AB

AB is. [fars.] klas. 1. Su. _ Abi-bəqa – b a x abi-həyat. Abi-heyvan(i) – b a x abihəyat. Əzib ləli qatıb abi-heyvana; Qənd ilə yoğurub dil-dodaq çəkib. Q.Zakir. Abihəyat – həyat suyu, dirilik suyu (əfsanələrə görə, guya zülmətdə bir çeşmənin suyu olub, onu içənlər heç ölməzlərmiş). Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı. M.V.Vidadi. Ölümümdür mənim ol ruhi-rəvansız bu gecə; Gər içəm badeyigülgün yerinə abi-həyat. S.Ə.Şirvani. Abihəyatın bir belə zahid ki, vəsf edər; Ləliləbin yanında bir əfsanədir mənə. Ə.Vahid. Abi-kövsər – 1) dini əfsanələrə görə, guya cənnətdə olan Kövsər çayının dadlı suyu. Dürlü bulaq abi-kövsər suyudur; İçəndə dad verir dəhanə, dağlar! Aşıq Xəyyam. Pəs onlar [mollalar] nə vaxtadək cənnət, abikövsər vədəsi ilə bədbəxt islam camaatının qanını soracaqlar? C.Məmmədquluzadə; 2) danışıqda və ədəbiyyatda çox vaxt şərab həmin suya bənzədilir. [Süleyman bəy:] Bəh-bəh, nə gözəl sudur! Xalis abikövsərdir! Ə.Haqverdiyev. [Mirzə Turab:] Sağ ol, Səfər ağa! Bu lap abi-kövsərdi. B.Talıblı. Abi-leysan – b a x abi-niysan. Abi-niysan – bahar yağışı, çox güclü yağış. Əmr olundu, abi-niysan; Cansızlara bəxş edə can; Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. Q.Zakir. Abi-niysan kimi məc. – niysan yağışı kimi, sel kimi, çox güclü. Biçarə çiyninə qoyub başını; Abi-niysan kimi tökür yaşını. Q.Zakir. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı qapının ağzında ayaq üstündə gözlərinin yaşını abiniysan kimi ağ saqqalından axıdırdı. Ə.Haqverdiyev. Abi-zəmzəm (Zəmzəm – Məkkədə olan və suyu müsəlmanlar tərəfindən müqəddəs sayılan quyunun adıdır) – klassik poeziyada şərab mənasında işlənmişdir. Abi-zindəgani – b a x abi-həyat. 2. məc. Göz yaşı. Bu səmavi gözü yağdırmada ab. M.Had

Это слово в других словарях:

Азербайджанcко-русский словарь (краткий)

AB вода (встречается особенно в произведениях классиков) подробнее

Author: Obastan; Publisher: Obastan