DAMƏDDİN
DANAĞA
OBASTAN VİKİ
Damət Bağırov
Bağırov Damət Abbas oğlu (5 may 1961, Xanməmmədli, Zərdab rayonu) — iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris və təlim texnologiyaları üzrə prorektoru. == Həyatı == Damət Bağırov 1961-ci ildə may ayının 5-də Zərdab rayonunun Xanməmmədli kəndində anadan olmuş, 1978-ci ildə həmin rayonda orta məktəbi bitirmişdir. 1978-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1985-ci ildə institutu bitirmişdir. İnstitutu bitirdikdən sonra Dövlət Aqrar Sənaye Komitəsinin baş elm idarəsində aparıcı iqtisadçı, 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində tədris lobaratoriyasının müdiri, müəllim vəzifələrində çalışmış, 1986-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olmuş, 1991-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik disertasiyası müdafiə etmiş, iqtisad elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1994–1995-ci illərdə "Tuqay" kommersiya bankının idarə heyətinin sədri vəzifəsində, 1995–1999-cu illərdə Xətai rayonu üzrə Dövlət Vergi Müfəttişliyində baş dövlət vergi müfəttişi, şöbə rəisi , rəis müavini vəzifələrində işləmişdir. 2000-ci ilin fevralından Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentində baş mütəxəssis, şöbə rəisi, baş məsləhətçi vəzifələrində işləmişdir. 1995–1998-ci illərdə Sankt Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin doktoranturasında oxumuş, 1998-ci ildə həmin universitetdə "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə doktorluq disertasiyası müdafiə etmiş, elə həmin ildə Rusiya Fedarasiyasının Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsi və 2000-ci ildə Azərbaycan Respublikasının Ali Atestasiya Komitəsinin tərəfindən təkrar attestasiyadan keçirilərək ölkəmizin doktorluq diplomunu, 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını almışdır. 1999-cu ilin sentyabrından "Maliyyə" kafedrasının 0,5 ştatla dosenti , 31 avqust 2001-ci il tarixindən isə "Vergi və vergiqoyma" kafedrasının 0,5 ştatla professoru vəzifəsində işləmişdir. 2005-ci ilin fevral ayından etibarən "Vergi və vergiqoyma" kafedrasının tam ştatla professoru və "Maliyyə" fakültəsinindekanı vəzifəsində çalışmışdır. 2008-ci ilin sentyabrından tədris işləri üzrə prorektor əvəzi vəzifəsində çalışır.
Damət Kərimli
Damət Söhbət oğlu Kərimli (8 may 1952, Qabaqdibi, Yardımlı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003).[mənbə göstərin] == Həyatı == Damət Kərimli 1952-ci il mayın 8-də Azərbaycanda Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olmuşdur. Burada kənd səkkizillik məktəbi, Yardımlı qəsəbəsində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır (1969-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Yardımlı rayon sanepidemstansiyasında qida həkimi kimi başlamışdır (1975-1984), sonra orada yoluxma şöbəsində infeksionist-həkim (1984-1998) işləmişdir. Hazırda X.Rəfıbəyli adına 2 saylı Bakı Baza Tibb məktəbində müəllim vəzifəsində çalışır (1998-ci ildən). XX əsrin 60-cı illərindən şer yaradıcılığı ilə ardıcıl məşğul olmuşdur. "Ədəbiyyat qəzeti", "Zaman", "Ocaq", "Hürriyyət" və s. qəzetlərdə lirik, satirik şerləri, qəzəlləri dərc edilmişdir. "Qəm üstə köklənən dünya" şerlər toplusu "Nurlan" nəşriyyatında kütləvi tirajla çap olunmuşdur. Dirili Qurbani Məclisinin üzvüdür. Şairin “Qəm üstündə köklənən dünya” və “Toxunayın daha haqqa” (2010) kitablarından savayı, üzvü olduğu Dirili Qurbani Məclisinin nəşrlərində, o cümlədən 13 adda elmi-bədii əsərlər toplusunda, “Dirili Qurbani” jurnalında, məclisin saytında, dövri mətbuatda məclis üçün ayrılmış səhifələrdə yer alıb.
восьмёрочка вырожде́нка грехово́дничать затрево́житься Мышь расшифро́вка три́ста черноо́кий Арка́дия бербе́ры завоёвывать зюйд-ве́стовый кабали́ст кре́мний нагнести́ пересу́живать перпендикуля́рный формо́вочный музей прелый Curaçao inequable перекупщица преступный смутьянка