AĞAMƏT
AĞAMİR
OBASTAN VİKİ
Abbas Ağamirov
Abbas Fərhad oğlu Ağamirov (15 iyul 1911 - 5 mart 1969) — Azərbaycan idmançısı, boksçu, SSRİ-nin əməkdar idman ustası (1943), əməkdar musiqiçi (1957), beynəlxalq dərəcəli (1958) hakim, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi (1964). == Həyatı == Abbas Ağamirov 15 iyul 1911-ci ildə Tiflis şəhərində anadan olmuşdu. 1935-ci ildə Zaqafqaziya Bədən Tərbiyəsi İnstitutunu bitirmişdi. Boks üzrə (yarım yüngül çəkidə) dəfələrlə Azərbaycan çempionu olmuşdu. (1925-1941). Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun boks, güləşmə və ağır atletika kafedrasında işləmişdi. (1951-1969). Abbas Ağamirov "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdi. Abbas Ağamirov 5 mart 1969-cu ildə Bakı şəhərində vəfat edib.
Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi
Hacı Əbdülkərim 1868-ci ildə Badikubənin Maştağa kəndində Hacı Əhməd bin Abbas bin Ağamirzə bin Şeyx İbrahim adlı bir şəxsin ailəsində dünyaya göz açmışdır. Onun əsil adı Ağamirzədir. Xorasana təhsil almağa gedərkən rus hökuməti sənəd vermədiyindən Əbdülkərim adlı bir şəxsin sənədləri ilə gedir və sonralar bu ad ilə də məşhur olur. Hacı Əbdülkərimin həyatı çox keşməkeşli olmuşdur. O, dünyaya gələndə birinin 27, digərinin isə 30 yaşı olan iki ögey qardaşı var idi. Kiçik yaşlarında onlardan olmazın əziyyətlər görmüşdü. Bunlardan başqa onun özündən 6 yaş böyük bir doğma qardaşı da var idi. 14 yaşında ikən atadan yetim qa-lan Ağamirzə doğma qardaşından da çox əziyyətlər görmüşdü. Qardaşı onun oxumağa olan böyük həvəsini nəzərə almadan maddi ehtiyaclarını aradan qaldırmaq üçün bağ-torpaq işlərilə məşğul olmağını tələb edərdi. Odur ki, Ağamirzə yaz aylarını işləyər, qışda hamı istirahət edəndə dərsə gedərdi.
Ağa Ağamirov
Ağa Musa oğlu Ağamirov- Vartaşen rayonu Partiya Komitəsinin birinci katibi Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, əsgəri xidmətini başa vurub, Ağdama qayıtmış, rayon partiya komitəsində, Gəncə Vilayət Partiya Komitəsində təlimatçı işləmiş, müxtəlif vaxtlarda iki dəfə Azərbaycan KP MK-da məhsul vəzifələrdə işləmiş, Bakıda partiya məktəbini bitirərək, yenidən Ağdam Rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə göndərilmişdi. O sonralar Zərdab Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, daha sonra Ucar Rayon Partiya Komitəsində birinci katib olmuşdu.Moskvada Ali Partiya Məktəbini bitirmişdi. 1963-cü ildən 1972-ci ilin may ayınadək Ağdam Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini işləmiş, nəhayət son iş yeri Ağdam Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi olmuşdur.
Ağamid Ağacəfərli
Ağamid Şirzaid oğlu Ağacəfərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamid Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olub. Ailədə 3 qardaş və 2 bacı olmaqla 7 nəfər olublar. Uşaqlıq illəri Lerik şəhərində keçib. Orta təhsilini Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində bərbər kimi fəaliyyət göstərmişdir. == Hərbi xidməti == Ağamid Ağacəfərli 2013-cü ilin yanvar ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Tərtər rayonunun "N" saylı hərbi hissəsinə göndərilib. Xidmət göstərdiyi dövrdə kəşfiyyatçı olub. 2015-ci ilin iyul ayında hərbi xidmətini başa vuraraq tərxis olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ağamid Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək, kəşfiyyatçı kimi müharibədə iştirak etmişdir.
Ağamir Ağayev
Ağamir Qüdrət oğlu Ağayev (14 iyul 1996, Biləsuvar rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamir Ağayev 14 iyul 1996-cı ildə Biləsuvar rayonunda yerləşən 2 saylı çadır şəhərciyində anadan olmuşdur. Əslən Füzuli rayonunun Şükürbəyli kəndindən idi. 2001-ci ildə həmin kəndə köçmüş, 2003–2014-cü illərdə kəndin tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Ağamir Ağayev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2016–2017-ci illərdə müddətdən artıq hərbi xidmət edən Ağamir Ağayev 2017-ci ildə ordudan tərxis olmuşdur. Sonra mülki fəaliyyətini davam etdirmişdir.Azərbaycan Ordusunun əsgəri olan Ağamir Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamir Ağayev 8 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ağamir Məmmədov
Məmmədov Ağamir Sadıq oğlu (1900, Yelizavetpol – 1938, Bakı) — tarixçi-alim, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi əməkdaşı, Azərbaycan Dövlət Universiteti əsaslı kitabxanasının direktoru, repressiya qurbanı. == Həyatı == 1937-ci il oktyabrın 14-də Azərbaycan SSR-in rəhbər orqanlarına imzasız məktub daxil olur. "Mən sizə əsl bir müsavatçı haqqında məlumat verməyi özümə borc bilirəm. Akademiyanın elmi işçisi, ADU-nun və APİ-nin müəllimi, xalq düşməni, professor Bala bəy Həsənbəyovun sağ əli, Kirovabad şəhərində anadan olmuş, Bakıda çoxdan yaşayan vətəndaş Ağamir Məmmədov, onun atası, əmisi oğlanları, bir sözlə, bütün məmmədovlar ailəsi Müsavat partiyasının üzvüdürlər. Həsənbəyovun bütün sirlərini Ağamir Məmmədovdan öyrənmək olar…". A.Məmmədov o dəqiqə həbs edilir. Böhtançı-iftiraçı istintaq maşını təcili hərəkətə gəlir. "Sübutlar" çoxdan hazırdır, "şahidlər" sanki qapı dalında gözləyirdilər. Biri deyir, "Ağamir Məmmədovun "Bəhai" və "İslam, yaxud panislamizm" kitablarında onun əksinqilabi görüşləri açıq-aydın görünür". Başqa birisi yazır ki, "Azərbaycanda kəndli üsyanı" adlı broşürasında A.Məmmədov çarizmə qarşı mübarizə aparan kəndlilərlə yanaşı bəy və xanları da mübariz kimi ideallaşdırır".
Ağamir Quliyev
Quliyev Ağamir Ağası oğlı – mətnşünas və şərqşünas alim, tarix elmləri doktoru. == Həyatı == 1926-cı ildə Lerik rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars şöbəsini bitirib. 1958-1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun “Mətnşünaslıq və mənbələri nəşretmə” şöbəsində, 1983-1993-cü illərdə isə Coğrafiya İnstitutunun “Coğrafi fikir tarixi” şöbəsində işləyib. 1966-1969-cu illərdə Əfqanistan, 1980-1983-cü illərdə İranda fəaliyyət göstərib. 1974-cü ildə namizədlik (Azərbaycanda), 1990-cı ildə doktorluq dissertasiyası (Gürcüstanda) müdafiə edib. Ömrünün 35 ilini elmi axtarışlara, tərcümə işinə və kadr hazırlığına həsr edən Ağamir Quliyev olduqca gərəkli və samballı tədqiqat işlərinin müəllifidir. Onun ötən əsrin 70-ci illərində apardığı bir araşdırma elm aləmində böyük əks-səda doğurmuş, yerli və xarici mətbuatda azərbaycanlı alimin böyük uğuru kimi qiymətləndirilmişdi. Söhbət böyük azərbaycanlı səyyah, etnoqraf, coğrafiyaşünas və ədib Hacı Zeynalabdin Şirvaninin məşhur “Riyazüs-səyahət” əsərinin o zamana qədər elmə məlum olmayan 2-ci cildinin tapılib üzə çıxarılmasından gedir. Təxminən 150 illik bir dövr ərzində bu istiqamətdə axtarış aparan və heç bir nəticə əldə edə bilməyən Qərb və Şərq alimləri, xüsusilə rus şərqşünasları və İran tədqiqatçıları bu əsərin itib-batması, yandırılması və ya ümumiyyətlə, mövcud olmaması barədə fərziyyələr irəli sürmüşdülər.
Ağamir Sultanov
Ağamir Əzizxan oğlu Sultanov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Raket və Artilleriya Qoşunlarının komandanı. Vətən müharibəsinin komandanlarından biri. == Hərbi xidməti == Leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti Heydər Əliyevin 20 iyun 1994-cü il tarixli 158 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2013-cü il tarixli 2974 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilmişdir.Polkovnik Ağamir Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.
Ağamir kəndi (Poldəşt)
Ağamir kəndi (fars. اقاميركندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (33 ailə). Etnik rəkibi qarışıqdır. Burada yerli şiə azərbaycanlılar və gəlmə kürdlər yaşayır.
Ağamirli
Ağamirli (Əhər)
Ağamirli (Kəleybər)
Ağamirli (fars. اقاميرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 349 nəfər yaşayır (71 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəleybar bölgəsinin Kərmadüz kəndistanında, Kəleybar qəsəbəsindən 31 km şimaldadır.
Ağamirli (Xudafərin)
Ağamirli (fars. اقاميرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (9 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəleybar bölgəsinin Həsənabad kəndistanında, Kəleybar qəsəbəsindən 29 km qərbdə, Əhər-Kəleybar avtomobil yolunun 29 kilometrliyindədir.
Ağamirli (Ərdəbil)
Ağamirli (fars. اقاميرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 684 nəfər yaşayır (114 ailə).
Ağamirovlar
Ağamirovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Mir Səbur ağadır. Mir Səbur ağanın Mir Fəseh ağa adlı oğlu vardı. Mir Fəseh ağanın Mir Fərzənd ağa, Seyid Əsəd ağa, Seyid Zeynalabdin ağa adlı oğullaprı vardı. Mir Fərzənd ağa Şuşa şəhərində doğulmuşdu. Mir Fərzənd ağanın Mir Əhməd ağa, Mir Mehdi ağa adlı oğulları vardı. Mir Əhməd ağa 1810-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Hacı Mir Əhməd ağa Pərzad xanım Hacı Əmiraslan bəy qızı ilə və Gövhər xanımla ailə qurmuşdu. Mir Möhsün ağa, Mir Rza ağa, Mir Əbutalıb ağa, Mir Hüseyn ağa, Mir Cəlal ağa, Seyid Yusif ağa, Seyid İsmayıl ağa, Mir Fəttah ağa, Mir Məhəmməd ağa adlı oğulları, Seyid Xanım xanım, seyid Səltənət xanım adlı qızları vardı. == Soyun məşhur nümayəndələri == Mir Möhsün Nəvvab — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim.
Ağamirzə
Ağamirzə (19 sentyabr 1962, Maştağa) — azərbaycanlı meyxanaçı. == Həyatı == Ağamirzə Məmmədov 1962-ci il noyabr ayının 29-da Bakıda dünyaya gəlmişdir. 7 yaşından meyxana sənətinə maraq göstərməyə başlamışdır. O, ilk təhsili dayısı meyxana ustadı Ağasəlim Çildağdan almışdır. Həyatda olduğu müddətdə özünə məzar qazdırdığı üçün dəfələrlə gündəmə gəlib. qız övladı var.
Ağamirzə Bəşirov
Ağamirzə Ənvər oğlu Bəşirov (9 may 1954, Salyan rayonu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Şərqi Aralıq Dənizi Universitetinin riyaziyyat kafedrasının professoru. == Həyatı == Bəşirov Ağamirzə 1954-cü il mayın 9-da Azərbaycan Respublikasının Salyan rayonunda anadan olub. 1976-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib və sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasına qəbul olunub. 1980–1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi işləyib. 1981-ci ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda "Ehtimallar nəzəriyyəsi və riyazi statistika" ixtisası üzrə namizədlik dissertasiyasını, 1991-ci ildə Kiyev Dövlət Universitetində eyni zamanda iki ixtisas — "Riyazi kibernetika" və "Ehtimallar nəzəriyyəsi və riyazi statistika" ixtisasları üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını uğurla müdafiə edib.
Ağamirzə Canmirzəyev
= Ağaməmməd Canyar oğlu Canmirzəyev = == Həyatı == Ağaməmməd Canyar oğlu Canmirzəyev 1939-cu il dekabr ayının 15-də Xızı rayonunun Tudar kəndində kolxozçu ailəsində doğulub. Uşaqlığı Böyük Vətən müharibəsinin ağır illərinə düşüb. Elə buna görə də məktəbə gec gedib. 1948-ci ildə ailələri Bakıya köçdüyündən 10 yaşlı Ağaməmməd şəhər 17 saylı orta məktəbin birinci sinfinə gedib. 1956-cı ildə natamam orta təhsilini tamamlayandan sonra Bakı Neft Texnikumuna daxil olub. Müharibənin başa çatması bu sahənin daha da inkişaf etməsinə təlabat yaratmışdır. Neft daşları kimi nəhəng dəniz şəhərciyi salınırdı. Eyni zamanda orta təhsilini tamamlamaq arzusu ilə axşam fəhlə gənclər məktəbində oxuyan yeniyetmə Ağaməmməd bununla kifayətlənmədi, ali təhsilli mütəxəssis olmaq qərarına gəldi. Çünki müharibədən sonrakı bərpa dövrünə qədəm qoyan respublikada yüksək ixtisaslı kadrlara böyük ehtiyac hiss olunurdu. 1960-cı ildə məktəbi və texnikumu əla qiymətlərlə bitirən Ağaməmməd Canmirzəyev sənədlərini eyni vaxtda iki instituta – M.Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) verdi və imtahanları uğurla başa vurub ali məktəbə qəbul olundu.
Ağamirzə Gülməliyev
Ağamirzə Ağabəy oğlu Gülməliyev (2 aprel 2002; Qızıldaş, Qaradağ rayonu, Azərbaycan — 1 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamirzə Gülməliyev 2 aprel 2002-ci ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Ağabəy Gülməliyevin ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Qaradağ rayon 180 nömrəli tam orta məktəbdə və 8 saylı peşə liseyində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Ağamirzə Gülməliyev 6 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Ağamirzə Gülməliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamirzə Gülməliyev 1 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən Kəhrilər xarabalığı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamirzə Gülməliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamirzə Gülməliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamirzə Gülməliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağamirzə Quliyev
Quliyev Ağamirzə İlham oğlu (2001 və ya 2 may 2001, Gəncə – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamirzə Quliyev 2 may 2001-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinə daxil olmuşdur, daha sonradan Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı məktəb-liseyinə qəbul edilmişdir. Yaşayış yerinin dəyişməsi səbəbi ilə 21 saylı məktəbdə təhsil almış, 2018-ci ildə Səməd Vurğun adına 41 saylı tam orta məktəbdən məzun olmuşdur. Ailədə 3 uşaq olmuşlar: 1 bacı və 2 qardaş. Evin böyük oğlu idi. == Hərbi xidməti == 2 may 2019-cu ildə 18 yaşını tamamlamış və iyulun 5-i hərbi xidmətə çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı 3 noyabr 2020-ci ildə Hadrutun azad edilməsində həlak olmuşdur. 19 noyabr 2020-ci il tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra 19 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçusu Quliyev Ağamirzə İlham oğlu “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.25 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Quliyev Ağamirzə İlham oğlu ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Ağamirzə Əhmədov
Ağamirzə (Ağamirzəli) Mirzəli (Mirzalı) oğlu Əhmədov (1905, Əngəxaran, Şamaxı qəzası – 12 may 1964, Bakı) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1951–1953), Azərbaycan SSR ticarət naziri (1959–1963). == Həyatı == Ağamirzə Əhmədov 1905-ci ildə Şamaxı qəzasının Əngəxaran kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 13 yaşında atası vəfat etdikdən sonra işləməyə başlamışdır. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Ağamirzə Əhmədov komsomol sıralarına daxil olmuş, 1925-ci ildə isə Bakıda Sovet Partiya Məktəbində oxumağa göndərilmişdir. Burada oxuyarkən o, 1928-ci ildə ÜİK(b)P üzvlüyünə qəbul edilmişdir. 1929-cu ildə məktəbi başa vurduqdan sonra Basqal komsomol komitəsinin katibi, 1930–1931-ci illərdə Şamaxı rayon xalq maarif şöbəsinin müdiri, ardınca isə Azərbaycan K(b)P Şamaxı Rayon Komitəsinin təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.Ağamirzə Əhmədov 1932–1934-cü illərdə Bakıda Marksizm-Leninizm İnstitutunda təhsil almış, sonra isə beş il Kürdəmir rayonundakı Mollakənd MTS-də siyasi şöbənin rəisi, Lənkəran, Zaqatala, Şamaxı rayonlarında rayon partiya komitələrinin katibi işləmişdir. 1939-cu ildə Moskvadakı ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Təşkilatçıları Məktəbində oxumağa göndərilmiş, qayıtdıqdan sonra Azərbaycan K(b)P Əli Bayramlı Rayon Komitəsinin birinci katibi seçilmişdir.Böyük Vətən müharibəsi illərində Ağamirzə Əhmədov Zaqafqaziya dəmir yolları siyasi şöbəsində işləməyə göndərilmiş, 1941–1943-cü illərdə burada rəis müavini olmuşdur. 1943-cü ildə Azərbaycan K(b)P Naxçıvan Vilayət Komitəsinin ikinci katibi seçilmiş, Bakı Şəhər Partiya Komitəsi nəqliyyat şöbəsinin müdiri, Azərbaycan K(b)P Quba rayon, 1949-cu ildən isə Kirovabad şəhər komitələrinin birinci katibi, Bakı Şəhər Partiya Komitəsinin katibi olmuşdur.1951–1953-cü illərdə Ağamirzə Əhmədov Azərbaycan SSR Ali Sovetinin sədri seçilmiş və paralel olaraq 1952-ci ildə Bakı Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini təyin edilmişdir. Vilayət ləğv edildikdən sonra o, Azərbaycan SSR Nazirlər Soveti aparatında işləmişdir. 1954-cü ilin əvvəllərindən Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini, sonra isə sədri olmuşdur.
Ağamirək İsfahani
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur.Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var. == Həyatı == Baburun ölumundən sonra taxta onun oğlu Humayun çıxır.
Cahan Ağamirov
Ağamirov Cahan Mirbaba oğlu (19 aprel 1945, Təbriz) — Azərbaycanlı nizamişünas, şərqşünas, fars dili mütəxəssisi və filologiya üzrə fəlsəfə doktoru. Gəncə Dövlət Universitetinin Praktik xarici dillər kafedrasının baş müəllimi. Cahan Ağamirov, "İran ədəbiyyatşunaslıqında Nizami irsinin öyrənməsi və tədqiqi" mövzüsünda dissertasiya işinin müəllifidir. Alim, XII əsrdə yaşamış Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mədəni irsinin öyərnilməsi sahəsindəki fəaliyyətlərinə görə tanınmışdır. == Həyatı == Cahan Ağamirov 1945-ci ilin 29 aprel tarixində İranın Təbriz şəhərində anadan olmuşdur. Həmin dövrdə ölkə Pəhləvilər sülaləsi tərəfindən idarə edilməkdə idi. Babası Hacı Seyyid Ağabala ağa Gəncədə dövrün tanınmış din xadimi olmuşdur. Atası Mirbaba Ağamirov, XX əsrin əvvəllərindən etibarən tez-tez İrana səfərlər etmiş və Təbriz şəhərində ticarət əlaqələri yaratmışdır. Atasının Təbriz-Gəncə arasında ticarətlə məşğul olduğu və əsasən müxtəlif ədviyyat məhsullarını İrandan gətirərək, Gəncə bazarlarında satdığı məlumdur. Tez-tez İrana səfərlər etməsi və İrana məxsus passporta sahib olması səbəbindən 1937-ci ildə atası Mirbaba Ağamirov İrana sürgün edilmişdir.Sürgün zamanı bir necə dəfə Azərbaycana geri qayıtmağa cəhd göstərsə də, İran-SSRİ arasındakı sərhəddin ciddi qorunması və mümkün təhlükələr səbəbindən bu cəhdlər uğursuz alınmışdır.
Davud Ağamirzadə
Ağamirzadə Davud Əsgər oğlu (? – ?) - Azərbaycan şairi. 1918-20- illər milli istiqlal poeziyasının nümayəndələrindən biri. == Həyatı == Bu dövrdə "Azərbaycan" qəzeti öz ətrafında Cümhuriyyəti ruh yüksəkliyi, sevinclə qarşılayan görkəmli sənətkarlarla yanaşı, gənc ədəbi qüvvələri də birləşdirirdi. Davud da Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbi mühitində seçilən şairlərdən idi. Yaradıcılığında əsgər şeirləri, azad vətəni, milli bayrağı tərənnüm, xalqı birliyə çağırış ruhlu şeirlər mühüm yer rutur. Şair Azərbaycan bayrağını, onun üzərində parlayan ay-ulduzu belə vəsf edirdi: Üzərində göründükcə ulduzun Şeir söylər sənə nazlı tiirk qızı Sən çırpındın, sən yüksəldin, göründün Və tanıtdın millətlərə sən bizi Davudun əsgər şeirlərində ("Əsgər şərqisi", "Məqsədimiz", "Bir əsgərin dilindən", "Azərbaycan ordusuna", "Əsgər") vətənə sonsuz sevgi, torpağımızın hər qarışı uğrunda canını qurban verən Azərbaycan əsgərinin şücaəti, milli istiqlalımızın qorunması tərənnüm edilir. Davud müstəqillik rəmzi kimi tərənnüm etdiyi üçrəngli milli bayrağı xalqın əsarət və köləliyinə qoyulan nöqtə kimi mənalandırır. == Mənbə == Azərbaycan Xalq Cürnhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998; Ağayev İ., XX əsrin əvvəllərində Azərbaycan şeri, B., 2002.
Fatimə Ağamirzəyeva
Fatimə Ağamirzəyeva Ayıbxan qızı (10 yanvar 1953 – 25 iyun 2023, Bakı) — Azərbaycanlı xalçaçı, sahibkar, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == === Təhsil === Fatimə Ağamirzəyeva (Fatima Agamirza) 1953-cü ildə anadan olub. 1967-ci ildə KT Texnikumuna daxil olub və 1971-ci ildə bitirib. Quba Kənd Təsərrüfatı Texnikumunda (indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci) təhsil alıb. 1974-cü ildə Dağıstan Mahaçkala şəhərində Politexnik İnstitutunun Texnologiya fakültəsinə daxil olub. 1974-cü ilin martında Quba Müəllimlər Evində biçmə-tikmə kursları açıb və 1988-ci ilə dək kurslar fasiləsiz davam edib. Bu kurslar eyni zamanda Bakıda Folklyer sarayında 3 il davam etmişdir. Kursları aparmaq üçün tədris proqramının olmadığına görə, "Biçməyi-Tikməyi öyrənin" adlı tədris kitabı hazırlayır və bu kitab Azərnəşrdə dövlət proqramına qəbul olunur və tiraja çıxarılır. Daha sonra "Biçib-tikmənin praktikası", "Gözəllik ondur" kitabları da dövlət tərəfindən qəbul olunub templanda qalmışdır. === Sahibkarlıq fəaliyyəti === 1988-ci ildə sahibkarlıq fəaliyyətinə başlayıb və modelyerlik və xalçaçılıq üzrə xüsusi peşə məktəbini yaradıb.
Midhət Ağamirov
Midhət Ağamirov (15 may 1920, Şuşa) —Tanınmış filosof, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və əməkdar elm xadimi. Azərbaycan SSR EA müxbir üzvü. Marksist-leninçi fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisinin görkəmli nümayəndəsi. == Həyatı == Midhət Mir Musa oğlu Ağamirov 15 may 1920-ci ildə Şuşada ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1940-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. Midhət Ağamirov öz dövrünə görə elmin bir çox sahələrində məşhur olan Mir Möhsün Nəvvabın oğul nəvəsidir. Midhət Ağamirov 15 yanvar 1939-cu ildən 12 oktyabr 1940-cı ilə kimi “Gənc işçi” qəzetində çalışmış, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi aparatında əməkdaçlıq etmiş, “Gənc bolşevik” jurnalında məsul katib kimi fəaliyyət göstərmiş, “Pionerskaya pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. 1 sentyabr 1940-cı ildən 1 iyul 1941-ci ilə kimi Vladimir İliç Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. 8 oktyabr 1941-ci ildən 15 iyul 1942-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Partiya Tarixi İnstitutunda-Sov.İKP MK yanında Marksizm-leninizm İnstitutunun Azərbaycan filialında elmi işçi vəzifəzində çalışmılşdır. 16 iyul 1942-ci ildən 28 iyul 1957-ci ilə kimi həmin İnstitutda böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.
виногра́довые вы́си гуля́ющий незна́тность нетвёрдый припеча́ливаться свежевы́печенный сдув дирижёрский наслажда́ть переуплотня́ть трахи́т шигарда dialogue des sourds erupt falsism feoffee flying saucer humidification leveler Romeo self-love streaky unsling обдувать