Толковый словарь азербайджанских мужских имен.

Всего статей – 6895, статей на «AB» – 65
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AG AH AK AL AM AN AP AQ AR AS AT AV AX AY AZ
 
ABA
müxtəlif türk dillərində ana, bacı, əmi, ata mənalarında işlənir. Bunu ərəbcə «əb»in cəmi kimi də izah edirlər. Bəzi rayonlarda «ata»ya müraciət forması kimi də işlənir. «Səliqə-sahmanlı, mədəni, arzu edilən» kimi mənaları da vardır.
ABAXAN
ata xan, əmi xan, böyük xan. Bunu «güclü axan, sürətli axan» kimi də izah edirlər.
ABAKAR
tarla və bostanları quş və heyvanlardan qorumaq üçün qoyulan insan müqəvvası; əba tikən və satan şəxs.
ABAKƏR
tarla və bostanları quş və heyvanlardan qorumaq üçün qoyulan insan müqəvvası; əba tikən və satan şəxs.
ABAÇI
tarla və bostanları quş və heyvanlardan qorumaq üçün qoyulan insan müqəvvası; əba tikən və satan şəxs.
ABAQA
aba və ağa sözlərindən yaranmış, əmi ağa, hörmətli dost deməkdir. «Kətan lifi» mənası da vardır. Elxani hökmdarı Hülakinin oğlu da Abaqa xan (1234-1282) adlanırdı.
ABAS
qaraqabaq, ciddi; qəzəbli, acıqlı.
ABBAS
qaraqabaq, ciddi; qəzəbli, acıqlı.
ABASAĞA
bax: Abbas və Ağa.
ABBASAĞA
bax: Abbas və Ağa.
ABASALI
bax: Abbas və Əli.
ABASƏLİ
bax: Abbas və Əli.
ABBASALI
bax: Abbas və Əli.
ABBASƏLİ
bax: Abbas və Əli.
ABASƏT
ataların üzü, sifəti; abbasilərdən.
ABİSƏT
ataların üzü, sifəti; abbasilərdən.
ABSƏT
ataların üzü, sifəti; abbasilərdən.
ABASQULU
Allahın qulu Abbas.
ABBASQULU
Allahın qulu Abbas.
ABASMİRZƏ
bax: Abbas və Mirzə.
ABBASMİRZƏ
bax: Abbas və Mirzə.
ABBASŞƏRİF
bax: Abbas və Şərif.
ABAY
ata, baba, dədə; diqqət, diqqətli, həssas.
ABDAL
Anadolu və Əfqanıstanda yaşayan türk tayfalarından biri; bilikli, qanacaqlı.
ABDALBƏY
bilikli, qanacaqlı bəy; tayfa başçısı.
ABDAR
sulu; parlaq; dadlı, ləzzətli; sandıq, yeşik.
ABDI
"Əbd" və "Allah" sözlərindən və ya Allahın epitetlərindən ("Əsmayi Hüsna”dan) ibarət olub "Allahın qulu", "Allahın bəndəsi" mənasını verən Abdulla, Abdulcəlil, Abduləhəd kimi adların ümumi ixtisar variantıdır. "Allahqulu, Qulu" kimi başa düşülməlidir; əbədi, sonsuz.
ABDIBƏY
"Abdı bəy" adındandır.
ABDIXAN
"Abdı xan" adındandır.
ABDİL
könül suyu, ürək yaşı; bax: Əbdül.