Babək (rayon)
Babək rayonu — Naxçıvan MR-da rayon. Arazboyu düzənlikdədir. 23 oktyabr 1978-ci ildə Heydər Əliyevin qərarı ilə rayon kimi təşkil olunmuş, XI əsrdə Azərbaycanda ərəb xilafətinə qarşı xalq hərəkatına başçılıq etmiş görkəmli sərkərdə Babəkin şərəfinə belə adlandırılmışdır. Şimal-qərbdə Ermənistan, cənubda İran, eləcə də Naxçıvan MR-in Kəngərli, Şahbuz, Culfa rayonları ilə həmsərhəddir. Ərazisi 760 kvadrat kilometr, əhalisi 76.5 min nəfərdir (1. yanvar 2021). Mərkəzi Babək şəhəridir. Rayonun ərazisi 0,92 min km²., əhalisi 65040 nəfərdir. Rayonda bir şəhər, 2 qəsəbə, 33 kənd vardır. Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir.Əsas zirvələri: Keçəl təpə (2744 m), Qaraquş (2617 m), Buzqov (2475 m), Anabadgədik (2081 m), Nəhəcir (1807 m)
Əsas su hövzələri: Çaylar: Araz (1072 km), Cəhriçay (45 km), Sirabçay (11 km), Qahabçay (21 km).