UCALTMAQ

f.
1. Yüksəltmək, daha uca etmək, qaldırmaq, getdikcə hündürlüyünü artırmaq (bina və s. haqqında).
Yeni binaları ucaltmazdan əvvəl köhnə evləri sökmək lazım idi. H.Seyidbəyli.

2. məc. İctimai mövqeyini, əhəmiyyətini, nüfuzunu, hörmətini artırmaq, yüksəltmək. Alicənab hərəkəti cəmiyyətin nəzərində onu xeyli ucaltmışdır.
– Meydana buraxdığın böylə şah əsərlərlə; Ucaldırsan ölkəmin şöhrətini, şanını. M.Müşfiq.

3. Gücləndirmək, yuxarı qaldırmaq, zilləşdirmək (səs haqqında).
Məmmədhəsən əmi oğluna yalvardıqca oğlan səsini ucaldırdı. C.Məmmədquluzadə.
Salman kişi səsini getgedə ucaldırdı. Mir Cəlal.

Синонимы

  • UCALTMAQ UCALTMAQ Köhnə il, tarixin yolunda bizi; bir pillə, bir boy ucaltdı (R.Rza); YÜKSƏLTMƏK Vətən sevgisi, xalq məhəbbəti, övlad eşqi, qızğın ürək çırpınt
UCALTMA
UCAMƏRTƏBƏLİ

Значение слова в других словарях

акти́вно вепс вцепля́ться изжёвывать кинофици́роваться кофеи́шко лилипу́тский оха́живать плыть пока́чивать примола́чиваться раскро́йщик сосуно́к эсэ́совский неспряга́емый остри́чь семак deism fenestrate jam Len slag виллис мелодекламация хвоя