Толковый словарь азербайджанских мужских имен.

Всего статей – 6895, статей на «A» – 504
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AG AH AK AL AM AN AP AQ AR AS AT AV AX AY AZ
 
ABDIXAN
"Abdı xan" adındandır.
AVDIXAN
"Abdı xan" adındandır.
ABDİL
könül suyu, ürək yaşı; bax: Əbdül.
ABDİN
"Zeynalabdin" adının ixtisar forması; "Abidlərin zinəti" deməkdir.
ABDUL
"Abdulla" adının qısaldılmış forması.
ABDULBAĞI
Əbədinin Allahın qulu.
ABDULBAQİ
Əbədinin Allahın qulu.
ABDULCƏLİL
Allahın qulu (bax: Allahqulu).
ABDULƏHƏD
Allahın qulu (bax: Allahqulu).
ABDULLA
Allahın qulu (Məhəmməd peyğəmbərin atasının adı).
ABDULLAH
Allahın qulu (Məhəmməd peyğəmbərin atasının adı).
ABDULŞİR
Allahın qulu olan şir.
ABEL
külək əsməsi; fanilik; yalan.
ABI
"böyük qardaş" mənasında olan "ağabəy" (Onun ata, baba, əcdad kimi mənaları da vardır) sözünün qısaldılmış forması olan "abi" həm də müasir Türkiyədə özündən böyüklərə müraciət forması kimi işlənir: Sefik abi (Türkcə-rusca sözlük. M., 1977. səh. 20). Bəlkə də, ərəb ad sistemində geniş istifadə olunan və şəxsin oğul adı ilə adlanmasını göstərən "abu", "əbu" (ata, sahib) künyəsi isə "abi" sözünün ərəbləşmiş formasıdır. Azərbaycan ədəbi dilinin dialektlərində uşağa "bəbə", "əbə", uşaq doğuzduran qadına isə "mama, mamaçı, əbəçi" də deyilir.
ABİ

ABU

ABIŞ
"Abı" adının əzizləmə forması.
ABUŞ
"Abı" adının əzizləmə forması.
ABİD
ibadətlə məşğul olan.
ABİT
ibadətlə məşğul olan.
ABİDİN
ibadət edənlər, ibadətlə məşğul olanlar.
ABİDDİN
ibadət edənlər, ibadətlə məşğul olanlar.
ABİL
(kiminsə) atası. Bax: Əbil.
ABQƏDİR
"Abdulqədir" adının ixtisar variantıdır. "Allahqulu" kimi başa düşülür.
ABLI
«ab» (su) sözündən və -lı şəkilçisindən düzəlmiş, «sulu», «canlı», «canısulu» mənasındadır.
ABSALAM
"Abdussalam" adının təhrif olunmuş variantıdır. " Allahqulu" mənasına uyğundur; sülhün-əminamanlığın Allahın qulu.
ABUSALAM

ABSALAT
a)namaz; b) dini mərasimlərdə oxunan münəcat; c) Məhəmməd peyğəmbərin adı çəkiləndə salavat çevirmək, dua eləmək; ç) dəstəmaz suyu; ata duası.
ABUSALAT

ABTALIB
Talıbın atası.