PAXLA

is. İçində iri dənələri olan bostan bitkisi. Paxlanı becərmək.
// Həmin bitkinin plova qatılan iri toxumu.
PAXIRLI
PAXLALI
OBASTAN VİKİ
Paxla
Paxla (broad bean, faba bean eng.) Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla, təzə paxlaya görə daha bəsləyicidir. Quru paxlanın 100 gr.ımında təxminən 26 qr. zülal, 58 qr. karbonhidrat və 341 kalori vardır. Ayrıca paxla B1, B2, B6 və K vitaminlərinin yanında azot, nişasta, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir. == Faydaları == Paxla həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır: Böyrək ağrılarını yüngülləşdirər, böyrək qumlarının və daşlarının tökülməsinə köməkçi olur. Sinə xəstəlikləri və öskürəyə yaxşı gəlir.
Paxla plov
Paxla plov - Talış mətbəxinə aid plov. == Tərkibi == Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qoyun əti-100 q, düyü-150 q, ərinmiş yağ-50 q, paxla-100 q, şüyüd-60 q, zəfəran, habelə tam üçün istiot, duz tökülür. == Hazırlanma qaydası == Qoyun əti hərəsi 8-10 q-lıq tikələrə doğranır, tavada yağ içində qovrulur və üstünə azacıq bulyon, ya da isti su tökülüb hazır olunca bişirilir. Bir böyük qaba yığılır, duz, istiot səpilir. Təzə paxla, şüyüd təmizlənir, yuyulur, xırda-xırda doğranır. Düyü təmizlədikdən sonra yuyulur, düyü 4-6 saat duzlu suda islağa qoyulur. Su qaynadıqda düyü qazana tökülür, qarışdırılır, duzu tökülür, kəfi alınır. Düyü yarımbişdikdə paxla və şüyüd tökülüb qarışdırılır. Sonra süzülür. Zövqə görə qazmaq hazırlanıb qazanda dağ üstünə bir tərəfdən yığılır, sonra qalan düyü ətin yenidən qapağı örtülüb dəmə qoyulur.
Adı bükmə. Quba paxlavası (film, 2015)
Adı bükmə. Quba paxlavası filmi rejissor Xürrəm Sultan tərəfindən 2015-ci ildə çəkilmişdir. Film İctimai televiziyada istehsal edilmişdir. Film məşhur Quba şirniyyatı olan bükmənin hazırlanma qaydasından bəhs edir. == Məzmun == Azərbaycanın Quba rayonu yalnız səfalı yerləri ilə ad qazanmayıb. Regionun özünəməxsus şirniyyatları olan paxlava və bükmə də Qubanın simvollarına çevrilib. Film məşhur Quba şirniyyatı olan bükmənin hazırlanma qaydasından bəhs edir.
At paxlası
At paxlası (lat. Vicia faba) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
Azərbaycan paxlavaları
Azərbaycan paxlavası — Azərbaycan, Türk, Cənubi Asiya, Orta Şərq və Balkan mətbəxlərində yer almış önəmli bir xəmir şirniyyatdır. Amma 8 avqust 2013-cü ildə AB Komissiyası tərəfindən paxlavanın Türk mətbəxinə məxsus şirniyyat olduğu qeyd olunmuşdur. Nazik xəmirlər arasında qoz, fındıq, badam və ya püstə əlavə edilərək hazırlanır. Azərbaycanda daha çox qoz ləpəsi ilə hazırlanır. == Hazırlanması == === Tərkibi === Xəmir üçün: 1kq un 3 yumurta 250 q kərə yağı 1 st süd 2 x.q xama 1 ç.q quru maya Duz İçlik üçün: (İçliyi badam ləpəsi ilə də edə bilərsiniz.) (Qoz ya da badam ləpəsinin qabığını çıxardıb qoz çəkən maşından keçiririk) 1 kq qoz ləpəsi 1kq şəkər tozu 1/3 ç.q hil. Yağlamaq üçün: 400 - 450 q kərə yağı Şərbət üçün: 2st şəkər tozu 1 st su Üzü üçün: 2 ədəd yumurta sarısı badam ləpəsi (fındıq ya da qoz ləpəsi qoymaq olar)Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq. Yağı əridirik. Mayanı ilıq suda qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir. Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edirik.
Azərbaycan paxlavası
Azərbaycan paxlavası — Azərbaycan, Türk, Cənubi Asiya, Orta Şərq və Balkan mətbəxlərində yer almış önəmli bir xəmir şirniyyatdır. Amma 8 avqust 2013-cü ildə AB Komissiyası tərəfindən paxlavanın Türk mətbəxinə məxsus şirniyyat olduğu qeyd olunmuşdur. Nazik xəmirlər arasında qoz, fındıq, badam və ya püstə əlavə edilərək hazırlanır. Azərbaycanda daha çox qoz ləpəsi ilə hazırlanır. == Hazırlanması == === Tərkibi === Xəmir üçün: 1kq un 3 yumurta 250 q kərə yağı 1 st süd 2 x.q xama 1 ç.q quru maya Duz İçlik üçün: (İçliyi badam ləpəsi ilə də edə bilərsiniz.) (Qoz ya da badam ləpəsinin qabığını çıxardıb qoz çəkən maşından keçiririk) 1 kq qoz ləpəsi 1kq şəkər tozu 1/3 ç.q hil. Yağlamaq üçün: 400 - 450 q kərə yağı Şərbət üçün: 2st şəkər tozu 1 st su Üzü üçün: 2 ədəd yumurta sarısı badam ləpəsi (fındıq ya da qoz ləpəsi qoymaq olar)Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq. Yağı əridirik. Mayanı ilıq suda qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir. Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edirik.
Badamlı paxladəni
Astragalus pinetorum (lat. Astragalus pinetorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə aprel-may, meyvəvermə iyun aylarına təsadüf edir. Mezokserofitdir.
Gəncə paxlavası
Gəncə paxlavası - Azərbaycanın qədim şirniyyat növüdür. == Lazım olan ərzaqlar == === Xəmir === 200qr yağ 200qr xama 2 yumurta 0,5 S/t su 950qr un 1qr duz === İçlik === 1kq qoz 0,5kq badamləpəsi(qaynar suda isladilaraq soyulmuş halda) 1,3kq şəkər tozu 10qr əzilmiş hil-müxək === Üzərinə tökmək üçün === 500qr ərinmiş kərə yağı === Şərbət === 1s/t su 0,5s/t 2s/t şəkər tozu 10qr zəfəran. == Hazırlanma qaydası == Hazırlanmış xəmirdən 12-13 kündə (4-ü böyük olmaqla) ayrılaraq yayılır. Dibi yaxşıca şit yağla yağlanıb üzərinə 2 qalın yuxa salındıqdan sonra içlik əlavə edilir. Hər nazik qatdan bir çoxlu içlik səpilir. Bu axıradək davam etdirilir. Sonda 2 qalın fətir salınır, 5-10 dəqiqədən sonra rom şəklində doğranılır. Üzəri dəmlənmiş xüsusi paxlava rəngi və yumurta sarısının qatışığı ilə rənglənib qoz və badam ləpəsi ilə bəzədilir. Qaynar közdə yaxud isti sobada 30-40 dəqiqəyə bişir. Sobaya qoyduqdan 15-20 dəqiqə sonra ərinmiş yağ qaşıqla aralarına tökülür.
Naxçıvan paxladəni
Naxçıvan paxlavası
Naxçıvan paxlavası- unlu Azərbaycan şirniyyatı == Lazım olan ərzaqlar == === Xəmir üçün === 500 qram un150 qram kərə yağı1 ədəd yumurta1 stəkan süd1 çay qaşığı quru mayayarım çay qaşığı duz === İç üçün === 600 qram qoz600 qram şəkər tozuhil, vanil === üzünə çəkmək üçün === 1 yumurtanın sarısı və zəfaran şirəsi === şərbət üçün === 2 stəkan şəkər tozu1 stəkan suçay qaşığın ucunda limon duzu == Hazırlanma qaydası == Lap iri kündədən yuxa yayırıq, hər tərəfini yağladığımız listin içinə salıb, kənarlarını düzəldirik. Yuxanı (təxminən 1,5 x.q ərinmiş yağ) yağlayıb, üstünə iç ( 1 çay fincanı) səpirik. İkinci yuxanı açırıq, eyni qaydada davam edirik. Beləliklə, bütün yuxalar qurtarandan sonra,axırıncı iri kündəni açıb, üstünə salırıq, alt yuxa ilə birləşdirib, artıqlarını kəsirik. Əvvəlcə romb formasını işarələyib, sonra kəsirik. Zəfəran şirəsi qatılmış yumurta sarısını üstünə çəkəndən sonra hər rombun ortasına qoz qoyub basırıq. Hazır paxlavanı 200 dərəcədə üstü tam qızarana qədər bişirirk.Qızarandan sonra sobadan çıxarırıq. Bıçaqla bir də kəsirik ki, tökəcəyimiz şərbət məsamələrdən lap altına qədər hopsun.(2 st. şəkər tozuna 1 st. su töküb qaynamağa qoyuruq, kəfini yığıb, qaşığın ucunda limon duzu salırıq, oddan götürürük) Şərbəti tökəndən sonra temperaturu 50 dərəcəyə endirib təzədən sobaya qoyuruq.
Paradoksal paxladəni (gəvəni)
Paxlakimilər
Paxlakimilər (lat. Fabaceae, Leguminosae) — paxlaçiçəklilər sırasına aid bitki fəsiləsi. == Sinonimləri == Acaciaceae E.Mey. Aspalathaceae Martinov Astragalaceae Bercht. & J.Presl Caesalpiniaceae R.Br., nom. cons. Cassiaceae Vest Ceratoniaceae Link Detariaceae Hess Hedysaraceae Bercht. & J.Presl Inocarpaceae Zoll. Leguminosae Juss., nom. cons.
Paxlakolu
Paxlakolu (lat. Ononis) - paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Paxlalı bitkilər
Paxlalı bitkilər (lat. Fabaceae) — qida məhsulluu. Araşdırmalar dünyanın ən faydalı qida məhsullarının qabıqlı meyvələr və paxlalı bitkilər olduğunu müəyyən edir. == Görünüşü == Paxlalı bitkilər bunlardan noxud, lobya, mərci, soya daha çox istehsalat əhəmiyyətlidir. Paxlalı bitki toxumları xaricdən sərt örtüyə malikdirlər. Paxlalı bitkilərdə zülal 30% və daha çox (tərkibinə görə bu zülallar çox qiymətlidirlər. Çünki əvəzedilməz aminturşulara malikdirlər), karbohidratlar 60% qədər, yağlar 2% qədər, (soya dənlərində isə yağ 2%, karbohidratlar 30 %, zülallar 40%) təşkildir. Paxlalı bitkilər onunla xarakterizə olunur ki, onların toxumları qabıq içərisində olur. İnsanların yeyə bildiyi əsas paxlalılar; alfalfa (qara yonca), noxud, ağ lobya, qırmızı lobya, qara lobya, mərci, lupin, araxis, soya. Dünyada, xüsusən aralıq dənizi bölgəsi mətbəxində paxlalılar həmişə əsas qida olub.
Paxlalılar
Paxlakimilər (lat. Fabaceae, Leguminosae) — paxlaçiçəklilər sırasına aid bitki fəsiləsi. == Sinonimləri == Acaciaceae E.Mey. Aspalathaceae Martinov Astragalaceae Bercht. & J.Presl Caesalpiniaceae R.Br., nom. cons. Cassiaceae Vest Ceratoniaceae Link Detariaceae Hess Hedysaraceae Bercht. & J.Presl Inocarpaceae Zoll. Leguminosae Juss., nom. cons.
Paxlava
Paxlava — Türk, Orta Şərq, Balkan və Cənubi Asiya mətbəxlərində əhəmiyyətli bir şirniyyatdır. Bölgəyə görə nazik qatlar arasında qoz, püstə, badam və ya fındıq qoymaqla edilir. Ayrıca, bal şərbətindən istifadə edilə bilər. Bəzi ticarət şirkətləri öz xüsusi şərbətlərindən istifadə edirlər. == Mənşəyi == Paxlava sözü türk mənşəlidir. Keçmiş Türkcədə "baklağu", "baklağı" kimi adlanır. Paxlava sözünün Türkcə olduğuna dair digər bir sübut xəmirin açılmasında istifadə olunan oxlov, keçmiş dilde "oklava", "oklağu", "oklâ", "oklağı" kimi adları olan, 1500-dən əvvəl yazılmış əsərlərdə istifadə edildiyi üçün qədim dildə sənədləşdirilə bilən bir sözdür. Buell (1999) "paxlava" adının 'balala' sözünün üstünə -v şəkilçisinə Türk şəkilçisi şəkilçisini əlavə etməklə əmələ gələ biləcəyini ifadə etdi, lakin bu, köhnə türk dilindən alınmışdır. == Bakı paxlavası == Əla buğda unu — 240 qram, ərinmiş yağ — 60 qram, üzlü süd — 80 qram, yumurta — 1 ədәt, maya — 8 qram, təmizlənmiş badam və ya qoz ləpəsi — 200 qram, şəkər — 200 qram, zəfəran — 0,4 qram, vanilin — 0,2 qram, bal — 20 qram. Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir.
Paxlaçiçəklilər
Paxlaçiçəklilər (lat. Fabales) — bitkilər aləminə aid bitki dəstəsi.
Quba paxlavası
Quba paxlavası — Azərbaycan Respublikasının Quba rayonuna xas şirniyyat məhsulu. Qubanın simvollarından biri hesab olunur. == Populyar mədəniyyətdə == 2015-ci ildə rejissor Xürrəm Sultan tərəfindən "Adı bükmə. Quba paxlavası" adlı 13 dəqiqəlik sənədli film çəkilmişdir. Həmin filmdə məşhur Quba şirniyyatları olan Quba bükməsinin və Quba paxlavasının hazırlanma qaydasından bəhs edilir.
Qəzvin paxlavası
Qəzvin paxlavası — Cənubi Azərbaycanın qədim şiriniyyat növü. Qəzvin paxlavasında müxtəlif rəngli ərzaqlardan geniş istifadə edilir. == Lazım olan ərzaqlar == 250q püstə 250q badam 250q şəkər tozu 500q şəkər 1 qaşıq hil 2ədəd yumurta sarısı 1 stəkan süd 2 qaşıq yağ 1,5 stəkan su 0,5 stəkan gülab 175q un 0,5 qaşıq qabartma tozu == Hazırlanma qaydası == İlk olaraq öncədən hazırlanmış badam və püstələr döyülür. Xəmirin hazırlanması üçün süd, qabartma tozu, yağ və yumurtanın sarısı qatışdırılır, sonra isə un əlavə edilməklə xəmir hazırlanır. Xəmir hazırlandıqdan sonra içlik (badam, püstə, hil və şəkər tozu) əlavə edilir. Sonunda isə paxlavanın üstünə gülab səpilərək, bıçaqla dördkünc şəklində kəsilir. Paxlava sobada 300 dərəcədə və 20 dəqiqə ərzində bişirilərək rəngi qızıla çalmalıdır. === Paxlavanın şərbəti === Şərbətin hazırlanmasında ilk olaraq şəkər və 1/5 stəkan su qaynar közün üstünə qoyularaq, neçə dəqiqədən sonra gülab da içinə əlavə edilir. Tamamilə qaynamaqdan sonra qurulmuş paxlavanın üstünə tökülür.
Regel paxladəni
Astragalus echinops — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar”– NT. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: NT. == Qısa morfoloji təsviri == Gövdəsinin hündürlüyü 30-90 sm olan, sıx a tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları 10-16 cütdür, yarpaqcıqları ellipsivari və ya uzunsov-yumurtaşəkillidir, ititəhərdir, üzəri ağ tükcüklüdür. Yarpaqların qoltuğunda yerləşmiş çiçəklər kürəşəkilli çiçək qrupuna aiddir. Tacı sarıdır. Paxlası tükcüklüdür, yuxarı uc hissədə dörtdillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Orta dağ qurşağında, quru , daşlı yamaclarda və qayalı ərazilərdə rast gəlinir. Mezokserofitdir. == Yayılması == Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu-Xəzindərə, Ərəfsə kəndinin ətrafı; Ordubad rayonu – Biləv, Paraqa, Tivi və Bist kəndlərinin ətrafı; Babək rayonu- Buzqov kəndinin ətrafı).
Soviç paxladəni
Soviç paxladəni (Elmi adı - Astragalus szovitsii) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar”– VU A2c+3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.Regional IUCN Statusu: LC. == Qısa morfoloji təsviri == Gövdəsinin əsası odunlaşmış, hündürlüyü 10-25 sm-ə çatan çoxillik bitkidir. Yarpaqları 8-25 cüdtür, gümüşü tükcüklüdür. Çiçəkaltlığı çox kiçikdir, pulcuqludur. Yumurtalığı qısa ayaqcıq üzərində yerləşmiş, ağtükcüklüdür. Dişicik çılpaqdır. Paxlası pərdəşəkilli, birtoxumludur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyun, meyvəvermə avqust ayına təsadüf edir. Kserofitdir. Aşağı və orta dağ qurşağının çınqıllı, gilli, quru , daşlı –qayalı yamaclarında rast gəlinir.
Tarla paxlakolu
Tarla paxlakolu (lat. Ononis arvensis) — paxlakolu cinsinə aid bitki növü.Ononis arvensis L. - Əkin ononisi (Möhkəm (polad kimi) paxla, əkin paxlası, paxlakol ononis, buğa kökü, öküz otu) == Botaniki xarakteristikası: == Çoxillik ot bitkisidir. Gövdəsinin hündürlüyü 40-80 sm düzqalxan, budaqlanan, tikanlı, bəzən tikansız olur. Kökü oxabənzər, 100 sm-ə qədər uzunluğunda, budaqlanan, yuxarıya doğru keçici olmaqla, qısa çoxbaşcıqlı kökümsovdan ibarətdir. Yarpaqları üç hissədən ibarət qovuşuq, metalabənzər parıltılı, kənarları dişcikli, oval və ya uzunsov-ellipsşəkilli, uzunluğu 1,5-3 sm, eni isə 0,5-1,5 sm, yapışqanlı, özünəməxsus iyli olmaqla, saplaqlıdır. Yuxarı yarpaqları aşağı yarpaqlarından xeyli kiçikdir. Çiçəkləri qısa, yan budaqlarında sıx sünbül çiçəkqrupu vardır. Kasacığının uzunluğu 10 mm, 6 ləçəkli, kəpənəkçiçəkli, uzunluğu 15-20 mm, çəhrayı, çəhrayı-ağ və ya ağ, enli yumurtavari, tükcüklü, azacıq şişkin, uzunluğu 7mm, eni isə 5-6mm-dir. Zəif iyli, şirin-acıtəhər dadlı və büzücüdür.Çəmənliklərdə, çay kənarlarında şumlanmış yerlərdə, kanal ətrafında və kolluqlarda yayılmışdır. Ukrayna və Krasnodar vilayətində mədəni şəkildə becərilir.
Tikanlı paxlakolu
Tikanlı paxlakolu (lat. Ononis spinosa) — paxlakolu cinsinə aid bitki növü. == Sinonim == Ononis campestris Koch & Ziz Ononis repens subsp. spinosa Greuter Ononis spinosa subsp. spinosa Ononis vulgaris "Rouy, p.p.C" == Növ müxtəlifliyi == Ononis spinosa subsp. antiquorum (L.) Briq. Ononis spinosa subsp. australis (Širj.) Greuter & Burdet Ononis spinosa subsp. austriaca (Beck) Gams Ononis spinosa subsp. hircina (Jacq.) Gams Ononis spinosa subsp.
Təbriz paxlavası
Təbriz paxlavası (az.-əbcəd تبریز باقلواسی‎) - Təbriz şəhərinə aid olan paxlava növü ki dad və bişirilmə qaydasına görə İstanbul paxlavasına çox bənzəyir. == Lazım olan ərzaqlar == Yufka xəmiri 200 qram püstə içi 200 qram qoz içi 1 çay qaşığı darçın 1/4 stəkan şəkər tozu Yarım çay qaşığı hil tozu 50 qram kərə yağı yağlamaq üçün === Şərbəti üçün === 3/4 stəkan şəkər 3/4 stəkan su 3/4 stəkan bal == Hazırlanma qaydası == İlk olaraq sobanı 170 dərəcə üstünə qoyun. Püstəni və qozu bir əl dəyirmanı ilə döyün. Püstənin bir miqdarın8 paxlava üzünün bəzədilməsi üçün ayırın və qalanını qoz, darçın, hil və şəkərlə qarışdırıb və ayrı bir qabda saxlayın. Yağlamağı asanlaşdırmaq üçün yağı çox incə bir temperaturda bir az əridin. Uyğun bir qabın içini kərə yağı və bir fırça ilə bir az yağlayın. Bir qat xəmir çıxarıb və qabıın içini düzləşdirin və xəmiri kərə yağı ilə yağlayın. Qabın içinə bir qat xəmir səpib və üzərinə kərə yağı çəkin. Xəmirin üstündəki Püstə, qoz, darçın və hil ilə eyni maddələri qarışdırıb və üzərinə başqa bir xəmir qoyub xəmiri yenidən yağlayın. Başqa bir xəmir qatını qoyub və yenidən yağlayın.
Şəki paxlavası
Şəki halvası və ya Şəki paxlavası — Azərbaycan Respublikasının Şəki rayonuna xas şirniyyat məhsulu. Tərkibi düyü unu, su, fındıq və ya qoz, şəkər tozu və keşniş toxumundan ibarət olur.

Значение слова в других словарях

го́рбиться дельтапла́н змееви́к зо́льник ма́личный ополче́нский плоди́ться эргономи́ческий зали́ться соловьём зарыча́ть заслы́шаться коротко отсигна́лить подпи́сывать проме́тий теплоёмкий банкир подвойский chili Long Island offward precede tail off окосить царапаться