ABİDDİN
ABİL
OBASTAN VİKİ
Abidin Dino
Abidin Dino (d. 23 mart 1913, Konstantinopol, Osmanlı imperiyası – 7 dekabr 1993, Paris) — rəssam, yazıçı və siyasətçi. == Həyatı == Abidin Dino 1913-cü ildə İstanbulda doğulub. Uzun müddət xaricdə yaşayan Abidin paralel olaraq yazıçı və siyasətçi kimi də tanınırdı. Birinci Dünya müharibəsi başlayan zaman Avropada səyahətdə olan Abidinin ailəsi Cenevrə şəhərinə gedir. Sənətsevər bir ailənin və çevrənin içində böyüyən rəssamın sənətə olan həvəsi erkən yaşlarında başlamışdı. Ailəsi ilə bir müddət Fransada yaşadıqdan sonra 1925-ci ildə İstanbula qayıdan Dino Robert Kollecinə qəbul olur. Amma dərs oxumağa o qədər də həvəsli deyildi. Belə ki, rəsm, karikatura çəkməyə dərslərindən daha çox vaxt ayırırdı. Get-gedə oxumağı ataraq karikatura və rəsmlərinin sayını artırır və ədəbiyyatla dərindən məşğul olur.
Abidin Ünal
Abidin Ünal (1953, Pınarbaşı, Kayseri ili) – türkiyəli hərbçi, köhnə Türk Hava Qüvvələri komandanı. == Həyatı == İbtidai məktəbi Qazancıq ibtidai məktəbində, orta məktəbi Pınarbaşı məktəbində və Qarabük Dəmir-Polad məktəbində tamamlamyan Ünal 1968-ci ildə qatıldığı Ankara Kimya Texniki Məktəbindən 1972-ci ildə məzun olmuş və eyni il Hava Hərb Məktəbinə girmişdir. == Hərbi karyerası == 30 avqust 1975-ci ildə Hava Hərb Mktəbindən leytenant rütbəsi ilə məzun oldu və sırasıyla II Ana Təyyarə Qərərgah Komandanlığı Uçuş Təhsil Mərkəz Komandanlığına və III Əsas Təyyarə Qərərgah Komandanlığı komandnalığına, uçuş və hərbi hazırlıq təhsilini tamamladıqdan sonra iyul 1977-ci ildə III Əsas Təyyarə Qərərgah Komandanlığı, 131-ci Eskadrilya komandanlığına təlimçi pilot olaraq təyin eidlmişdir. 1982-ci ildə qatıldığı Hava Hərb Akadmeiyasından 1984-cü ildə məzun oldu və Hava Hərb Məktəbi Kursant Alayına bölük komandanı kimi təyin edildi. 1987-ci ildə ilk F-16-ı ilə birlikdə həərkat icra zabiti və təlimçi pilot olaraq, 1989-cu ildə 142-ci Eskadrilya komandanlığına F-16 komandiri olaraq xidmət etdi. 1990-cı ildə MSB-16 Sistem İdarə Dairə Başqanlığında layihə zabiti olaraq xidmət etdi. 1991-ci ildə 162-ci Eskadrilya komandanlığı F-16 həərkat zabiti olaraq xidmət etdi. 1992-ci ildə bir il müddətlə İngiltərə Kraliyyət Hava Hərb Akademiyasına qatıldı. 1993-cü ildə 192-ci Eskadrilyta komandanlığının F-16 komandanlığı vəzifəsini qəbul etdi. === 1994–2002 === 1994-cü ildə Baş Qərərgah Plan və Prinsiplər Başqanlığı Silahsızlanma və Beynəlxalq Əlaqələr şpbəsində layihə zabiti olaraq çalışdı və 1995-ci ildə Vyanadakı AGİT Türkiyə Daimi Təmsilçiliyi Hərbi müşavirliyinə təyin edilid.
İbn Abidin
Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (İbn Abidin) (d. 1198/1784 – ö. 1252/1836) - Osmanlı imperiyasının son dövrlərində yaşamış ən görkəmli müsəlman fəqihlərindən biri. == Həyatı == 1198 (1784)-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, hənəfi məzhəbinin mənsublarından olmuş, da doğulub orada yaşamışdır. Tam adı Səid Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əzizdir. Həzrəti Hüseynin (ə) nəslindən olub atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zühd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Səid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi ve Babüssəğir qəbristanlığında dəfn edildi.
İmam Zeynül-Abidin
Əli ibn Hüseyn (4 yanvar 659, Mədinə – 20 oktyabr 713, 714 və ya 750, Mədinə, Hicaz, Əməvilər xilafəti) — şiələrin dördüncü imamı. Şiələr arasında daha çox Səccad və Zeyn al-Abidin kimi tanınır. İslam qaynaqlarına və şiə tarixçilərinə görə, Mədinədə doğulmuş və gəncliyində atasını Kərbəla çölündə müşayiət etmiş, lakin xəstəlik səbəbiylə Kərbəla döyüşündə iştirak etməmiş və bu səbəbdən qırğından sağ çıxmışdır. Atasının və yaxınlarının Kərbəlada şəhid olmasından sonra tutuldu və əvvəlcə Kufəyə, sonra isə Şama köçürüldü. Zeyn əl-Abidinin təlimləri əsasən dua şəklində idi. Məşhur əsəri dua şəklində yazılmış Səhifeyi Səccadiyyədir. Ayrıca Risalə əl-Hüquq onun digər əsərlərindən biridir. Əli ibni əl-Hüseyn Hicaz ağsaqqalları və alimləri arasında yüksək mövqe tuturdu. Fərəzdağın dediyi məşhur şeiri bu vəziyyətin bariz nümunəsidir. Şiə rəvayətlərinə görə, Zeyn əl-Abidin Vəlid ibn Əbdülməlik zəhəri ilə öldü və əmisi Həsən ibn Əli ilə birlikdə Bəqi qəbiristanlığında dəfn edildi.
анархи́ческий вма́зка наво́дчица нонконформи́ст пропа́дший тесли́чка углуби́ть фильмоско́п единовла́стно заслу́шивать нечётко подмыва́ние разгиба́ться расседа́ться хи́трый реут canonicity established film library kick down догматический запрещаться зачаровывать пепельница семейство