BABAY

is. Uşaq dilində: qoca, saqqallı kişi (adətən balaca uşaqları qorxutmaq üçün söylənir).
BABATLIQ
BABAYİ-ƏMİR
OBASTAN VİKİ
Buxa Noyon Babay
Buxa Noyon Babay — Buryat mifologiyasının personajlarından biridir. Bəzi əfsanələrə görə Boxo Muya (Qərb tanrısı Zayan Saqan Tenqrinin oğlu) Boxo Teli (şərq tanrısı Xamxir Boqdo Tenqrinin oğlu) ilə dava salmış, nəticədə hər ikisi dünyaya düşərək öküzə çevrilmişlər. Boxo Muya boz öküz Buxa Noyon Babaya, Boxo teli isə bəzəkli öküz Tarlan Exen Buxaya çevrilmişdi. Onlar dünyada bir birlərini izləyərək Baykal gölünün ətrafında Tayji xanın mülkündə, bir-birilərilə buynuzlaşmağa başlamışlar. Tayji xanın qızı onları qovmuş, ancaq Buxa Noyon Babayın baxışından və ya böyürməsindən hamilə qalmışdır. Bulaqatların əfsanəsinə görə bu hamiləlikdən bir oğlan olmuş, Buxa Noyon Babay onu öz oğlu kimi qəbul edərək uca dağda yerləşən dəmir beşikdə yedirdərək saxlamışdır. Uşağı olmayan iki şaman qadın Asıxan və Xosıxan Buxa Noyon Babaya xüsusi qurbanvermə mərasimi təşkil edərək, bu uşağı ondan almış və ona Bulaqat Buxa Doroqxo Olokson (Öküz altından tapılmış Bulaqat) adı vermişlər. Bulaqat tayfası onun nəslindən əmələ gəlmişdir. Exiritlərin əfsanəsinə görə Tayji xanın qızı əkiz oğlanları dünyaya gətirmişdi. Bu oğullardan biri Baykal gölü ətrafında yaşayırdı.
Abdulla Babayev
Abdulla Murtuz oğlu Babayev (1 aprel 1924, Tumbul, Naxçıvan MSSR – 10 mart 2015) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998). == Həyatı == Abdulla Murtuz oğlu Babayev 1924-cü il aprelin 1-də Babək rayonunun Tumbul kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirən Abdulla Baba­yev 1959-cu ilə qədər Naxçıvan dəmiryol hissəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1959-­2011-ci illərdə Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərən Abdulla Babayev öz repertuarını daim zənginləşdirmiş, Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi böyük tamaşaçı rəğbəti qazanmışdır. Onun ifasında səslənən “Naxçıvan”, “O Naxçıvandır”, “Təki sən səslə məni” mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Abdulla Babayev Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkiyədə qastrol səfərlərində olmuş, Azərbaycan musiqisinin təbliği və yaşadılması istiqamətində mühüm xidmətlər göstərmişdir. Əməyi yüksək qiymətləndirilən Abdulla Babayev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülmüş, 1996-cı ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Abdulla Babayev 2002-ci ildə Prezident təqaüdçüsü olmuşdur.Abdulla Babayev 2015 mart ayının 10-da vəfat etmişdir.
Allahverdi Babayev
Allahverdi Ələt oğlu Babayev (24 mart 1989, Mingəçevir – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Babayev 1989-cu il martın 24-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Allahverdi Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Allahverdi Babayev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanlnda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Allahverdi Babayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Amin Babayev
Amin Babayev (azərb. Amin Hacıbaba oğlu Babayev‎, 5 may 1950, Sarıbaş kəndi, Qax rayonu) — azərbaycanlı alim, Torpaq münbitliyinin modelləşdirilməsi və proqnozlaşdırılması istiqamətində elmi tədqiqatlar aparan və Ekoloji Kənd təsərrüfatı hərəkatı anlayışını ilk dəfə Azərbaycana gətirmiş alim, Azərbaycan Milli Elmlər Akademiyasının Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktorudur. == Həyatı == Amin Babayev 1950-ci il mayın 5-də Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU-nun) Aqronomluq fakültəsinin aqrokimya və torpaqşünaslıq şöbəsini bitirmiş, həmin il M. V. Lomonosov adına Moskva Dövlət Universitetində məqsədli aspiranturaya daxil olmuşdur. A. Babayev 1976-cı ildə elmlər namizədi, 1995-ci ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır. 1997-ci ildə professor elmi adını almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlamışdır. 1976–1982 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Torpaqşünaslıq kafedrasının assistenti, dosenti vəzifələrində çalışmış, 1982–1985 illərdə Qərbi Afrika, Mali Respublikasının Katibuqu Kənd Təsərrüfatı İnstitutunun professoru, 1985–2013 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU-nun) Torpaqşünaslıq kafedrasının dosenti, professoru, kafedra müdiri olmuşdur, 1996 Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) prezidenti seçilmişdir. 1998–2000 illərdə Dövlət Elm və Texnika Komitəsinin nəzdində Gəncə Elm və Texnika Mərkəzinin direktoru işləmiş, 1997–2011 illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2002-ci ildən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM-ın), 2004-cü ildən Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyasının (EUCARPİA-nın), 2004-cü ildən Amerika Torpaqşünaslar Cəmiyyətinin (ССА-nın) və Amerika Aqronomlar Cəmiyyətinin (ASA-nın) üzvüdür.
Amiran Babayev
Andrey Babayev
Andrey Avanes oğlu Babayev — 27 dekabr 1923-cü ildə Azərbaycan SSR Martuni rayonunun Msmna kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinifini bitirmişdir. 1958-ci ildə Əməkdar İncəsənət Xadimi Fəxri adına layiq görülmüşdür. "Oktyabr" (1947), "Partiya haqqında mahnı" (1954), "Qartal qalası" (1957), "Bağdasar dayı" (1964) kantatalarının, bir çox simfonik əsər və mahnıların, Azərbaycan xalq çalğı alətləri orkestri üçün 2 süitanın, kinofilmlərə musiqinin və s. əsərlərin müəllifidir. Andrey Babayevin yaradıcılığı Azərbaycan xalq musiqisinə əsaslanır. "Pıçıldaşın, ləpələr", "Nazəndə sevgilim", "Bakılı qız", "Kimlər gəldi, kimlər getdi" kimi populyar mahnılar yazmışdır. O, Tacik, Türkmən, Hind və b. xalq melodiyaları da işləmişdir. 21 oktyabr 1964-cü ildə Moskvada vəfat etmişdir.
Aqşin Babayev
Aqşin Əlisəttar oğlu Babayev (23 noyabr 1936, Bakı – 10 iyun 2020, Bakı) — Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, II dərəcəli Dövlət müşaviri, Azərbaycan SSR əməkdar jurnalisti (1987). == Həyatı == Aqshin Babayev 1936-cı ildə Bakıda anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Azərbaycanın ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Tahir Salahov kimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib.
Aqşin Babayev (idmançı)
Aqşin Alim oğlu Babayev (17 aprel 1986, Salyan, Salyan rayonu) — Azərbaycanlı peşəkar MMA döyüşçüsü, 6 qat Azərbaycan çempionu, 3 qat dünya çempionu, 2 qat avropa çempionu, asiya çempionu, GRAPPLING növü üzrə 3 qat Azərbaycan çempionu, dünya 3-cüsü, əməkdar idman ustası, MMA baş məşqçisi. MMA Record 22–7-0 == Həyatı == Aqşin Babayev 17 aprel 1986-cı ildə Salyan rayonunda anadan olmuşdur. == Idman Kariyerası == İlk məşğul olduğu idman növü güləş olub. 2001-ci ildə Moskvaya getmişdir. Moskvada döyüş sambosu üzrə çempion olmuşdur. 2006-cı ildə Respublika çempionu olmuşdur. Gürcüstanda 2006-cı ildə peşəkarlar arası döyüşdə 1-ci olmuşdur. Qazaxıstanda 2007-ci ildə 3 döyüş keçirmiş və 1-ci olmuşdur. Samara şəhərində 3 döyüş keçirmiş, qalib olmuşdur. 2007-ci ildə hərbi xidmətə gedib.
Arif Babayev
Arif Babayev (rejissor) — televiziya və kino rejissoru, əməkdar incəsənət xadimi. Arif Babayev (xanəndə) — Azərbaycan xanəndəsi, Azərbaycanın xalq artisti, professor. Arif Babayev (riyaziyyatçı) — riyaziyyatçı. Arif Babayev (fizik) — fizik.
Arif Babayev (fizik)
Arif Miri oğlu Babayev (d. 1 dekabr 1959. Ermənistan SSR, Krasnoselo rayonu, Çaykənd) — Fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == Arif Babayev 1 dekabr 1959-cu ildə Ermənistan SSR Krasnoselo rayonunun Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə Çaykənd orta məktəbini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakultəsinə daxil olmuşdur. 1981-ci ildə Fizika fakultəsini bitirdikdən sonra Kosmik Tədqiqatlar Elm İstehsalat birliyidə mühəndis olaraq işə başlamışdır. O, 1992-cu ildə “Ümumiləşmiş izotrop Keyn modelində almaz tipli yarımkeçiricilərdə elektron və deşiklərin enerji spektrləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. A.M.Babayev 1994-ci ildən AMEA-nın Fizika İnstitutunda “Nanokristallar fizikası” laboratoriyasında çalışır. A.M.Babayev 2007-ci ildə “Kiçik ölçülü kvant sistemlərində elektron və deşiklərin enerji spektrləri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi adına layiq görülmüşdür. Elmi əsərlərinin sayı-87 Xaricdə dərc olunan əsərlərinin sayı-33 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-29 Kadr hazırlığı-2 müdafiə olunmuş fəlsəfə doktoru Dil bilikləri- Azərbaycan, Rus, Türk və İngilis == Elmi fəaliyyəti == Tədqiqatları, əsasən, aşağı ölçülü yarımkeçirici və yarımmagnit kvant sistemlərində yükdaşıyıcıların enerji spektrlərinin və dalğa funksiyalarının araştdırılmasına, ballistik keçiriciliyə, spintronika sahəsinə aiddir.
Arif Babayev (rejissor)
Arif Hacı oğlu Babayev (25 sentyabr 1928, Bakı, Azərbaycan SSR – 26 avqust 1983, Bakı) — Azərbaycan kinorejissoru, televiziya rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Azərbaycan kinosunda "müəllif" kinosunun nümayəndələrindəndir. == Həyatı == Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışmışdır. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkmişdir.26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir. Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilmişdir. Rejissor Vasif Babayevin qardaşıdır. == Ad və mükafatlar == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (29.06.1964) İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalında "İnsan məskən salır" filmi üçün "ən yaxşı debütə görə" Diplom (1968) Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında "Uşaqlığın son gecəsi" filmi üçün Gənclik üçün ən yaxşı filmə görə Mükafat (1969) Bakıda VII Ümumittifaq kinofestivalında "Ömrün ilk saatı" filmi üçün fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə həvəsləndirici Diplom (1974) "Birisigün, gecəyarısı…" filmi üçün SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafat (1981) "Birisigün, gecəyarısı…" filmi üçün Azərbaycan Dövlət Mükafatı (1986) == Filmoqrafiya == Rejissor kimi Dostluq dili (film, 1959) (qısametrajlı sənədli film) Xəzərdə möcüzə (film, 1961) (qısametrajlı sənədli film) Xəzər sahilində şəhər (film, 1962) (qısametrajlı sənədli film) Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film) Zirvə (1964) (qısametrajlı bədii film) Şəhərimizin uşaqları (film, 1964) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film) Şəhər üzərində mahnı (film, 1965) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film) İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film) Gün keçdi (film, 1971) (tammetrajlı bədii film) Ömrün ilk saatı (film, 1973) (tammetrajlı bədii film) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) Arxadan vurulan zərbə (film, 1977) (tammetrajlı bədii film) Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) Birisigün, gecəyarısı... (film, 1981) (tammetrajlı bədii film)Ssenari müəllifi kimi Dostluq dili (film, 1959) (qısametrajlı sənədli film) Şəhərimizin uşaqları (film, 1964) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Şəhər üzərində mahnı (film, 1965) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film)Aktyor kimi İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film)(rol: sakin) == İstinadlar == == Mənbə == Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
Arif Babayev (riyaziyyatçı)
Arif Əliheydər oğlu Babayev (11 noyabr 1934 – 5 iyun 1998) — Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1976), əməkdar elm xadimi (1992), fikiza-riyaziyyat elmləri doktoru. == Həyatı == Babayev Arif Əliheydər oğlu 11 noyabr 1934-cü ildə anadan olmuşdur. Arif Əliheydər oğlu Babayev – 1952-ci ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan (Bakı) Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinin "Riyaziyyat" bölməsinə daxil olmuş və 1957-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdır. O,həmin il "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafelrasının aspirantı olmuşdur. A.Ə. Babayev aspiranturada oxuyarkən qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin varlığı və yeganəliyi haqqında bir sıra yeni teoremlər isbat etmişdir. A.Ə.Babayev 1960-cı il-də akademik Ə.İ.Hüseynovun rəhbərliyi ilə "Qeyri-xətti sinqulyar inteqral tənliklərə dair tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. === Əmək fəaliyyəti === Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979–1994) vəzifələrində çalışmışdır. Uzun müddət ərzində A.Ə.Babayev elmi dərəcələr verən Elmi Şuraların üzvü, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinin dekanı (1979–1994) kimi, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın riyaziyyat və mexanika üzrə Ekspert Şurasının sədri kimi uğurlu və hərtərəfli fəaliyyəti respublikada riyaziyyatın inkişafına böyük təsir göstərmişdir. === Elmi fəaliyyəti === A.Ə.Babayev qeyri–hamar qapalı inteqrallama əyrisi üzrə sinqulyar inteqralı tədqiq etmiş və bu tədqiqatların xətti və qeyri-xətti sinqulyar inteqral tənliklərə tətbiqlərini vermişdir. Açıq əyri üzrə Koşi nüvəli sinqulyar inteqral operatorun öyrənilməsi üçün o, yeni metod vermişdir ki, bu metod əsasında qeyri-xətti sinqulyar inteqral tənliklərin lokal nəzəriyyəsi yaradılmışdır.
Arif Babayev (xanəndə)
Arif İmran oğlu Babayev (20 fevral 1938, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, professor (1996), Azərbaycan SSR xalq artisti (1989), Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının sabiq müdiri. == Həyatı == Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963–1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonar isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov-"Leyli-Məcnun", "Əsli və Kərəm "), Aşıq Qərib (Z. Hacıbəyov-"Aşıq Qərib"), Camal (Ş. Axundova-"Gəlin qayası") kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil olmuşdur. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb.
Ayaz Babayev
Ayaz Babayev(14 aprel 1994, Bakı) — Azərbaycanlı müğənni, aktyor, aparıcı. == Həyatı == Ayaz Babayev 14 aprel 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Telman Abbasov adına 225 nömrəli orta məktəbə getmiş 2010-cu ildə həmin məktəbin məzunu olmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olan Ayaz Babayev məktəbin əksər tədbirlərində çıxış etmişdir. Fəaliyyətinə 2010-cu ildə onlayn radioda DJ kimi çalışmağa başlayıb. 2012-ci ildə Space tv də yayımlanan "Sehrli pərdə" musiqi yarışmasına baş vuran Ayaz Babayev iki münsifin diqqətinə tuş gəlir Xalq artisti Faiq Ağayev və Əməkdar artist Lalə Məmmədova Ayaz Babayin seçimi Xalq artisti Faiq Ağayev olur. Müsabiqə boyunca Faiq Ağayevdən dərs alan müğənni, vokal dərslərinə başlamaq qərarına gəlir. Faiq Ağayev sayəsində Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə tanış olur 2 il Nailə xanımdan özəl təhsil alır bundan sonra 2013 cü ildə İsveç — Azərbaycan birliyinin keçirdiyi Yay Festivalına qatılır və orada laureat olur. Sosial şəbəkələrdə cover ifalarını paylaşan sənətçi 2014-cü ildə əfsanəvi "Modern Talking" qrupunun "Youre my heart Youre my soul" mahnısını slow versiyada ifa edir və qrup həmin ifanı öz rəsmi facebook hesabında paylaşması nəticəsində 1 gündə yerli medianın gündəminə düşür. Günlərlə yerli mediada adından söz etdirən Ayaz Babayev həmin ifaya klip çəkdirir.
Aytac Babayeva cinayəti
Aytac Babayeva cinayəti - Bakı şəhəri, Xətai rayonunda yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Aytac Babayevanın qətlə yetirilməsi ilə nəticələnən cinayət hadisəsi. Bu cinayətin yetirməsində şübhəli şəxs kimi 1995-ci il təvəllüdlü İzzət Hüseynov Natiq oğlu bilinir. O, Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay istintaq dövrü müddətində həbs edilib. Hadisə nəticəsində səkkiz bıçaq zərbəsi alan Aytac Babayeva yerindəcə keçinmişdir. == Arxa plan == İzzət Hüseynov ifadəsi zamanı Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib: 20 yaşlı İzzət Hüseynov 17 yaşlı Aytac Babayevanı bıçaqladıqdan sonra başını bir neçə dəfə daşa vurub. O, bunu özünə nəzarəti itirməsi ilə əsaslandırıb. Hadisə Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib. İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. == Etirazlar == Aytac Babayevin səkkiz bıçaq zərbəsi ilə amansız şəkildə qətlə yetirilməsi cəmiyyətdə böyük rezonansa səbəb olmuşdur.
Ağaddin Babayev
Ağaddin Abdulla oğlu Babayev (15 mart 1956, Şağlaser, Lənkəran rayonu) — jurnalist, yazıçı, publisist, tərcüməçi, dramaturq, teatrşünas, şair, 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1987-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Ağaddin Babayev 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub və 1985-ci ildə oranı bitirib. 1974–1976-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Lənkəranın keçmiş Lenin adına sovxozunda fəhlə, Bakıda "Qırmızı Ulduz" İstilik-Elektrik Stansiyasında qazanxana maşinisti, Bakının Nərimanov rayon kommunal təsərrüfatı şöbəsində fəhlə və briqadir, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri, "Lənkəran" qəzeti redaksiyasında müxbir və şöbə müdiri, "Bakinski raboçi" qəzeti redaksiyasında xüsusi müxbir, APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bürosunun rəhbəri vəzifələrində çalışıb. A. Babayev həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. Uzun müddət Lənkəranın Şağlaser və Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edib. Hazırda o, əmək fəaıiyyətini Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri və "Lənkəran" qəzeti redaksiyasında şöbə müdiri kimi davam etdirir.
Babaxan Babayev
Babaxan Əlövsət oğlu Babayev (10 fevral 1996, Aşağı Yaycı, Naxçıvan Muxtar Respublikası – 17 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babaxan Babayev 10 fevral 1996-cı ildə doğulub. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babaxan Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babaxan Babayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babaxan Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Babayal
Babayal — Goranboy rayonu ərazisində dağ; Babayal — Mingəçevir su anbarından cənubda, Bozdağ silsiləsində zirvə.
Babayev
Babayev — Azərbaycanlı soyadı. Bu soyadı olan tanınmış şəxslərAdil BabayevAdil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954–1958)Arif BabayevArif Babayev (rejissor) — Azərbaycan televiziya və kino rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Arif Babayev (xanəndə) — Azərbaycan xanəndəsi, Azərbaycanın xalq artisti, professor.Nazim BabayevNazim Babayev (alim) — professor, texnika elmləri doktoru. Nazim Babayev (milli qəhrəman) — milli qəhrəman.Nəbi XəzriNəbi Ələkbər oğlu Babayev (təxəllüsü: Nəbi Xəzri) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, Azərbaycan SSR xalq şairi (1984).Tofiq BabayevTofiq Babayev (bəstəkar) — bəstəkar Tofiq Babayev (general-mayor) — Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayorRafiq Babayev — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti. Hətəmxan Babayev — Elxan Babayev —Yaşayış məntəqələriBabayevo — Rusiya Federasiyasında yerləşən şəhər, Voloqda vilayətinə daxildir.
Babayeva
Babayeva — Azərbaycanlı soyadı.
Babayevo
Babayevo — Rusiya Federasiyasında yerləşən şəhər, Voloqda vilayətinə daxildir.
Babayi-Əmir (jurnal)
"Babayi-Əmir" jurnalı (az.-əbcəd بابای امیر‎) — Bakıda 1915–1916-cı illərdə çıxan həftəlik ədəbi və ictimai-siyasi satirik jurnal. == Jurnalın yaranma tarixi == Mətbuatda "zərərli istiqamətli" yazılarına görə Sibirə sürgün edilən Əliabbas Müznibi Romanovlar sülaləsinin üç yüz illiyi münasibətilə əfvə düşdükdən sonra 1913-cü ildə Bakıya qayıdır və yeni mətbu orqanlar yaratmağa başlayır. Lakin sürgün həyatını nəzərə alan yerli çap orqanları onun qəzet təsis etməyinin qarşısını alır. Ə.Müznibi 1914- cü ildə bu işin çarəsini taparaq, fənd işlədib yaşca özündən böyük olan qardaşı Əbülfəz Mütəllibzadənin adına "Dirilik", 1915-ci ilin aprel ayından isə "Babayi-Əmir" adlı satirik jurnalı qeydiyyatdan keçirir. Beləliklə, "Babayi-Əmir" jurnalı "Dirilik" məcmuəsinin nəşriyyatı olaraq, 1915-ci il 21 apreldən 1916-cı il 17 oktyabradək Bakıda nəşr olunmuşdur. Jurnalın redaktoru şair və ədəbiyyatşünas Əliabbas Müznib, sahibi, naşiri isə onun qardaşı Əbülfəz Mütəlliboğlu olmuşdur. "Babayi-Əmir" jurnalının nəşrinə "Molla Nəsrəddin" jurnalının böyük təsiri olmuşdur. İlk sayında "Gəlmişəm" adlı baş məqaləsində jurnal mətbuat aləminə gəlişini satirik tərzdə belə çatdırır: Alman imperatoru Vilhelmə müraciət edən məqalə müəllifi yazırdı: == Jurnalda dərc olunan mövzular == "Babayi-Əmir"in səhifələrində mədəniyyət məsələləri, satqın ziyalılar, dini fanatizm əleyhinə mübarizə və s. mövzularda yazılara, rəsmlərə geniş yer verilirdi. Yazıları əsasən şeirlərdən ibarət idi.
Babaylı
Babaylı (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Babaylı (Kəleybər) — İranda kənd.
Babaylı (Kəleybər)
Babaylı (fars. بابايلو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (15 ailə).
Babaylı (Zəngilan)
Babaylı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Məmmədbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Babaylı kəndi 1917-ci ildə Baba Yaqublu şəklində qeydə alınmışdır. Görünür, sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Etnotoponimdir. Toponimikada belə bir məlumat da var ki, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Babaylı kəndindən köçüb gələnlər saldığına görə belə adlanmışdır.
Babayurd
Babayurd (qum. Бабав-юрт — Dağıstan Respublikası, Babayurd rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Babayurd rayonunun və Babayurd kənd sovetliyinin mərkəzidir. Babayurd kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafi yerləşməsi == qumuq düzənliyində, Mahaçqala-Həştərxan avtomagistralı üzərində yerləşir. Mahaçqala şəhərindən 90 km şimal-qərbdədir. == Tarixi == Kəndlə əlaqəli və köhnə adamlar tərəfindən xatırlanan ən erkən təxmin tarixi 1760-cı ildir. Aksaydakı hadisələrdən sonra (kəndin çar qoşunları tərəfindən dağıldılması), Köhnə Aksayın Zahavul məhəlləsindən bir neçə ailə knyaz Kaplanovun torpaqlarına, indiki Babayurd ərazisinə köçür. Yeni yaşayış yeri bir müddət Zahavul adlandırıldı - Köhnə Aksaydan gələn köçkünlərin yaşayığı məhəllənin adı ilə. sonradan 2-3 il ərzində kənd əhalisi bura başqa yerdən gələnlərin sayəsində tədricən artmağa başlayır.

Значение слова в других словарях

отгора́ть отконверти́ровать по-старомо́дному почта́мтский приреза́ние руи́ны спектроскопи́ст утю́жник ампутацио́нный опла́чиванье погро́мный подря́дец превосходи́тельство рафиниро́вочный эпикуреи́зм францоля чахнуть чувара chorology citywards electronic office iconograph мусульманин почтовый ретина