ELARSLAN
ELAYƏ
OBASTAN VİKİ
Elay Rot
Eli Raphael Roth (18 aprel 1972, Nyuton[d], Massaçusets), yəhudi mənşəli ABŞ aktyoru və rejissorudur.
Elayca Vud
Elayca Cordan Vud (ing. Elijah Jordan Wood; 28 yanvar 1981) — ABŞ aktyoru. "Üzüklərin hökmdarı kinotrilogiyasında Frodo Beggins rolunu canlandırmağında dünya şöhrəti qazanmışdır. == Həyatı == Elayca Vud 1981-ci il yanvarın 28-i ABŞ-nin Ayova ştatında anadan olmuşdur. Ailənin üç uşağından ikincisidir. Bacısı Hannah Blessinq Vud da aktrisa kimi tanınır. Uşaq yaşlarında piano dərsləri almışdır.
Elayoplastlar
Elayoplastlar bəzi bitkilərin sitoplazmasında ancaq yağ ehtiyatı toplayan rəngsiz, kürəşəkilli plastidlərdir.
Elayza Teylor
Elayza Teylor (ing. Elayza Jane Taylor-Cotter, 24 oktyabr 1989-cu ildə anadan olub) — "100" serialında Klark Qriffin rolu ilə tanınan avstraliyalı aktrisa. == Bioqrafiya == Elayza Teylor Melburnda anadan olub. Bir qardaşı və iki bacısı var. Onun anası qrafik dizayner, atası isə keçmiş stend-up komediyaçısıdır. "Calder High" məktəbində oxuyub. O yeniyetmə vaxtlarında dəniz bioloqu olmaq istəyirdi. == Karyera == Elayza karyerasına hələ yeniyetmə ikən Avstraliyanın "Pirat adaları" və "Gecə əyləncəsi" serialında baş rollarla başlayıb. 2005-ci ildə o, 2008-ci ilə qədər Janai Timmins rolunu oynadığı "Network Ten "Qonşular"" adlı sabun operasına qoşuldu. Taylor şoudan ayrıldıqdan sonra Böyük Britaniyaya getdi və burada bir filmdə rol aldı.2013-cü ilin əvvəlində ABŞ-da heç bir iş təcrübəsi olmayan Taylor The CW-nin postapokaliptik serialı olan "100"da baş rola çəkildi.
Elayın kitabı (film,2010)
İlayın kitabı (ing. The Book of Eli) — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Filmin rejissorları Hyuz qardaşlarıdır. Denzel Vaşinqton "İlay" personajının rolunu canlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == «İlayın kitabı» — Internet Movie Database saytında.
Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu
Rangel-Sent-Elayas Milli Parkı və Qoruğu — ABŞ-nin Alyaska ştatında yerləşən milli parkı və qoruq. Milli park Ankoric şəhərinin qərbində yerləşmiş olub sahəsi 33.682,5 km2-dır. ABŞ-nin ən böyük milli parkıdır. ABŞ-nin ən kiçik 9 milli parkının ümumi sahəsindən də böyükdür. Qoruq ilə birlikdə sahəsi 53.320.757 km2-dır. Milli park ABŞ-nin ikinci ən hündür zirvəsi olan 5.389 m hündürlüyündəki Sent-Elayas dağını və ətrafındakı əraziləri qorumaq məqsədi ilə qurulmuşdur. Dağın dəniz sahilindən cəmi 16 km uzaqda olması onun necə dik dağ olduğunun göstəricisidir. Bu parkın yaxınlığında ABŞ-Kanada sərhədi yerləşir. Bu dağlıq bölgənin Kanadada qalan hissəsi Kluan Milli Parkı adı ilə qorunur və bu zaman Sent-Elayas dağı Kanada üçün ikinci ən hündür zirvə sayılır. Bu milli parkın cənubunda Qlasier Körfəzi Milli Parkı yerləşir.
Əhməd Sami Elaydi
Əhməd Sami Elaydi (1979, Qahirə) (Ərəbcə: أحمد سامي العايدي) — Misir türkoloqu, ədəbiyyatşünas və tərcüməçi, Azərbaycanşünas alim, diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, filologiya üzrə elmlər doktoru, professor == Həyatı == Əhməd Sami Elaydi 6 aprel 1979-cu ildə Misir Ərəb Respublikasının Qahirə şəhərində anadan olmuşdur. 2006-cı ildə Qahirədəki Eyn əş Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünü bitirmişdir. Görkəmli Misir türkoloqu professor Safsafi Əhməd Qaturinin rəhbərliyi altında "Qaçaq Nəbi" dastanı və XIX əsrin ikinci yarısında Rusiya-Azərbaycan çəkişməsi" mövzusunda magistr dissertasiyası müdafiə etmişdir. Bir müddət təhsil aldığı universitetdə müəllim işləmişdir. Daha sonra Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının doktoranturasını bitirmişdir. 2010-cu ildə Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor Vaqif Sultanlının elmi rəhbərliyi ilə "Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, problematika və sənətkarlıq məsələləri (1991–2005)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəsiznin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Qahirədəki Eyn əş Şəms Universitetinin Türk dili və ədəbiyyatı bölümündə Azərbaycan dilinin tədrisi Əhməd Sami Elaydinin adı ilə bağlıdır. 2021-ci ildən həmin universitetdə professor vəzifəsində çalışır.
джиги́т доспра́шивать дру́жеский зипуни́шко открути́ться рыбоподъёмный заба́вный засусоливать перевева́ть перетира́ться обои air backsplice greywater guttation mushroom bullet typewriter ветродвигатель градуировать ланцет микролитражка перепахивать подвесной подлипала припой