Толковый словарь азербайджанских мужских имен.

Всего статей – 6895, статей на «AR» – 30
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AG AH AK AL AM AN AP AQ AR AS AT AV AX AY AZ
 
ARABİL
ara düzəldən, barışdıran; kəşfiyyatla məşğul olan.
ARABUL
ara düzəldən, barışdıran; kəşfiyyatla məşğul olan.
ARAL
ada; Asiyada yerləşən eyni adlı dənizin adındandır.
ARAN
düz yer; təmkinlik, ağırlıq; eyni adlı ərazi adındandır.
ARARAT
dağ adı: Ağrıdağ, Əyridağ, Kamal dağı, Nuh dağı da adlanır.
ARAT
səpindən qabaq torpağın şumlanması; ərlər, hərbçilər; qorxmaz.
ARAZ
ər, igid azlar (tayfa adı); su, çay; bağlı olan çay. " Araz" çayının adındandır.
ARAZALI
Araz kimi coşqun Əli.
ARAZƏLİ
Araz kimi coşqun Əli.
ARBAK
ər, igid bəy; qəhrəman bəy; böyük qəhrəman.
ARGUN
zəhmət, əmək, zəhmətli gün.
ARIMAN
saf, təmiz, sağlam, düzgün adam.
ARISOY
təmiz əsilli, sağlam nəsilli, əsli olan.
ARİF
başadüşən, biləgən; xəbərdar.
ARİFƏ
başadüşən, biləgən; xəbərdar.
ARİZ
təbii olmayan, sonradan əmələ gələn; yanaq; şikayətçi, ərizəçi.
ARİZƏ
təbii olmayan, sonradan əmələ gələn; yanaq; şikayətçi, ərizəçi.
ARQUN
təmiz, təmizlənmiş, seçilmiş; çoxlu; qaçağan at.
ARMAN
igid, qoçaq, qürurlu, bacarıqlı adam; istək, həvəs, arzu.
ARMAĞAN
hədiyyə, peşkəş, sovqat.
ARSAQ
igid saq, ər saq; kişi, mərd; Albaniyada vilayət adı.
ARŞAQ
igid saq, ər saq; kişi, mərd; Albaniyada vilayət adı.
ARSLAN
aslan; qədim türklərdə totem və titul.
ARTUN
q.t. dillərində «artan, çoxalan» mənasıda olan bitki (zirə) adındanddır.
ARTUR
bax: Ərtur.
ARUZ
ər uz, igid oğuz; q.t. tayfalarından biri; böyük; təcrübəli adam.
ARUZƏ
ər uz, igid oğuz; q.t. tayfalarından biri; böyük; təcrübəli adam.
ARUZXAN
ər asların xanı; işıqlı xan; döyüşkən xan.
ARZUM
mənim arzum; arzu ilə həyata gələn.
ARZUMAN
arzu edən, arzulu, niyyətli; tez anlayan.