HACIMUXTAR
HACIRƏHİM
OBASTAN VİKİ
Hacımurad Akkayev
Hacımurad Akkayev (d. 27 mart 1985, Tırnıauz, Kabarda-Balkariya, Rusiya Federasiyası) — balkar əsilli rusiyalı ağır atlet. == Həyatı == Hacımurad Akkayev 27 mart 1985-ci ildə Kabarda-Balkariyanın Tırnıauz bölgəsində anadan olmuş və uşaq yaşlarından ağır atletika ilə məşğul olmağa başlamışdır. == Kareyerası == Akkayev 2004 Yay Olimpiya Oyunlarında 94 kq-da yarışmış və gümüş medal qazanmışdır. O, 178 sm hündürlüyə və 105 kq çəkiyə malikdir.2008 Yay Olimpiya Oyunlarında o, ümumilikdə 402 kq ağırlıq qaldıraraq bürünc medala layiq görülmüşdür. 2016-cı ildə isə steroid testləri pozitiv çıxdıqdan sonra bu medalı əlindən alınmışdır.Akkayev 105 kq çəkiyə yüksəlmiş və Dmitri Lapikovla Dmitri Klokovu əvəz etmişdir. O, 2011-ci ildə Kazanda keçirilən Avropa AĞır Atletika Çempionatında ümumilikdə 425 kq çəki qaldıraraq çempion olmuşdur. Akkayev 2012 Yay Olimpiya Oyunlarında iştirak üçün komandaya çağırılsa da, bu yarışda iştirak edə bilməmişdir. Bunun səbəbi onun gözlənilmədən zədə alması idi. 2012-ci il 13 yanvarda Akkayevin 2012 Yay Olimpiya Oyunlarından əvvəl dopinq testlərindən keçə bilmədiyi üzə çıxdı.
Hacımurad Pənahov
Hacımurad Şirəli oğlu Pənahov (1911, Şağan, Bakı qəzası – oktyabr 1974, Bakı) — gəmi kapitanı, SSRİ Ali Sovetinin VII çağırış deputatı, uzaq səfərlərə çıxan ilk kapitanlardan biri. == Həyat və fəaliyyəti == Uzaq səfərlər kapitanı Hacımurad Şirəli oğlu Pənahov 1911-ci ildə Bakı şəhərinin Şağan kəndində anadan olub. 1936-cı ildə Bakı Dənizçilik Texnikumunu bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyinin Nəqliyyat donanmasında işləyib. Təşkilatçılıq qabiliyyəti, bacarığı və biliyi Hacımurad Şirəli oğlunu qısa müddətdə kapitanın üçüncü köməkçisindən kapitan vəzifəsinədək yüksəldib. Böyük Vətən müharibəsinin ağır illərində "Sentrosoyuz" gəmisinin kapitanı olarkən H. Pənahovun ən yaxşı komandirlik keyfiyyətləri – heyəti monolit komandaya çevirmək, hər bir tapşırığı layiqincə yerinə yetirmək məharəti üz çıxıb. 1954-cü ildə SSRİ Dəniz Donanması Nazirliyinin Akademiyasını bitirən Hacımurad Pənahov Xəzər Dəniz Gəmiçiliyinin Dəniz üzgüçülüyü xidmətində məsləhətçi kapitan vəzifəsinə irəli çəkilib. O, onlarla gənc kapitan tərbiyə edib. 1961-ci ildə Bakı – Krasnovodsk (Türkmənbaşı) limanları arasında Avropada ən böyük gəmi-bərə keçidi açılarkən məhz Hacımurad Pənahov ən təcrübəli kapitan kimi gəmi-bərələrin ilki – "Sovet Azərbaycanı" dizel-elektroxodunun sükanı arxasına keçib. Onun səyi, işə yaradıcı münasibəti qısa müddətdə gəmi-bərənin istismarının mənimsənilməsinə kömək edib. O, gəmi-bərələrin səmərəli – sıxlaşdırılmış cədvəllə istifadə olunması təklifini irəli sürüb ki, bu da böyük iqtisadi fayda ilə nəticələnib.Hacımurad Pənahov uzaq səfərlərə çıxan ilk kapitanlardan olub, uzun müddət Qara dəniz və Aralıq dənizlndə üzən gəmilərimizin heyətlərinə başçılıq edib.
Hacımurad Yagizarov
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov (18 iyul 1939, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı, Humay mükafatçısı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Şamaxı xanı Mahmud ağanın nəticəsi. == Həyatı == Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958–1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982 Azərbaycan SSR Dövlət mükafatı — 1986 "Qızıl Dərviş" mükafatı — 1996 "Şöhrət" ordeni — 28 oktyabr 2009 "Şərəf" ordeni — 1 avqust 2019 == Soyadı == Yagizarov (Yegiazarov tamam başqa şəcərəyə aid soyaddır) soyadı yalnız onun nəslinə mənsubdur. Aktyorun ulu babası Şamaxı xanı Mahmud ağa Əliyev, babası İsmayıl bəy isə tanınmış vəkil olmuşdur. Vaxtilə aktyorun Dağıstanın Buynaksk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra onun bütün ailəsini Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib.
Hacımurad Yegizarov

Hacımurad İbrahimbəyli
Hacımurad Hacıağa oğlu İbrahimbəyli (1924–1999) — tarix elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademik katibi, polkovnik. == Həyatı == 1947-ci il dekabrın 24-də Mir Cəfər Bağırovun adına Gürcüstanın Axalsıx şəhərindən qvardiya leytenantı Hacımurad Hacağa oğlu İbrahimbəylinin göndərdiyi məktubda deyilir: "Əziz Bağırov yoldaş! Mən 1924-cü ildə Bakı şəhərində anadan olmuşam, azərbaycanlıyam. Müharibə illərində Vətənimizin xoşbəxtliyi naminə ləyaqətlə xidmət etmişəm. Atam 1945-ci il iyulun 13-də vəfat etmişdir (Rəfael Hüseynov 1945-ci ildə dünyasını dəyişmiş atanı 1948-ci ildə məzardan çıxarıb elçiliyə göndərir-T.Q.). Anam ikinci qrup əlildir, nişanlım var. 1947-ci il oktyabr ayının ortalarında Bakıda Opera teatrında fasilə zamanı təsadüfən şair Səməd Vurğunun arvadı vətəndaş Xavər Mirzəbəyova ilə tanış olmuşam. O, mənim harada və hansı vəzifədə işləməyimlə maraqlanmış, ev və xidməti telefon nömrələrimi götürmüşdür. Bir ay müddətində bir-birimizə zəng vurmuşuq, görüşlərimiz mədəni qaydada və əxlaq normaları pozulmadan keçmişdir. Əziz Bağırov yoldaş!
Hacımurad Şuqayev
Şuqayev Hacımurad Tairoviç — Azərbaycanın Əməkdar memarı (19.04.2000). == Həyatı == == Mükafatları == 2001-ci ildə Moskvada keçirilmiş "Zodçestvo-2001" beynəlxalq festivalında 1-ci dərəcəli diploma layiq görulmuşdur. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Hacımurad Şuqayevə həsr edilmişdir.
в обхва́т дегаза́тор зачётный изыска́ние неустанови́вшийся основа́тельный проница́емость разда́ться раста́чиваться сло́пать апологе́т врачева́тель изуми́тельный подпоя́сываться подсто́лье разогре́ться мыщерка шулужина autogeny myosis unctuous valve cock взаперти заскрежетать ориентирование