Nazim Bababəyli
Nazim Bababəyli Səfərəli oğlu (28 may 1953, Naxçıvan – 18 noyabr 2022) — Coğrafiya üzrə fəlsəfə elmlər doktoru, dosent, Naxçıvan MR Ali Məclisinin deputatı.
== Həyatı ==
N. S. Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1971–1975-ci illərdə ADPU-nun Coğrafiya fakültəsində təhsil alıb. 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasınin "Kaspi" mərkəzində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. Xarici ölkələrdə Rusiya, Türkiyə, İran, Gürcüstanda beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir.
== Elmi fəaliyyəti ==
1977–1978-ci illərdə Moskva şəhərində SSRİ EA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb.
1978–1990-cı illərdə Kosmik Tədqiqatlar Elm və İstehsalat Birliyində mühəndis, kiçik elmi işçi, elmi işçi, laboratoriya rəisi, Elmi-Texniki Kompleksin rəhbərinin müavini vəzifəsində çalışıb.
1990-cı ildən Milli Aerokosmik Agentliyin Naxçıvan şöbəsində rəis vəzifəsində çalışıb.
2004-cü ildə "Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, eyni zamanda 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olub.
2010-cu ildə Coğrafiya kafedrası üzrə dosent diplomu almışdır.