Толковый словарь азербайджанских мужских имен.

Всего статей – 6895, статей на «Ç» – 45
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
ÇA ÇE ÇI ÇO ÇU ÇÖ Çİ ÇƏ
 
ÇAĞDAŞ
müasir, həməsr; eyni vaxtda yaşayan.
ÇAĞXAN
zamanın xanı, müasir xan.
ÇAĞLARXAN
çağlayan xan, şəlaləyə bənzər xan.
ÇAĞRI
şahin, qızılquş, tərlan; çağırış, müraciət.
ÇAĞRIBƏY
sarayda rütbə və dərəcə.
ÇAĞRITƏKİN
şahin, tərlan kimi təkin (xanın varisi).
ÇAXMUR
xəsis, əliaçıq olmayan; ehtiyatlı olan.
ÇAĞMUR
xəsis, əliaçıq olmayan; ehtiyatlı olan.
ÇAKAR
qala divarı, xarici qala; ildırım, şimşək; qədim türk tayfalarından birinin adı.
ÇAKƏR
qala divarı, xarici qala; ildırım, şimşək; qədim türk tayfalarından birinin adı.
ÇALAN
döyüşdə çalan, çapan, düşmənə aman verməyən; igid, qəhrəman.
ÇALI
döyüşdə çalan, çapan, düşmənə aman verməyən; igid, qəhrəman.
ÇAPAR
qasid; atla namə daşıyan poçtalyon.
ÇAPAY
qədim “Cab” (məşhur, tanınmış, şöhrətli; müdrik) və “Ay” sözlərindən yaranmışdır (Çapayev soy adının əsasında bu ad durur).
ÇAVUŞ
yol göstərən, karvan başçısı, karvana yol göstərən.
ÇAYAN
çoxayaqlılar sinfindən kiçik zəhərli həşərat; əqrəb; igid, düşmənə aman verməyən.
ÇAYANBƏY
çayan kimi bəy, əqrəb kimi bəy; igid, qoçaq bəy.
ÇAYANXAN
çayan kimi xan, əqrəb kimi xan; igid, qoçaq xan (İgidliyinə görə Ş.İ.Xətayinin verdiyi fəxri ad).
ÇAYLAR
"çay" sözünün cəmi, bir neçə çay.
ÇEVİK
cəld, zirək, diribaş, qıvraq, güclü, bacarıqlı.
ÇEVİKƏR
zirək, qoçaq bacarıqlı adam; igid, qəhrəman.
ÇEVİKXAN
zirək, qoçaq xan, qəhrəman xan.
ÇƏLƏBİ
Allaha məxsus olan, Allah adamı, Allah bəndəsi; bilici; ədəbli; xeyirxah; cənab.
ÇƏRKƏZ
Qədim türk dilində “çərgəs”, “çərkəslik” qənaət, qənaət etmək, əmələ gətirmək, cərgəyə düzülmək mənalarında işlənmişdir; osetincə qartal; Qaraçay-Çərkəz MV-də kiçik xalqlardan biri.
ÇILĞIN
tez əsəbiləşən, tez özündən çıxan. Bax: Coşqun.
ÇIRAQ
hər cür işıqlandırıcı cihaz (qaraçıraq, lampa, fənər).
ÇIRAQƏDDİN
dinin çırağı, dinin işığı, dinin lampası.
ÇIRAQƏLİ
Əli çırağı, Əli işığı; Əli övladı.
ÇIRAQALI
Əli çırağı, Əli işığı; Əli övladı.
ÇİLİNGƏR
əllə metaldan müxtəlif şeylər qayıran, quraşdıran və ya təmir edən usta.