Толковый словарь азербайджанских мужских имен.

Всего статей – 6895, статей на «E» – 208
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
ED EF EH EL EM ER ES ET EY
 
EDİL
İtil, Ədil (Volqa) çayının adından yayılmışdır.
EFİQ
bax: Afiq.
EFSİR
Esfir (bax) adının dəyişdirilmiş forması.
EFSİRƏ
Esfir (bax) adının dəyişdirilmiş forması.
EHKAM
hər hansı bir nəzəriyyənin əsas və dəyişilməz qanunu. (“Hökm” sözünün cəmi).
EHRAM
qədim Misirdə fironların tikdirdiyi nəhəng piramidalar.
EHSAN
yaxşılıq etmə, bağışlama, bəxşiş.
EHTİMAL
bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü.
EHTİRAM
hörmət, sayqı.
EHTİRAMƏ
hörmət, sayqı.
EHTİŞAM
təmtəraq, dəbdəbə, cəlal, əzəmət.
EHTİYAT
gələcək üçün saxlanmış şey; tədarük. Extiyar bax: İxtiyar.
ELARİZ
«el» və «ariz» (üz, yanaq, sifət) sözlərindən düzəlmiş «elin üzü, xalqın şikayətini, dərdini bildirən, xalqın dərdini bəyan edən» deməkdir.
ELARSLAN
elin, obanın aslanı, igidi, cəngavəri.
ELAY
elin Ayı; elin Aya bənzər övladı.
ELAYƏ
elin Ayı; elin Aya bənzər övladı.
ELBAR
elin barı, xalqın meyvəsi; elin övladı.
ELBARİZ
elin açıqlığı, aşkarlığı.
ELBARS
elin, obanın, yurdun pələngi; qəhrəman.
ELBASAN
döyüşlərdə ellər alan, qalib gələn.
ELBAŞI
elə, obaya başçılıq edən, eli idarə edən şəxs.
ELBƏKÇİ
eli qoruyan, eli müdafiə edən.
ELBƏY
elin bəyi, elin böyüyü; elin başçısı.
ELBƏYİ
elin bəyi, elin böyüyü; elin başçısı.
ELBİR
bir eldən olan, həmyerli.
ELBRUS
yalı buz olan (Qafqaz dağlarındakı zirvə adından yayılmışdır).
ELBURUS
parlaq, bərq vuran (İranın şimalındakı Elburs dağının adındandır).
ELCAN
elin canı, elin qəlbi; elini sevən.
ELCANƏ
elin canı, elin qəlbi; elini sevən.
ELCANLI
elini sevən, elinə-yurduna bağlı olan.