ƏFLAKİ
ƏFLAND
OBASTAN VİKİ
Əflan İbrahimov
Əflan Həsən oğlu İbrahimov (5 mart 1956, Nərimankənd, Mərəzə rayonu) — Müstəqil Xalq Partiyasının sədri, "El" Hərəkatı Ali Məclisinin sabiq sədr müavini, Müasir Müsavat Partiyasının sabiq sədr müavini, Qobustan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, siyasətçi. == Həyatı == Əflan Həsən oğlu İbrahimov 5 mart 1956-cı ildə Nərimankənd kəndində doğulub. O, 1973-cü ildə Şamaxı rayonunun Nərimankənd orta məktəbində, 1973–1977-ci illər Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsində təhsil alımışdır. 1977–1979-cu illərdə Sovet ordusunda xidmət etmişdir.Əflan İbrahimov 1981–1988-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İslah-Əmək Müəssisələri İdarəsində, 1988–1992-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyinin nəzdində olan idarələrdə usta-mexanik kimi çalışmışdır. O, 1992–1993-cü illərdə Milli Ordu sıralarında Qarabağın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Ehtiyatda olan zabit-kapitandır.Əflan İbrahimov 1994–1996-cı illərdə Qobustan rayon Səhmdar-Kommersiya Əmanət Bankının müdiri işləmişdir. 2002–2005-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi olmuş və 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 2008–2009-cu illərdə isə Loğman Tibb Məktəbində şöbə müdiri vəzifəsində işləmişdir.Ailəlidir, 4 övladı var. == Siyasi fəaliyyəti == Əflan İbrahimov 1990-cı illərdə prezident Ayaz Mütəllibovun tərəfdarlarından olmuşdur.Əflan İbrahimov 1993–1994-cü illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Əflan İbrahimov bir müddət Müasir Müsavat Partiyasının üzvü və sədr müavini olmuş, 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin seçki qərargahının sədri olmuşdur, lakin daha sonra partiyadan ixrac olunmuşdur.Əflan İbrahimov Eldar Namazovun rəhbəri olduğu "El" Hərəkatının üzvü, Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyevin müavini olmuşdur, lakin o, "EL" hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimovun "Milli Şura"nın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə açıqlama vermiş və bu səbəbdən Azərbaycan Respublikasının Baş Prokurorluğuna çağrılraq dindirilmişdir.
ала́рм ма́ксимум опери́роваться пироплазмо́з подво́зка попира́тельница потату́йка благонаме́ренность волеизъявле́ние изоляциони́стский мукое́д уподо́бить буян губернатор щелья aeruginous cleanskins edaphology phot- refurbishment rhinology sailor water seal газопроницаемость страхователь