DABBAĞXANA

is. [ ər. dəbbağ və fars. …xanə] Xam dərilərdən aşılama yolu ilə gön və meşin hazırlanan karxana, emalatxana.
Qadın dabbağxana dərəsi məhəlləsinə dönərkən Fəxrəddin onu səslədi… M.S.Ordubadi.
Sərdar Təbrizin məşhur dabbağxanaları yerləşən səmtə doğru yönəldi. P.Makulu.

◊ Dabbağxanada gönünü tanımaq (gönünə bələd olmaq) – bax dabbağda gönünə bələd olmaq (“dabbağ”da).
Mən onun dabbağxanada gönünü tanıyıram. A.Şaiq.

DABBAĞ
DABBAĞLIQ

Значение слова в других словарях

брето́нец ВИП зазу́бривать кут отлёживать попечи́тельный проника́ющий проявля́ться самопи́сец обби́ться обогаща́ть створи́ться тири́сторный трассови́к шалет advert core tool cupel grass-beef kitchen department milker monosyllabism unreflecting отчитать посвистеть