ASAYİŞ

is. [fars.] Əmin-amanlıq, dinclik, sakitlik, nizam və qayda. Asayişi bərpa etmək. Asayişi pozmaq. Asayişi qorumaq. – Elmlər sayəsində .. insan övladının xoşbəxtlik və asayişinə səbəb olan nəcib icadlar meydana gəlmişdi. M.F.Axundzadə. Şəhərdə asayiş və əmniyyəti pozmaq .. istəyənlər olduğu yerində cəzalanacaqdır. M.S.Ordubadi. // İstirahət. Rota bu gün vuruşurdu, sabah asayişdə olurdu, bir müddət sonra yenə cəbhəyə gedir, sonra yenə arxaya düşürdü. Mir Cəlal. // Rahatlıq. Könül asayişi, canın rahəti; Gülgəz zənəxdanda, tər zəğəndədir. M.P.Vaqif. Gözlərindən məni-bədbəxtə bir asayiş yox; Uddurur qan gecələr ol iki bimar mənə. Q.Zakir.