LABÜD

zərf [ ər. ]
1. Yerinə yetirilməsi, icrası vacib olan, zəruri olan; mütləq.
…Bayramda həlviyyat xonçası üstə bir əlbisəlik ipək parça labüd gedəcəkdir. R.Əfəndiyev.

// Mütləq olmalı olan, qaçılmaz, qarşısıalınmaz, zəruri.
□ Labüd olmaq – vacib olmaq, zəruri olmaq.
[Mürtəce ünsürlər] xalqın və məmləkətin tərəqqisi üçün labüd olan bu məsələlərin həllini tələb edən hər kəsi … töhmətləndirirlər. M.İbrahimov.

2. Məcbur, çarəsiz, əlacsız, naçar, istəristəməz, məcburiyyət qarşısında.
[Şah Abbas:] Ona binaən labüddəm ki, talaqınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, ona ixtiyar edəsiniz. M.F.Axundzadə.
Sabira, torpağa saldı sayə rəna dilbərim; Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm. M.Ə.Sabir.

□ Labüd qalmaq – zəruriyyət qarşısında məcbur olmaq, əlacsız qalmaq, çarəsiz qalmaq.
Mən labüd qaldım, [hamballara] deyim ki, bir surətdə ki, bunlar bizə qulaq asmırlar, bizə bunların xidməti heç lazım deyil. C.Məmmədquluzadə.
Pul çox, amma xərc eləməyə yer tapmayırıq, labüd qalıb, pullarımızı xarici vilayətlərdə xərc eləyirik. Ə.Haqverdiyev.

Синонимы

  • LABÜD labüd bax 1. mütləq; 2. əlacsız 1
  • LABÜD zəruri — vacib — lazımlı — olumlu
LABORATÓRİYA
LABÜDDƏN

Значение слова в других словарях

гарниро́вка завира́ться подсочи́ть про́стенький засыла́ть камса́ картофелеубо́рочный мозо́листый облага́ть сосуд дюа́ра алодь Alwin cargotainer cuffo declamation hatchel Manxman pearl diver pentagram peon reuse trapezia запчасти паковка пристрелять