ANATOLLU

"şərq" mənasında olan Anadolu (Kiçik Asiyanın qədim adı) adının dəyişdirilmiş forması. "Anaddulu" deməkdir.
ANARƏ
ANLAR
OBASTAN VİKİ
Anatollu Qəniyev
Anadolu Qəniyev və ya digər adı ilə: Anatollu Qəniyev (10 fevral 1931, Neftçala rayonu – 1 oktyabr 1985, Bakı) — Azərbaycan muğənnisi (bariton). 60-cı illərin əvvələrindən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. == Həyatı == Anatollu Qəniyev 1931-ci ildə Neftçala şəhərində doğulmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olmuşdur. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Müəllimi F.Mehdiyev olmuşdur. Bitirdikdən sonra Azərbaycan Dövlət Radio Televiziyasının solisti olmuşdur (1959). Sonradan T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti olmuşdur. "Çıx yaşıl düzə", "Reyhan", "Teymurun mahnısı", "Dəyişmərəm", "Bakının ulduzları", "Şəlalə", "Ay qız", "Qonşular" (E. Rəhimova ilə duet), "Yaşa könül", "İlk görüşdən gəlirəm", "Səni haylaram", "Bu dərə uzun dərə" və s. kimi ifa etdiyi mahnılarla şöhrət qazanmışdır.
Əhməd Anatollu
Əhməd Muxtar oğlu Səfərov (Anatollu) (7 noyabr 1894, Bakı – 7 aprel 1973, Bakı) — Azərbaycan teatr aktyoru, məzhəkə ustası, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Əhməd Anatollu 7 noyabr 1894-cü ildə Bakıda, əslən Maştağalı olan şair Muxtar Bisavadın ailəsində doğulmuşdur. Səhnəyə ilk dəfə 1912-ci ildə Hüseyn Ərəblinskinin "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında hazırladığı "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşasında çıxmışdır. "Nicat" truppasında, "Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr dəstəsinin tamaşalarında oynamışdır. Dövrünün qabaqcıl aktyorları ilə Orta Asiya ölkələrinin böyük şəhərlərinə, İdil çayı (Volqa) boyundakı türkdilli şəhərlərə, İrana, Rəştə, Ənzəliyə, Tehrana qastrol səfərlərinə çıxmışdır.Əhməd Səfərov milli estrada teatrı janrında fəaliyyət göstərən ilk sənətkarlardan biridir. "Anatollu" onun səhnə təxəllüsüdür. 1922–1925-ci illərdə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, 1923–1924-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında aktyor işləmişdir. 1926-cı ildə Tiflis Dövlət Türk Dram Teatrının kollektivinə qəbul olunmuş, 1927-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Estradasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmişdir. 1939–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-cu ildən təqaüdə çıxana qədər isə Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir.Əhməd Anatollu 7 aprel 1973-cü ildə Bakıda vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Şərəf nişanı" ordeni — 17 aprel 1938 "Qafqazın müdafiəsinə görə" medalı — 1946 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı == İfa etdiyi əsas rollar == Tənqid və Təbliğ TeatrındaAzərbaycan Dövlət Dram TeatrındaAzərbaycan Dövlət Musiqili Komediya Teatrında == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli.
Anatollu Qəniyev (film)
Anatollu Qəniyev qısametrajlı sənədli televiziya filmi İctimai televiziyada istehsal edilmişdir. Film Azərbaycan muğənnisi Anatollu Qəniyev haqqındadır. == Məzmun == Film Azərbaycan muğənnisi, Azərbaycan Dövlət Filarmoniyasının, eləcə də Azərbaycan Dövlət Radio və Televiziyasının solisti olmuş Anatollu Qəniyevin həyat və yaradıcılığı haqqındadır.
вербе́на дегенерати́вный лу́ковые неутоми́мый раскоря́чкою ...мину́тный ...си́льный одномото́рный оранжере́йный по-бы́строму повёртывать по́ясно пялуса adscititious barman eel-skin foundational gossip grand touring car liquify multipurpose reflexed wildebeest Вулкан дряхлеть