1. Çağırma, səsləmə; çağırma səsi.
[Qəhrəman] dayanıb bu çağırış səsini dinləyirdi.
Şahpəri altdanüstdən geyinib Daşdəmirin çağırışına getdi.
2. Bir rəhbər ideyanı, siyasi tələbi qısa şəkildə ifadə edən müraciət; şüar.
[Nizami:] …Qızıl Arslanın çağırışına birinci növbədə mən səs verirəm.
3. Bir iş görmək, vəzifəsini yerinə yetirmək üçün tələb və ya xahişlə bir yerə gəlmə.
[Həsən ağanın] oğlu anasının çağırışını dərhal başa düşdü və yapıncılı-çuxalı eyvana çıxdı.
4. bax çağırış vərəqəsi.
Ağabala hələ indiyə qədər çağırış almamışdı.
□ Çağırış vərəqəsi – bir yerə çağırılmaq haqqında qısa yazılı məlumat, çağırış. Məhkəmədən çağırış vərəqəsi almaq.
– Birdən Gəray çağırış vərəqəsini masanın üstə qoyub dilləndi.