ƏBDÜLƏZƏL
ƏBDÜLƏZİZ
OBASTAN VİKİ
Şair Əbdüləzim
Şair Əbdüləzim (1873, Ağkilsə, Yeni Bəyazid qəzası – 1943, Ağkilsə, Basarkeçər rayonu) — şair, dülgər, rəncbər, Aşıq Ələsgərin ortancıl oğlu. == Həyatı == 1873-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əsas məşğuliyyəti dülgərlik olan Əbdüləzim həm də bacarıqlı bir rəncbər kimi camaat içərisində seçilirdi.Kiçik yaşlarından Aşıq Ələsgərin evindəki saz-söz məclislərinin şahidi olan Əbdüləzimdə aşıq şerlərinə maraq tez oyanmış, həmin təsirlə də şerlər qoşmağa başlamışdır. Əbdüləzim təhsil görməmişdir, lakin onun şerləri savadlı bir şairin yaradıcılıq məhsulu kimi nəzərə çarpır. 1934-cü ildə Əbdüləzim Kəlbəcər rayonunun Yanşaq kəndinə köçmüş və 1937-ci ilə kimi orada yaşamışdır. Şair Əbdüləzim 1943-cü ildə Göyçə mahalının Ağkilsə kəndində vəfat etmiş, Aşıq Ələsgərin qəbrinin yanında dəfn edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Əbdüləzim Sərkar
Əmir Əli oğlu Əbdüləzim və ya Əbdüləzim Sərkar (az.-əbcəd ابدولزیم سرکار‎) — XVII əsr Azərbaycan memarı. == Həyatı == Əmir Əli oğlu Əbdüləzim 1663-cü və ya 1664-cü ildə inşa edilmiş Şamaxı rayonundakı Kələxana türbələrinin müəllifidir. Bu türbələrdən birində Әbdüləzim Sərkarın adı həkk edilmişdir. Sərkar (başçı) ləqəbi də kompleksin tikintisinə rəhbərlik etməsi ilə əlaqədardır. Yaradıcılıq üslubu əsərlərində həcm-fəza quruluşunun mütənasibliyi və eynitipli türbələrin fərdi xüsusiyyətlərə malik olmasında ifadəsini tapmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Саламзаде, А. "Архитектура мавзолеев Азербайджана XVI–XIX вв" (rus) (№ 3). Изв. АН Азерб. ССР. 1961.
Şah Əbdüləzim türbəsi
Şah Əbdüləzim türbəsi — İranın Rey şəhərində yerləşən türbə və Əbdüləzim ibn Əli ibn Hüseyn ibn Zeyd ibn İmam Həsən Müctəbanın qəbri. Türbənin binası ilk dəfə hicri qəməri üçüncü ilin ikinci yarısında, yəni miladi ilə doqquzuncu əsrdə təmir və bərpa edilmişdir. Türbənin girişi şimalda yerləşir ki, Ali-Buyə padşahı və daha sonra Məcid əl-Məlik Qumi tərəfindən tamamlanmışdır. Hərəm binası aşağıda dördbucaqlıdır və hər bir küncü 8 metr hüdudundadır. Üst hissəsi bütün Səlcuqlu binalarında olduğu kimi, dördbucaqlı dörd qübbə, yəni dörd çardaqdan meydana gəlməkdədir. == Türbədə olan tarixi əsərlər == • Əbdüləzimə aid türbə sandığı; istehsal tarixi 1335 miladi. • İki taxta kitabələri lövhəsi; yeni bir cüt taxta üzərinə əlavə olunmuşdur. Lövhələrin istehsal tarixi miladi 1444-cü il. • Böyük taxta qapı. Şimal kəməraltı ilə qadınlar məscidi arasında iştirak edən bu qapının istehsal tarixi 1498 miladidir və Əmir Teymur dövrü üslublarındandır.
Əmir Əli oğlu Əbdüləzim
Əmir Əli oğlu Əbdüləzim və ya Əbdüləzim Sərkar (az.-əbcəd ابدولزیم سرکار‎) — XVII əsr Azərbaycan memarı. == Həyatı == Əmir Əli oğlu Əbdüləzim 1663-cü və ya 1664-cü ildə inşa edilmiş Şamaxı rayonundakı Kələxana türbələrinin müəllifidir. Bu türbələrdən birində Әbdüləzim Sərkarın adı həkk edilmişdir. Sərkar (başçı) ləqəbi də kompleksin tikintisinə rəhbərlik etməsi ilə əlaqədardır. Yaradıcılıq üslubu əsərlərində həcm-fəza quruluşunun mütənasibliyi və eynitipli türbələrin fərdi xüsusiyyətlərə malik olmasında ifadəsini tapmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Саламзаде, А. "Архитектура мавзолеев Азербайджана XVI–XIX вв" (rus) (№ 3). Изв. АН Азерб. ССР. 1961.
Ayşən Əbdüləzimova
Ayşən Əbdüləzimova — Azərbaycan qadın voleybol komandasının üzvü.
Həsən Əbdüləzimov (legioner)
Həsən Əbdüləzimov – Faşist Almaniyası dövründə almanların təşkil etdiyi Azərbaycan legionları tərkibində vuruşmuş sərkərdələrdən biri Həsən Əbdüləzimov legioner kimi vuruşarkən kapitan rütbəsində II tabur komandiri vəzifəsini yerinə yetirmişdir. Sənədlərdə əslən Naxçıvanlı olması ilə bağlı məlumatlar əksini tapmışdır. Sonradan almanlara qarşı çıxdığına görə almanlar tərəfindən 1943-cü il oktyabrın 8-də Krımda Sultanovka kəndində qətlə yetirilmiş 9 nəfər legionerdən biridir. == Mənbə == Yaqublu N. Azərbaycan legionerləri. Bakı: “Çıraq”, 2005, 336 səh.
Nağı Əbdüləzimov
Nağı Əbdüləzimov (14 dekabr 1936, Zod, Basarkeçər rayonu – 8 sentyabr 2001, Gəncə) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Nağı Kərim oğlu Əbdüləzimov 14 dekabr 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. 1953-cü ildə Zod kənd orta məktəbini bitirdikdən sonra Gəncə Pedaqoji institutun Dil-ədəbiyyat fakültəsinə daxil olub. 1957-1962-cü illərdə orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. 1962-ci ilin sentyabr ayında Basarkeçər rayon Komsomol Komitəsinin birinci katibi seçilərək, 1967-ci ilin avqust ayına kimi həmin vəzifədə çalışıb. 1967-1969-cu illərdə Bakı Ali Partiya Məktəbində oxuyub. 1969-1974 -cü illərdə Zod kəndində kolxoz sədri işləyib. 1974-1976 -cı illərdə Gəncə şəhəri Yüngül Sənaye Texnikumunda müəllimlik edib. 1976- cı ilin fevralından 1981- ci ilin aprel ayına qədər Azərbaycan KP Gəncə şəhər komitəsində təlimatçı, 1981- ci ilin aprel ayından 1991- ci ilin noyabr ayına kimi Gəncə şəhər PK də şöbə müdirinin müavini – Siyasi Maarif Evinin müdiri işləyib. 1991-1997 –ci illərdə Mədəniyyət İşgüzarlıq Mərkəzinin müdiri kimi fəaliyyət göstərib.
журнали́зм любе́зности мочи́льный самолёто-вы́лет стра́нность бронхоскопи́я дострига́ться засоса́ть лими́тчик обсека́ться погры́з позволя́ть просты́нка рефинанси́рование amate bested catch-basin dichromatic disentitle high technology youth hostel ладонь одеколонить папоротник приватный