is. 1. Yeyilən və ya içilən şeyin acılıq, şirinlik, turşluq, duzluluq, şitlik və s. cəhətdən hiss olunan xüsusiyyəti; tam.
Kür suyunun dadı nə acıdır, nə şordur, nə turşdur, … nə iylidir. C.Məmmədquluzadə.
□ Dad orqanı (üzvü) anat. – dilin səthində olan və dadı müəyyənləşdirməyə xidmət edən sinir ucları.
Dadına baxmaq –
1) yeyilən və ya içilən şeyin dadını bilmək üçün ondan bir az yemək, ya içmək;
2) az yemək.
2. məc. Ləzzət, nəşə.
Ad mənim, yar özgənin; Neylərəm mən bu dadı. Sarı Aşıq.
[Qacar:] Deyirlər şirindir busənin dadı; O da kor bəxtimə qismət olmadı. S.Vurğun.
□ Dad almaq – ləzzət almaq. Bu yeməkdən heç bir dad almadım.
– Ol şuxə ki can olurdu Fərhad; Şirin dodağından aldı yüz dad. Xətayi.
Qoy başını sinəsinə, bir dad al; Qoy babalın boynuma, get, arvad al. M.Ə.Sabir.
Dad vermək – ləzzət vermək, nəşə vermək, xoşa gəlmək.
Bahar nə xoş gəlir, ruha dad verir; Xəyala, duyğuya qol-qanad verir. S.Vurğun.
Yeni xəbərlər, xüsusən müsamirə qızlara dad verirdi. Ə.Vəliyev.
Dada gətirmək – dadlı etmək, ləzzətli etmək; dadlandırmaq.
Dadı damaqda qalmaq, dadı damaqdan getməmək – unudulmayacaq qədər ləzzətli şey haqqında.
…İştaham yox idi, gör xörəyin necə dadlıdır ki, hamısını yedim, hələ bir dadı damağımda da qaldı. M.Hüseyn.
// Heç unutmamaq, yadda saxlamaq.
[Hacı Səmsam:] …İndi sizə elə bir aş içirdim ki, ölənə kimi dadı damağınızdan getməsin. P.Makulu.