HACIBABA
HACIBƏY
OBASTAN VİKİ
Hacıbala Abutalıbov
Hacıbala İbrahim oğlu Abutalıbov (13 may 1944, Krasnovodsk) — Bakı Şəhər İcra hakimiyyətinin başçısı (2001–2018), Azərbaycan Respublikasının Baş nazirinin müavini (2018–2019). == Həyatı == Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikası Ordubad rayonundandır. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində A. F. İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını almışdır. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir. H. Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişmişdir. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir. 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.
Hacıbala Hüseynov
Hacıbala Ağahüseyn oğlu Hüseynov (13 yanvar 1912, Şüvəlan, Bakı qəzası – 8 yanvar 1967, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Hacıbala Hüseynov 13 yanvar 1912-ci ildə Bakı qəzasının Şüvəlan kəndində anadan olmuşdur. O, orta məktəbi buradakı məktəbdə oxumuş, 1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə daxil olub. 1933-cü ildə truppaya solist götürülüb. Paralel olaraq kanservatoriyada oxuyan Hacıbala 1936-cı ildə təhsilini başa vurub.Hacıbala Hüseynov Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həmzə bəy rolunun ilk ifaçısı olmuşdur. O, 1938 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.Hacıbala Hüseynov 8 yanvar 1967-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Hacıbala Sadıqov
Hacıbala Müseyib oğlu Sadıqov (10 aprel 1935, Dəstə, Naxçıvan MSSR) — Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, sabiq hakimi, Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, Naxçıvan MSSR Ali Məhkəməsinin sədri. == Həyatı == H. Sadıqov 1935-ci il aprelin 10-da Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. O, 1949–1953-cü illərdə Ordubad Pedaqoji Texnikumunda, 1953–1958-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakül-təsində təhsil almışdır. Ali təhsil müəssisəsində hüquqşünas ixti-sasma yiyələndikdən sonra H. Sadıqov 1958–65-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət He-yətində təltif, hüquq və sovet işləri şöbələrində məlumatçı və referent vəzifələrində işləmişdir. Onun 1965-ci ildən sonrakı həyatı respublikamızda ədalət mühaki-məsinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, o, 1965–70-ci illərdə Salyan rayon hakimi, 1970–72-ci illərdə Yevlax rayon məhkəməsinin sədri vəzifələrində çalışmış, 1972-ci ildə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilmiş və həmin vəzifədə 1978-ci ilə qədər çahşmışdır. H. Sadıqov 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkə-məsinin Sədri seçilmiş və 1983-cü ilə qədər bu vəzifəni icra etmişdir. O, 1983-cü ildə yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü vəzifəsinə seçilmiş və 2000-ci ilə qədər, yəni ölkəmizdə məhkə-mə-hüquq islahatları başlanana qədər həmin vəzifədə işləmişdir. 1. IX.2000-Cİ ildə isə o, Respublika Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət işləri və inzibati hüquqpoz-malara dair işlər üzrə kollegiyanm sədri — Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.
Tariyel Hacıbala oğlu Abdullayev (20 Yanvar şəhidi)
Hacıbalabəyli (Biləsuvar)
Hacıbalabəyli (fars. حاجي بالابيگلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 173 nəfər yaşayır (42 ailə).
Qışlaq-i Hacıbalaxan (Pərsabad)
Qışlaq-i Hacıbalaxan (fars. قشلاق حاجي بالاخان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (10 ailə).
Sultanhəmid Hacıbalayev
Sultanhəmid Şahmərdan oğlu Hacıbalayev (3 yanvar 1937, Həzrə, Hil rayonu – 3 yanvar 2009) — Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X və XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi. == Həyatı == Sultanhəmid Hacıbalayev 3 yanvar 1937-ci ildə tarixində Həzrə kəndində kəndli ailəsində anadan olmuşdur, milliyətcə ləzgidir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında Ali Partiya Məktəbini bitirmişdir. O, 3 yanvar 2009-cu il tarixində vəfat etmişdir. == Siyasi fəaliyyəti == 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1957–1965-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsinin mühəndis-iqtisadçısı, Naxçıvan MSSR yerli sənaye nazirinin müavini, 1965–1970-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsi sədrinin müavini, Xalq Nəzarəti Komitəsinin sədr müavini vəzifələrində işləmişdir. 1970–1987 ci illərdə Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. VIII çağırış Azərbaycan SSR Ali Sovetinin səhiyyə və ictimai təminat komissiyasının və Azərbaycan Kommunist Partiyası təftiş komissiyasının üzvü olmuşdur. == Mənbə == Султанһәмид Шаһмәрдан оғлу Һаҹыбалајев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш.
веди́ческий вовлека́ться запили́кать ме́диа-проду́кт ошпа́ривать пристро́ить расколо́ть распа́узка су́рик темно... марокка́нец нату́живать отчи́слиться разгоре́ться указа́ние aircraft spotter block diagram preamble raison d'être shim slopper ze-donk вскипать чтец эстамп