Толковый словарь азербайджанских мужских имен.

Всего статей – 6895, статей на «D» – 185
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
DA DE DI DO DU
 
DADAŞ
ata və böyük qardaşa verilən ad.
DADAŞAĞA
bax: Dadaş və Ağa; bax: Ağadadaş
DADAŞALI
bax: Dadaş və Əli; böyük Əli.
DADAŞƏLİ
bax: Dadaş və Əli; böyük Əli.
DADAŞBALA
böyük bala.
DADAŞCAN
qardaş ruhlu; qardaş kimi; hörmətli adam.
DADAŞXAN
bax: Dadaş və Xan; böyük qardaş kimi Xan.
DADBƏXŞ
ədalətli, insaflı, mərifətli, əltutan.
DADRƏS
imdada yetişən, köməkçi,arxa, himayəçi.
DAĞBƏY
dağ kimi bəy; dağın bəyi, dağın böyüyü.
DAĞBƏYİ
yaylaqlarda inzibati işləri idarə edən məmur.
DAĞXAN
dağ kimi xan; dağın xanı, dağın böyüyü.
DAĞISTAN
dağlıq yer, dağlar ölkəsi, Dağıstan MR-nın adı.
DAĞLAR
bir neçə dağ, dağ silsiləsi; ucalıq, yüksəklik, əzəmətlik.
DAĞLARÇA
dağlar kimi, dağlar qədər.
DAĞTƏKİN
dağ kimi, dağ təki; dağın varisi.
DAĞYUNİS
“dağ” və “Yunis” sözlərindən düzəlmişdir. Dini əfsanəyə görə, o, 200-251-ci illərdə Roma imperatoru olmuşdur. Onun zülmündən altı vəzir, bir çoban və it dağlarda bir mağaraya çəkilirlər. 309 il yatırlar. Ayılanda ciblərindəki pulları xərcləyə bilmirlər... Onlar yenidən yuxuya gedirlər.
DAXIL
himayə axtaran, kömək istəyən.
DƏXİL
himayə axtaran, kömək istəyən.
DALĞIC
dənizin dibindən mərcan, inci çıxaran; suyun dibində işləyə bilən işçi.
DALĞIN
çox fikirli, xəyala dalmış.
DALKILIÇ
qınsız qılınc, qılıncı qınsız olan; qılıncını sivirmiş adam.
DALQILIC
qınsız qılınc, qılıncı qınsız olan; qılıncını sivirmiş adam.
DALQILINC
qınsız qılınc, qılıncı qınsız olan; qılıncını sivirmiş adam.
DAMAD
qızın əri, kürəkən; yun. əkin bağı, dərz.
DAMƏD
qızın əri, kürəkən; yun. əkin bağı, dərz.
DAMƏT
qızın əri, kürəkən; yun. əkin bağı, dərz.
DAMANƏLİ
Əlinin yardımı; Əlinin ətəyi.
DAMANALI
Əlinin yardımı; Əlinin ətəyi.
DAMƏDDİN
dinin gül dəstəsi, dinin çiçək dəstəsi.