CƏLALƏDDİN

dinin cəlalı, ululuğu, əzəməti, şan-şöhrəti.
CƏLALƏ
CƏLAYİR
OBASTAN VİKİ
Cəlaləddin Dəvani
Cəlaləddin Dəvani (fars. جلال‌الدین دوانی‎; 1426, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı – 12 oktyabr 1502, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı) — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi. Əllamə Dəvani adı ilə də tanınırdı. Hicri 830-cu ildə Fars əyalətində, Kazerun yaxınlığında yerləşən Dəvan kəndində anadan olmuşdur. == Əsərləri == Əxlaqi Cəlali Ərznamə == Mənbə == В. История Ирана: (10) Ак-Коюнлу, стр. 845 – 846. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор.
Cəlaləddin Dəvvani

Cəlaləddin Fərhadov
Cəlaləddin Elxan oğlu Fərhadov (1 may 2002; Ağdaş, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlaləddin Fərhadov 01 may 2001-ci il tarixində Ağdaş rayonunda ailənin son beşiyi olaraq dünyaya gəlib. Ağdaş rayonu 1 saylı orta məktəbin I sinfinə qəbul olunub, 2018-ci ildə məktəbi bitirib. 16 yaşında atasını itirən Cəlaləddin həyata tez atılmalı olub. Anası və bacılarına maddi dəstək olmaq üçün təhsilini davam etdirməyi dayandırıb, müxtəlif işlərdə çalışıb. == Hərbi xidmətləri == Cəlaləddin 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəlaləddin Fərhadov Şuşa və Cəbrayılın azad edilməsində savaşıb. O, 2020-ci il noyabrın 8-də Şuşa qələbəsindən 2 saat sonra şəhidlik zirvəsinə yüksəlib. Şuşada dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlaləddin Fərhadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlaləddin Fərhadov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cəlaləddin Fərhadov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Cəlaləddin Mənguberdi
Cəlaləddin Mənguberdi (1199, Xarəzm – 15 avqust 1231, Kiçik Asiya[d]) — Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı. Əlaəddin Məhəmmədin oğlu. == Həyatı == Cəlaləddin Xarəzmşahın adı mənbələrdə "Manqburnu", bəzən də "Məngü-Bərti" şəklində keçir. Manqburnu qədim türkcədə "böyük burunlu" deməkdir. Məngü-Bərti isə "əbədi qurd" mənasına gəlir. Bu iki ad arasında mənbələrdə yer alan fərqin Cəlaləddinin adının tam oxunmamasından irəli gəlməkdədir. Həmçinin, "manq" türklərdə boy adı mənasını da verməkdədir. Xarəzmşahların sonuncu hökmdarı olan Cəlaləddin Xarəzmşah, Əlaəddin Məhəmmədin böyük övladıdır. Anası hind cariyəsi Ayçiçək xatundur. Xarəzmşah Mənguberdi atasının zamanında, Qəznə, Herat, Qarcistan və Sicistana məlik olaraq göndərilmiş, ancaq sultan Məhəmməd daha sonra onu öz yanına almış və onun yerinə Kərbər Məliki uyğun görmüşdür.
Cəlaləddin Qasımov
Cəlaləddin Qasımov (Tam adı:Cəlaləddin Qəzənfər oğlu Qasımov; d.26 mart 1967 Tovuz rayonu) — Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist, Araşdırmaçı-tarixçi, polis mayoru. == Həyatı == Cəlaləddin Qasımov 26 mart 1967-ci ldə Tovuz rayonunda anadan olub. 1984-cü ildə orta məktəbi bitirib, həmin il Moskva İdarəetmə İnstitutuna qəbul olub. 1985-87-ci illərdə hərbi xidmət keçib. Almaniyanın Verder şəhərində 6 ay SSRİ-nin məxfi rabitə kursant kursunda təhsil aldıqdan sonra Veymarın Nora qəsəbəsində yerləşən 8-ci ordunun qərargahında ilk qafqazlı olaraq məxfi stansiyada gizli radiostansiyanın rəisi vəzifəsində xidmət edib. 1987-ci ildə hərbi xidmət müddətini başa vurduqdan sonra təhsilini Azərbaycanda davam etdirərək Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. Daha sonra Ukrayna Beynəlxalq Hüquq Akademiyasını, sonra isə Azərbaycan DİN-in Polis Akademiyasını bitirib. Ailəlidir. İki övladı var. == Fəaliyyəti == 1997-ci ildən polis orqanlarında çalışıb.
Cəlaləddin Qorxmazov
Cəlaləddin Əsildar oğlu Qorxmazov (1 oktyabr 1877, Xumtorqala[d], Dağıstan vilayəti – 27 sentyabr 1937, Moskva) — Dağıstan ictimai-siyasi xadimi, diplomat və publisist. == Həyatı == Cəlaləddin Qorxmazov milliyətcə qumuq türklərindəndir. Araşdırıcılar onun 1877 və ya 1879-cu ildə Rusiyanın Dağıstanın XIX yüzillliyin əvvəllərində işğal etdiyi Kumtorqala kəndində ortabab bir ailədə doğulduğunu yazırlar. İndi həmin kənd Cəlaləddinin şərəfinə onun familyasına uyğunlaşdırılaraq Qorxmazqala adlandırılır. İlk təhsilini kəndlərindəki xalq arasında mollaxana adlandırılan ibtidai məktəbdə alan Cəlaləddin daha sonra Şərqdə geniş yayılmış təhsil ocağı mədrəsədə oxumuşdur. Lakin o, bir çox həmyerliləri kimi təhsilini davam etdirmək üçün Şərq ölkələrindəki dini mərkəzlərə getməmişdir. Rus dilini, Rusiya təhsil sistemini öyrənərək Stavropoldakı klassik oğlan gimnaziyaya daxil olmuşdur. XX yüzilliyin başlarında Rusiyanı bürüyən qarışıqlıq, geniş yayılan vətandaş itaətsizliyi Dağıstandan da yan keçməmişdi. Çılğın və vətənsevər bir gənc olan Cəlaləddin xalqını müstəmləkədən azad, millətini firavan yaşayan görmək istəyirdi. Sosialistlərin "xalqlara azadlıq", "bərabərlik, insanın insan tərəfindən istismarına son qoyulması" və s.
Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Cəlaləddin Sultanşah
Cəlaləddin Sultanşah — I Güştaspın kiçik oğlu. == Həyatı == Nə vaxt anadan olduğu bilinmir. III Fəribürzdən kiçik idi. 1222-ci ildə atası tərəfindən Gürcüstana yollanmışdı. Çar IV Georgi ilə bağlanmış müqaviləyə əsasən Cəlaləddin Rusudan ilə evlənəcəkdi. O burada xristian olmuş və xristian adətləri ilə böyüməyə başlamışdı. 1226-cı ildə Cəlaləddin Mənguberdinin Tiflisi tutmasından sonra azad olundu və sünnət edilərək müsəlman oldu. Bu hadisə mənbələrdə belə təsvir olunur: Sultan gürcülərin ölkəsini tutanda yetimi əsarət məngənəsindən azad etdi... Şirvanşahın oğluna gəlincə, o, sanki gözəl bir halə arasındakı parlaq mirvari dənəsi idi. Sultan ona ən yüksək səviyyədə tərbiyə verdi, hökmdar övladı kimi sünnət etdirdi.
Cəlaləddin Təbrizi
Cəlaləddin Məhəmməd Təbrizi (Təbriz – 1524) — Keçəçilər ailəsinə mənsub Səfəvi dövlət xadimi. I Təhmasibin ilk vəziri. == Həyatı == Təbriz şəhərində, məşhur Keçəçilər nəslində doğulmuşdu. Atası Məhəmməd Zəkəriyya Keçəçi Şah İsmayılın ilk vəziri olmuşdur. Lakin Şah İsmayılın ölümündən sonra Div Sultan Rumlu tərəfindən öldürülmüşdür. İsgəndər bəy Münşi hadisəni belə nəql edir:Süleyman şanlı xaqanın vəfatı və hümayun cənnətməkan şahın cülusundan sonra Xacə Cəlaləddin Məhəmməd Keçəçi o həzrətin əmriylə vəzarət rütbəsi ilə şərəfləndi. Vəzirlik dövründən heç bircə il keçməmişdi ki, iqtidar sahibli vəkil Div Sultan Rumlu onunla yola getmədi, aralarında dava-dalaş tozu yüksəldi, onun tutulub yandırılması haqda fərman verildi.
Cəlaləddin xan
Cəlaləddin xan — Toxtamış xanın oğlu idi. I Vasilinin sarayında gizlənmişdi. Qrünvald döyüşündə Vitautasın ordusunda iştirak etmişdi. 1412-ci ildə Litva ordusu ilə Saray Batuya gələrək Timur xanı devirdi və hakimiyyəti əlinə aldı. Edigey təhlükəsini sovuşdurmaq üçün Xaculay bahadırı ona qarşı göndərsə də Edigey qalib gəldi. 1 il sonra qardaşı Kərimberdi xan tərəfindən öldürüldü.
Xarəzmşah Cəlaləddin
Cəlaləddin Mənguberdi (1199, Xarəzm – 15 avqust 1231, Kiçik Asiya[d]) — Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı. Əlaəddin Məhəmmədin oğlu. == Həyatı == Cəlaləddin Xarəzmşahın adı mənbələrdə "Manqburnu", bəzən də "Məngü-Bərti" şəklində keçir. Manqburnu qədim türkcədə "böyük burunlu" deməkdir. Məngü-Bərti isə "əbədi qurd" mənasına gəlir. Bu iki ad arasında mənbələrdə yer alan fərqin Cəlaləddinin adının tam oxunmamasından irəli gəlməkdədir. Həmçinin, "manq" türklərdə boy adı mənasını da verməkdədir. Xarəzmşahların sonuncu hökmdarı olan Cəlaləddin Xarəzmşah, Əlaəddin Məhəmmədin böyük övladıdır. Anası hind cariyəsi Ayçiçək xatundur. Xarəzmşah Mənguberdi atasının zamanında, Qəznə, Herat, Qarcistan və Sicistana məlik olaraq göndərilmiş, ancaq sultan Məhəmməd daha sonra onu öz yanına almış və onun yerinə Kərbər Məliki uyğun görmüşdür.
Cəlaləddin Xarəzmşah (dram)
Cəlaləddin Хarəzmşah— türk yazıçısı Namiq Kamalın 1885-ci ildə yazdığı dramı. == Məzmunu == Namiq Kamalın tariхi mövzuda qələmə aldığı Cəlaləddin Хarəzmşah dramı Хarəzmşahlar dövlətinin hökmdarı Sultan Cəlaləddinin həyat və siyasi fəaliyyətindən bəhs еdir. Sırf vətənpərvərlik, qəhrəmanlıq ruhunda yazılan bu əsərdə Cəlaləddin Хarəzmşahın mоnqоl istilası dövründə düşmənə qarşı mübarizəsi əsərin ana хəttini təşkil еdir.
Cəlaləddin Əli bəy
Cəlaləddin Əli bəy (v. 1444) — Ağqoyunlu tayfa ittifaqının başçısı, Qara Yuluq Osmanın oğlu. == Hakimiyyəti == Cəlaləddin Əli bəyin doğum tarixi haqqında mənbələrdə məlumat yoxdur. O Qara Yuluq Osman bəyin oğlu idi. Onun taxta çıxması ilə bağlı ilk məlumata erməni əl yazmasında rast gəlirik. Burada hicri 839-cu ildə miladi 1435-ci ilin qış ayında Cəlaləddin Əli bəyə taxta çıxması öz əksini tapmışdır. Məlumat "Tanrı onu düşmənlər qarşısında zəfərə ərdirsin" cümlələri ilə sona çatır. Bu zaman Tərcan yaxınlığında qeyri rəsmi bir divan toplandı. Onlar Əli bəyi Qara Yuluq Osman bəyin varisi kimi tanıdı. Qara Yuluq Osman bəy hələ vəfat etməzdən əvvəl oğlanları, qardaşı oğlanları hərəsi fərqli bir ərazidə hakim idilər.
Mahmud Cəlaləddin Paşa
Mahmud Cəlaləddin Paşa (1853, Konstantinopol – 1903, Brüssel və ya Brüssel[d]) — Kaptan-ı dərya Xəlil Rüfət Paşanın oğlu, ilk türk sosioloqlarından Mehmed Səbahəddinin atası və Osmanlı dövlət adamı. == Həyatı == === İlk illəri === 1853-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı dövlətinə 4 dəfə kaptan-ı dərya olan Xəlil Rüfət Paşa, anası isə onun ikinci xanımı İsmət xanım idi. Atasını kiçik yaşlarında itirən Mahmud Cəlaləddin Paşa ögey anası (Saliha Sultan) sultan olduğu üçün sarayda xüsusi təhsil aldı. Müxtəlif dövlət işlərində çalışdıqdan sonra Paris səfirliyində 2 il xidmət etdi və fransız dilini mükəmməl şəkildə öyrəndi. === Siyasi fəaliyyəti === Sultan Muradın qısa müddətlik səltənətindən sonra Sultan Əbdülhəmidin taxta çıxması ilə sultanın ən yaxın adamlarından biri oldu. 30 mart 1877-ci ildə vəzirlik rütbəsi aldı və 18 aprel 1878-ci ildə ədliyyə naziri olaraq Mehmed Sadiq Paşa hökumətində xidmət etdi. Ədliyə nazirliyi illərində islahatlar keçirdi. Sultanın cülusu səbəbilə çıxan əfv qanunun miqyasını genişləndirdi və ömürlük həbs cəzası alan şəxslərin cəzasında endirimlər etdi. Ancaq Çırağan hadisəsinə adı qarışmış, bu səbəblə bir neçə ay sonra nazirlikdən alınmışdır.
Mahmud Cəlaləddin Əfəndi
Mahmud Cəlaləddin Əfəndi (16 noyabr 1862 – 16 sentyabr 1888) — 32. Osmanlı sultanı Əbdüləzizin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Cəlaləddin Əfəndi 16 noyabr 1862-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdüləziz, anası isə onun ikinci xanımı Ədadil Qadınəfəndidir. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Erkən yaşlarda atası tərəfindən ordu və donanmada müxtəlif rütbə və vəzifələrə təyin edildi. Ancaq 30 may 1876-cı ildə atası Sultan Əbdüləziz taxtdan endirilərək öncə Topqapı sarayına, daha sonra isə Fəriyə sarayına həbs edildi. Bu günlərdə digər övladları kimi Cəlaləddin Əfəndi də atasıyla birlikdə Fəriyə sarayına köçürüldü. Ancaq bir neçə gün sonra atası müəmmalı şəkildə öldürüldü. Atasının qətlindən sonra Fəriyə sarayında yaşamağa davam edən Cəlaləddin Əfəndi 1 sentyabr 1888-ci ildə burada vəfat etdi.
Mustafa Cəlaləddin Paşa
Mustafa Cəlaləddin Paşa və ya əvvəlki adı ilə Konstanti Borzeçki (d. 10 aprel 1826, Polşa, Pyotrkov vilayəti, Modrzeviec — ö. 9 oktyabr 1876, Osmanlı imperiyası, Novosela, Kolonya) - polyak əsilli Osmanlı paşası. Nazim Hikmətin və Oqtay Rıfat Xoruzçunun ana tərəfdən ulu babasıdır. 1848-cı il inqilablarından sonra Osmanlıya sığınmış və 20 il zabit olaraq çalışmışdır. 1869-cu ildə "Köhnə və modern türklər" adlı əsərini fransızca olaraq nəşr etdirmişdir. Türk tarixində sülalə tarixçiliyindən milli tarixçiliyə keçid prosesinə güclü təsir edən şəxslərdəndir. Türkçülük mövzusunda irəli çıxan və xeyli yerdə bilinən şəxslərdən əvvəl Türkçülük fikrini və ərəb əlifbasına qarşı latın əlifbasının istifadəsini müdafiə etmişdir. == Həyatı == Polşanın Klezov kəndində 6 uşaqlı zadəgan ailəsində anadan olmuşdur. Kiçik yaşlarından etibarən polyak dili ilə yanaşı fransızca və rusca səlis, latınca və almancanı da yaxşı səviyyədə bilmişdir.
Mövlana Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Mövlanə Cəlaləddin Rumi

Sultan Cəlaləddin Hüseyn
Sultan Cəlaləddin Hüseyn Sultan Şeyx Üveysin oğlu Cəlayır (v. 1382)—Cəlayırlar dövlətinin sultanı. == Hakimiyyəti == Sultan Şeyx Üveysin oğlu Sultan Hüseynin hakimiyyəti illərində (1374-1382) Mərkəzi dövlət hakimiyyəti yenidən zəiflədi ki, Teymurləngin yürüşləri ərəfəsində bu olduqca ağır nəticələr verə bilərdi. Lakin onun qardaşı Sultan Əhmədin Təbriz şəhərini əlinə keçirərək hakimiyyətə yiyələnməsi (o, fasilələrlə 1382-1410-cu illər arasında hakimiyyətdə olmuşdu) hərc-mərcliyi aradan qaldırdı. Azərbaycanın bütün vilayətləri yenidən (Şirvan istisna olmaqla) Cəlairilər dövlətinin tərkibinə qatıldı.
Cəlaləddin Mirzə Heydər xan
Cəlaləddin Mirzə Heydər xan Baranlı (d. 19 yanvar 1732 — ö. 26 yanvar 1775) — Hindistanın baş vəziri, Aud nəvvabı. == Həyatı == Cəlaləddin Mirzə Heydər xan 1732-ci ildə Dehli şəhərində doğulmuşdu. Atası Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər Cəng 1739–1754-cü illərdə Audun nəvvabı olmuşdu. Cəlaləddin Mirzə Heydər xan Böyük Moğollar imperiyasının baş vəziri olmuşdu. Şücaüddövlə ləqəbini daşıyırdı. Cəlaləddin Mirzə Heydər xan 1754–1775-ci illərdə Audun nəvvabı olmuşdu. Cəlaləddin Mirzə Heydər xan 1764-cü ildə Benqaliyada olan ingilislərə qarşı mübarizəyə başlamışdı. Mirzə Heydər xan 1775-ci ildə vəfat edib.
Kürəkən Mahmud Cəlaləddin Paşa
Mahmud Cəlaləddin Paşa (d. 1836 - ö. 8 may 1884) — Osmanlı sultanı Sultan Əbdülməcid, Sultan Əbdüləziz, V Murad və II Əbdülhəmid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. == Həyatı == Atası Sultan Mahmud dönəminin vəzirlərindən Əhməd Fəthi Paşa idi. Atası Sultan Mahmudun qızlarından Atiyə Sultanla evli olsa da, Mahmud Paşa onun Şəmsinur xanımla olan ilk evliliyindən dünyaya gəlmişdir. Ögey anasının vasitəsilə mükəmməl təhsil aldı. 1854-cü ildə Sultan Əbdülməcidin qızlarından Cəmilə Sultanla nişanlandı. Cütlüyün toy mərasimi 11 iyun 1858-ci ildə Dolmabağça sarayında baş tutdu və cütlüyə Fındıqlıda ayrıca bir saray təsis edildi. Toy mərasiminin ardından qaynanası tərəfindən hədiyyə edilən kənzilərdən biri də gələcəkdə Sultan Əbdülhəmidin ilk xanımı olan Nazikəda xanım idi. Ancaq qaynatasının 1861-ci ildə vəfatından sonra taxta çıxan qardaşı Sultan Əbdüləziz səltənətinin ən güclü müxaliflərindən biri oldu.
Mahmud Cəlaləddin Paşa (1836–1884)

Mahmud Cəlaləddin Paşa (1853–1903)
Mahmud Cəlaləddin Paşa (1853, Konstantinopol – 1903, Brüssel və ya Brüssel[d]) — Kaptan-ı dərya Xəlil Rüfət Paşanın oğlu, ilk türk sosioloqlarından Mehmed Səbahəddinin atası və Osmanlı dövlət adamı. == Həyatı == === İlk illəri === 1853-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı dövlətinə 4 dəfə kaptan-ı dərya olan Xəlil Rüfət Paşa, anası isə onun ikinci xanımı İsmət xanım idi. Atasını kiçik yaşlarında itirən Mahmud Cəlaləddin Paşa ögey anası (Saliha Sultan) sultan olduğu üçün sarayda xüsusi təhsil aldı. Müxtəlif dövlət işlərində çalışdıqdan sonra Paris səfirliyində 2 il xidmət etdi və fransız dilini mükəmməl şəkildə öyrəndi. === Siyasi fəaliyyəti === Sultan Muradın qısa müddətlik səltənətindən sonra Sultan Əbdülhəmidin taxta çıxması ilə sultanın ən yaxın adamlarından biri oldu. 30 mart 1877-ci ildə vəzirlik rütbəsi aldı və 18 aprel 1878-ci ildə ədliyyə naziri olaraq Mehmed Sadiq Paşa hökumətində xidmət etdi. Ədliyə nazirliyi illərində islahatlar keçirdi. Sultanın cülusu səbəbilə çıxan əfv qanunun miqyasını genişləndirdi və ömürlük həbs cəzası alan şəxslərin cəzasında endirimlər etdi. Ancaq Çırağan hadisəsinə adı qarışmış, bu səbəblə bir neçə ay sonra nazirlikdən alınmışdır.
Əbülqasım Cəlaləddin Təbrizi
Əbülqasım Cəlaləddin Təbrizi əslən təbrizli olan və Cənubi Asiyada fəaliyyət göstərmiş məşhur sufi. O, Benqaliyada müsəlman hakimiyyətinin başlamasından bir qədər əvvəl buraya gəlmiş və yerli əhali arasında İslam dininin təbliğatına başlamışdır. o, ölənə qədər bu işlə məşğul olmuşdur. Əbülqasım Cəlaləddinin adı ilə kiçik islami təriqətlərdən biri olan Cəlaliyyə təriqəti yaradılmışdır. O, Sanskrit əfsanələrindən biri olan Sekhaśubhodayā-nin (azərbaycanca:Şeyxin gəlişi) qəhrəmanı hesab edilir. == Həyatının erkən dönəmi və təhsili == Əbülqasım Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlmişdir. O, yerli sünni alimlərindən olan Əbu Seyid Təbrizinin nəzarətində təhsil almışdır. Müəlliminin ölümündən sonra Şihabəddin Ömər Sührəvərdidən dərs almağa başlamışdır. Onun xidmətində olan Əbülqasım müəlliminin Həcc ziyarətlərində onu müşayət etmişdir. == Həyatının sonrakı dönəmi == Əbülqasım 1210-cu ildə Dehlidəki türk hökmdarı Şəmsəddin Eltutmuşun hakimiyyəti dövründə oraya getmişdir və ona sarayda yer ayrılmışdır.
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi qısametrajlı sənədli televiziya filmi rejissor Xürrəm Sultan tərəfindən İctimai televiziyada istehsal edilmişdir. Film İslam və təsəvvüf dünyasında tanınmış şair Mövlanə Cəlaləddin Rumi haqqındadır. == Məzmun == Film İslam və təsəvvüf dünyasında tanınmış şair, mövləvi yolunun öncülü, panteizm fəlsəfəsinin tanınmış nümayəndəsi Mövlanə Cəlaləddin Rumi haqqındadır.
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi (film)
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi qısametrajlı sənədli televiziya filmi rejissor Xürrəm Sultan tərəfindən İctimai televiziyada istehsal edilmişdir. Film İslam və təsəvvüf dünyasında tanınmış şair Mövlanə Cəlaləddin Rumi haqqındadır. == Məzmun == Film İslam və təsəvvüf dünyasında tanınmış şair, mövləvi yolunun öncülü, panteizm fəlsəfəsinin tanınmış nümayəndəsi Mövlanə Cəlaləddin Rumi haqqındadır.
Mən Cəlaləddinəm (teleserial, 2021)
Mən Cəlaləddinəm (özb. Мендирман Жалолиддин, Mendirman Jaloliddin, türk. Mendirman Celaleddin) — Anuştəkinlilər sülaləsindən olan sonuncu Xarəzmşah, Çingiz xana qarşı vuruşan Cəlaləddin Mənguberdiyə həsr olunmuş bir Özbək — Türk müştərək tarixi serialı. Serial Özbəkistan Mədəniyyət və İdman Nazirliyi və Mehmed Bozdağın sahibi olduğu Bozdağ Film tərəfindən ərsəyə gətirilmişdir. İlk seriyası 14 fevral 2021-ci ildə Özbəkistanın dövlət kanalı — "Milliy TV"də nümayiş olundu. == Yaranışı == 2019-cu ilin sentyabrında Daşkənddə "Mendirman Jaloliddin" serialı üzərində işə başlamazdan əvvəl, filmin ideoloji şərhini və ssenarisini müzakirə etmək üçün "Cəlaləddin Mənguberdi: həyat və filmlərdə bədii təcəssüm" adlı beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfransda Özbəkistan, Türkiyə, Azərbaycan və İrandan olan alimlər və tarixçilər iştirak etmiş, Cəlaləddin Mənguberdinin bioqrafiyasını və o dövrdə baş verən hadisələrin şərhini müzakirə etmişlər. Serialın çəkilişi Bozdağ Film şirkətinin sifarişi ilə olmuşdur. Serialda məşhur Özbək və Türk aktyorları rol aldı. Bozdağ Film ərazisində o dövrün atmosferi canlandı.
взъеро́шить кагуа́н одома́шниваться откочёвывание поводо́к подстрека́ние предохраня́ться стеклу́емость сча́лка экс-премье́рский адмира́льша ненави́стничать пропи́точный пустодо́м славянофи́льский точне́йше copper acetoarsenite democratical erythema ethereality longitudinal owl repp из-за уступить