ŞOĞƏRİB

is.sif. dan. Xoşagəlməz bir şey haqqında yüngül söyüş.
[Səfər:] Şoğərib [qənd] o qədər ağırdır ki, çiynimi lap üzüb. C.Cabbarlı.
[Xavərnisə:] Ağlamayıram, soğan şoğəribin acısıdır ki, gözlərim yaşarmışdır. T.Ş.Simurq.
[Hacı:] Görürsənmi, şoğərib adamı necə danışdırır.
İndi bir az da içsə, lap müctəhid olacaq. B.Talıblı.
◊ Şoğəribə qalsın! (qalaydı!) – “yiyəsiz qalsın” mənasında qarğış ifadəsi.
Kəblə Novruzqulu səsdən təngə gəlib: – Ə… ə… köpək oğlunun malları, şoğəribə qalasınız, xeyrata kəsiləsiniz, – deyə mırıldanırdı. H.Sarabski.
[Bəhlul:] Köhnələr demişkən, kaş təzə geyimim şoğəribə qalaydı. B.Bayramov.

ŞOFERLİK
ŞOK

Значение слова в других словарях

выта́птывать зачиха́ть кура́ж макиавелли́ст подо работёнка разраста́ние ре́йверский сползти́сь тряпи́чница фильтрацио́нный беспоря́дочно бетони́рование двудо́льный проникнове́нный расшнуро́вывание спеси́виться хамелео́н сукно equivocality gold harrumph technicalist пёсик постричься