ACIQ

is. Hirs, hiddət, qeyz, qəzəb. Acığın cana ziyanı var. ( Ata. sözü ).
[Əziz bəy:] Bir güzgüyə bax, gör gözlərin acığından qan çanağına dönübdür. M.F.Axundzadə.
İçərimdə zəhərli ilan kimi bir acıq və kin qıvrılırdı. M.İbrahimov.
Cəmil … güləndə acığından Tahirin əlləri titrəməyə başladı. M.Hüseyn.

□ Acığa düşmək – tərslik etmək, inad etmək.
Nəsrəddin bu hadisələrdən acığa düşdü. M.S.Ordubadi.

Acığa salmaq – öz hərəkəti, ya sözü ilə birisinin tərslik etməsinə, inad etməsinə səbəb olmaq.
Acığı soyumaq (yatmaq) – hiddəti keçmək, qəzəbi keçmək, sakitləşmək. Qaraca qız anladı ki, ağıllı köpək onu bir tövr ölümdən qurtarmışdır.
Ona görə də dərhal acığı yatdı və qara köpəyin başını sığallayıb onu əzizlədi. S.S.Axundov.

Acığı tutmaq – hirslənmək, hiddətlənmək, qəzəblənmək.
Uşaqlar içində düşər gülüşmək; Sənin də acığın tutar, ağlarsan. M.V.Vidadi.
Bilmədim kimə acığım tutsun və kimin üstünə hirslənim. C.Məmmədquluzadə.
Qaraca qız … düşünürdü: – Mən Ağca xanıma nə etdim ki, anasının mənə acığı tutdu. S.S.Axundov.
[Qulunun] bütün məzlum, zavallı görkəmi Surxayda təzadlı bir duyğu oyandırdı: bir yandan ona yazığı gələrdi, ürəyi yanardı, o biri yandan da acığı tutardı. M.İbrahimov.

Acığı(na) gəlmək – xoşlamamaq, xoşlanmamaq, xoşuna gəlməmək.
[Qənbərqulu:] …Mən özüm əslində az danışan adamam, heç çox danışmağı sevmirəm və çox danışan adamlardan da acığım gəlir. B.Talıblı.
Daha artıq böyüdükcə, onun [Azadın] bu xasiyyəti mənim acığıma gəlməyə başlayırdı. M.İbrahimov.
Həbib fikirləşdikcə özündən acığı gəlirdi. Ə.Vəliyev.

Acığını basmaq (yemək) – özünü saxlamaq, hiddətini yatırmaq.
Acığını çıxarmaq – heyfini almaq, əvəzini çıxmaq.
İndi Molla Kərim orucluğun və məhərrəmliyin də acığını çıxarmaq istəyirdi. B.Talıblı.

Acığını tutdurmaq – hirsləndirmək, acıqlandırmaq. Yay girəndə Səmədin dəliliyi şiddətlənirdi.
Görürdün, yol gedəndə gözləri çanağından çıxıb oynayır, … acığını tutduranı döyməmiş olmurdu. Çəmənzəminli.

Acıq almaq – intiqam almaq, əvəzini çıxarmaq, heyfini almaq.
Acıq çəkmək – arzu edilməyən, xoşa getməyən səbəblər üzündən hirslənmək, acıqlanmaq, daxili iztirab çəkmək.
Acıq çıxartmaq (çıxmaq) – bax acıq almaq.
Acıq eləmək – küsmək, inciyib getmək.
Acıq vermək – birini acıqlandırmaq, birisinin acıq çəkməsinə səbəb olmaq.
[Topçular:] – Boşa gedəcək, nə qədər atsanız boşa gedəcək! – deyə uzaqdanuzağa düşmənə acıq verirdilər. Ə.Əbülhəsən.
[Ağca xanım] pərdəni salmaq, sakitcə evə girməklə Zoyaya acıq vermək, “yandırmaq” istəyirdi. Mir Cəlal.

Синонимы

  • ACIQ ACIQ (nəyəsə qarşı oyanan psixi bir narahatlıq) Cəmil... güləndə acığından Tahirin əlləri titrəməyə başladı (M
  • ACIQ hirs — hiddət — qeyz — qəzəb
ACIİSTİOT
ACIQ-QICIQ
OBASTAN VİKİ
Acıqovuq
Zəncirotu və ya acıqovuq (lat. Taraxacum) — mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik bitki cinsi. Yoğunlaşmış kökləri tipik şaqulidir. Kökətrafı yarpaqları rozet şəkillidir. İçiboş yarpaqsız gövdələrinin ucunda bir çiçək qrupu (səbətcik) əmələ gəlir. Çiçəyi qızılı-sarı, ikicinsiyyətli, meyvəsi toxumçadır. Köklərində süd şirəsi, yarpaq və çiçəklərində S, B2 vitaminləri, karotin var. Antarktidadan başqa bütün qitələrdə təsadüf edilir. Azərbaycanda 13 növü bitir. Bəzi növlərinin kökündə kauçuk var.
Acıqıcı
Acıqıjı
Acıqıjı (lat. Nasturtium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Nasturtium africanum Braun-Blanq. Nasturtium coxii Phil. Nasturtium deserticola Phil. Nasturtium floridanum (Al-Shehbaz & Rollins) Al-Shehbaz & R.A.Price Nasturtium gambelii (S.Watson) O.E.Schulz Nasturtium hastatum Phil. Nasturtium microphyllum (Boenn. ex Rchb.) Rchb. Adi acıqıjı (Nasturtium officinale W.T.Aiton) Nasturtium portoricense Spreng.
Adi acıqıjı
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Dərman acıqıjısı
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.

Значение слова в других словарях

банке́т-кокте́йль вбок загромозди́ться иску́сство кавита́ция линёк нау́ськивание отогре́в пустола́йка русто́вка зооспо́ра меща́нка о́блачно отрезвля́юще отчекры́жить предостерега́тельный astarboard Bristol milk coconut-shy determent emblematist monkshood oil-carrier prandial всеоружие