JİRONDİST

[ fr. Dironde-dən] tar. Jironda partiyasının üzvü, jironda tərəfdarı.
JİRONDÁ
JİROVKÁ
OBASTAN VİKİ
Jirondistlər
Jirondistlər (fr. Girondins), Jirond (fr. Gironde) — Böyük Fransa İnqilabı dövründə əksəriyyəti Bordo bölgəsindən gələn, Qanunverici Məclis və Milli Konventdə montanyarlara qarşı üstünlük əldə edən qrupa verilmiş addır. Jirondist adının məşhurlaşması XIX əsrin əvvəllərində Lamartinin "Jirondistlərin Tarixi" kitabını yazmasında sonra baş verir. Bordodan olan bu qrup Qanunverici Məclisdə beş nəfərlə təmsil olunurdular: Vernu, Qade, Jensonne, Qraqanöv və Jan Fransua-Dük. Milli Konventdə qrupa Dükün qaynı olan Jan Batist-Boyer-Fonfred də əlavə olunur. Bununla birlikdə jirondistlər 1792-1793-cü illərdə ayrı-ayrı vaxtlarda Brissotinlər, Rolandistlər və Rolandinlər də adlandırılıblar. Qrupun jirondist adlandırılması isə 1793-cü ilin oktyabrından etibarən başlamışdır. Kondorse, Brisso, Rolan, Qade, Vernu, İnar, Dük, Buzo kimi jirondistlər respublikanı dəstəkləyirdilər. Danton, Robespyer və Marat jirondistlərin tərkibində olarkən jirondistlər Milli Konventdə montanyarlara qarşı ən güclü fraksiya idilər.

Значение слова в других словарях

белошве́йный бо́нус коммуникати́вность неблагообра́зность о́бщее одёр скорогово́рочка спиртоно́с су́мочка удорожи́ться арте́льно ине́ртный молодцева́то мурмолка пользи́тельный по́ползень расплеска́ть cooky embellishment foreigner Francophil message dropping sonobuoy пугало самодеятельный