLILIQ

    is. 1. Əsaslı şeyin halı. 2. Ciddilik, tutarlılıq, inandırıcılıq. Sübutların əsaslılığı. Təklifin əsaslılığı

    Полностью »
  • ƏSASNAMƏ

    is. [ər. əsas və fars. …namə] Qanun, qayda, nizamnamə. Seçkilər haqqında əsasnamə

    Полностью »
  • ƏSASSIZ

    sif. 1. Bünövrəsiz, təməlsiz. 2. Heç bir sübuta, dəlilə, həqiqətə istinad etməyən, əsilsiz; inandırıcı olmayan, yalan, tutarsız

    Полностью »
  • ƏSASSIZLIQ

    is. 1. Bünövrəsizlik, təməlsizlik. 2. Heç bir sübuta, dəlilə, gerçəkliyə istinad etməmə; əsilsizlik, həqiqətdən məhrumluq, tutarsızlıq

    Полностью »
  • ƏSATİR

    is. [ər. əsli yun.] Allahlar, əfsanəvi qəhrəmanlar və Yer üzündə insanların əmələ gəlməsi haqqında qədim xalq nağıl və əfsanələri; mifologiya

    Полностью »
  • ƏSATİRİ

    sif. [ər.] Əsatirə aid olan, əsatir qəbilindən olan; əfsanəvi, mifoloji

    Полностью »
  • ƏSBAB

    is. [ər. “səbəb” söz. cəmi] köhn. 1. Səbəblər, dəlillər; səbəb, dəlil. 2. Silah, yaraq. [Zalxa Tarverdiyə:] Əlbəttə, sənin də yaraq, əsbabın olacaq

    Полностью »
  • ƏSBABLI

    sif. Silahlı, yaraqlı, silahlanmış. [Tarverdi:] Görəsən, sövdəgər tayfası yaraqlı, əsbablı yola çıxar, ya elə bomboş? M

    Полностью »
  • ƏSBƏ

    is. Qızdırma ilə başlayıb, səpgiyə çevrilən bir xəstəlik. Əsbə xəstəliyi ən çox uşaqlarda olur. Əsbə çıxarmaq

    Полностью »
  • ƏSBƏÇİÇƏYİ

    is. Tarlalarda, çöllərdə bitən bənövşə rəngli bir çiçək. Xalq təbabətində əsbəgülünü əsbə azarının müalicəsində işlədirlər

    Полностью »
  • ƏSBƏGÜLÜ

    is. Tarlalarda, çöllərdə bitən bənövşə rəngli bir çiçək. Xalq təbabətində əsbəgülünü əsbə azarının müalicəsində işlədirlər

    Полностью »
  • ƏSDƏMİ

    bax ərsin

    Полностью »
  • ƏSDİRİLMƏ

    “Əsdirilmək”dən f.is

    Полностью »
  • ƏSDİRİLMƏK

    “Əsdirmək”dən məch

    Полностью »
  • ƏSDİRMƏ

    “Əsdirmək”dən f.is

    Полностью »
  • ƏSDİRMƏK

    1. icb. Əsməyə, titrəməyə məcbur etmək; əsməsinə, titrəməsinə səbəb olmaq; titrətmək, silkələndirmək

    Полностью »
  • ƏSƏB

    is. [ər.] anat. fiziol. 1. İnsan, ya heyvan orqanizmində təxərrüşləri periferiyadan beyinə, yaxud beyindən periferiyaya ötürən xüsusi incə tellərdən i

    Полностью »
  • ƏSƏBANİ

    zərf [ər. əsəb və fars. …ani] bax əsəbi. [Şeyx Yəhya:] Ağacan, nə üçün əsəbani olursan, bu nə işdir? S

    Полностью »
  • ƏSƏBİ

    sif. [ər.] 1. Sinirləri son dərəcə həssas olduğu üçün cüzi bir şeydən çox tez əsəbiləşən, təsirlənən, hirslənən

    Полностью »
  • ƏSƏBİCƏSİNƏ

    zərf Əsəbi halda, əsəbi adam kimi. Əsəbicəsinə qollarını oynatmaq. – Sənəm xala ahəngini dəyişdirir və bir az da əsəbicəsinə danışır

    Полностью »
  • ƏSƏBİLƏŞDİRİCİ

    sif. Əsəblərə pis təsir edən, əsəbləri qıcıqlandıran, əsəbiləşdirən, sinirləndirici. Əsəbiləşdirici təsir

    Полностью »
  • ƏSƏBİLƏŞDİRİCİLİK

    is. Əsəbiləşdirici şeyin hal və keyfiyyəti

    Полностью »
  • ƏSƏBİLƏŞDİRİLMƏ

    “Əsəbiləşdirilmək” dən f.is

    Полностью »
  • ƏSƏBİLƏŞDİRİLMƏK

    məch. Əsəbləri qıcıqlandırılmaq, əsəbi hala salınmaq; sinirləndirilmək, hirsləndirilmək

    Полностью »
  • ƏSƏBİLƏŞDİRMƏ

    “Əsəbiləşdirmək”dən f.is

    Полностью »
  • ƏSƏBİLƏŞDİRMƏK

    f. Əsəblərini qıcıqlandırmaq, əsəblərinə toxunmaq, əsəbi hala gətirmək; sinirləndirmək, hirsləndirmək

    Полностью »
  • ƏSƏBİLƏŞMƏ

    “Əsəbiləşmək”dən f.is

    Полностью »
  • ƏSƏBİLƏŞMƏK

    f. Əsəbləri qıcıqlanmaq, əsəbilik halına gəlmək, əsəblərə təsir edən bir şey nəticəsində həyəcanlanmaq, darıxmaq, ya hirslənmək; sinirlənmək

    Полностью »
  • ƏSƏBİLİK

    is. Əsəbi olma, əsəbi adamın halı; əsəblərin hər bir şeydən təsirlənməsi, qıcıqlanması; sinirlilik. Həddindən artıq əsəbilik

    Полностью »
  • ƏSƏBİMƏZAC

    sif. [ər.] köhn. Əsəbi xasiyyətli. Əsəbiməzac adam. – [Səfi bəy:] Dayıqızı doğru deyir, sən əsəbiməzacsan

    Полностью »
  • ƏSƏBİMƏZACLIQ

    is. Əsəbiməzac adamın hal və keyfiyyəti; əsəbilik

    Полностью »
  • ƏSƏBİYYƏT

    is. [ər.] bax əsəbilik. Çarpışmaq üçün lazım ikən mərdə cəsarət; Bilməm, neçin olmuş sana qalib əsəbiyyət? H

    Полностью »
  • ƏSƏL

    is. [ər.] klas. Bal. Baqqal … əsəl qiymətinə satar ayranı. Q.Zakir

    Полностью »
  • ƏSƏN

    sif. qəd. Sağ, salamat. Verdi xələt çün anı gördi əsən. Yusif Məddah

    Полностью »
  • ƏSƏR

    is. [ər.] 1. İz, nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal. Əsər qalmamaq. Yorğunluqdan əsər yox idi

    Полностью »
  • ƏSƏR-ƏLAMƏT

    bax əsər 1-ci mənada. □ Əsər-əlamət qalmamaq – heç bir izi, təsiri qalmamaq. Gündüzkü buluddan, çiskindən heç bir əsər-əlamət qalmayıb

    Полностью »